Tədqiq olunan sosial – mədəni sistemin həyat fəaliyyətin iştirak edən insanların sayı
kifayət qədər çoxdursa, onda hər bir fərdin həyat siklinin sistemin tamı olaraq davranışına
təsirini izləmək qeyri-mümkündür. Cəmiyyətin mürəkkəbliyi ilə mübarizədə alimlər insan,
texnologiyalar, texnika, əmtəələr və s. terminini yaratdılar, yəni bu termini demoqrafiyadan
mənimsədilər, harada ki, onun istifadəsi bir ailənin tarixi çərçivəsində (atalar və uşaqlar,
nənələr və nəvələr…) tamamilə təbiidir. ―… Sosioloji nöqteyi-nəzərdən nəsil ümumi özünü
dərketməsi, ümumi təcrübəsi, ümumi maraq və baxışları olan insanları birləşdirir‖ (18).
XIX və XX əsrin bir çox sosioloqların əsərlərində nəsillərin bir-birini əvəzləməsi tarixi
prosesin əsas aparıcı qüvvəsi, dövri olaraq təkrarlanan dəyişikliklərin ilkin səbəbi kimi
nəzərdən keçirilir. Nəsillərin bir-birini əvəz etməsini cəmiyyətin yenilənməsinin şərti
olduğunu hesab edən O.Kont tərəqqi üçün zəruri olan ritmi təmin edən dəyişkənlik və
sabitlik kateqoriyaları arasındakı optimal nisbətə böyük əhəmiyyət verirdi. XX əsrin 20-30-
cu illərində nəsillərin bir-birini əvəz etməsi nəzəriyyəsini sənətşünaslar, ədəbiyyat üzrə
tarixçilər inkişaf etdirirdilər. XX əsrin ikinci yarısında nəsillərin bir-birini əvəz etməsi
faktoru bir çox politoloji tədqiqatlarda müzakirə obyektinə çevrilmişdir. Bu
problematikanın işlənməsinə alman sosioloqu K.Manheym (1893-1947) ən çox töhfə
vermişdir. O, hesab edirdi ki, gənclikdə xarici hadisələrin və mühitin təsiri altında fərddə
dünyanın müəyyən mənzərəsi formalaşır və sonrakı həyat yolu məhz həmin mənzərədən
keçərək dəyişir.
Nəslin həyat siklinin ilk fazası formalaşma mərhələsidir. Onun sərhədləri xarici
hadisələrin (böhranlar, müharibələr, inqilablar) təsiri altında, eləcə də özünütəşkiletmə
prosesinin nəticəsində yaranır. Cəmiyyətin hərəkətinin enerjisi nəsillərin ―dalğaları‖
nəticəsində törəyir, onlardan hər biri özündən əvvəl gələn nəsillər arasında qoyulan sərhədi
axtarır və nəsillər arasında sərhəd qoyulması ilə parallel olaraq həmin nəslin obrazını
formalaşdıran konsolidasiya ideyalarının axtarışı prosesi gedir. Həyat dövrünün əsas
mərhələsi nəslin ―siyasi həyatı‖ adlandırılır və K.Manheymin rəyinə görə 30 ilə yaxın sürür.
Ilk 15 il nəsil öncəki nəsil ilə hakimiyyət uğrunda mübarizə apararaq siyasi yetkinliyə çatır.
Son 15 ildə nəsil hakimiyyətdə olur və onu devirib yerinə keçmək istəyən gənc nəsillə
mübarizə aparır. Bir sıra alimlər hesab edirlər ki, nəslin siyasi həyatı daha uzun sürür və 40-
50 ildən ibarətdir. Həyat dövrü modellərində bu qədər böyük fikir ayrılıqları tədqiqatçıların
bir qismində belə bir quruluşdan istifadənin düzgün olması haqqında sübhələr doğurur.
Orteqa –i – Qassetin (1883-1935) təsəvvüründə nəsillər rəngarəng olan yeni sosial tam
təşkil edən, qarşılıqlı şəkildə bir-biri ilə bağlı olan elementlərin sintezindən ibarətdir və
―onun üçün müəyyən olunmuş trayektoriyaya uyğun olaraq öz həyat yolu ilə gedir‖.
Nəslin iki əsas elementinin – elitanın və kütlənin bir-birinə qarşı müqaviməti
polemik epoxalara və ya ―cavanların zamanına‖, onların birləşməsi – kumulyativ epoxalara
və ya ―qocaların zamanına‖ uyğun gəlir.
Tarixdə vacib olan həyati əhval-ruhiyyənin dəyişməsi nəsillər formasında irəli çıxır.
Nəsil – bu bir ovuç yalqız adam və ya sadəcə olaraq kütlə deyil: bu bir növ öz seçilmiş
azlığı, müəyyən olunmuş həyat trayektoriyası ilə mövcudluq orbitinə atılmış öz kütləsinə
malik bütöv sosial bədəndir… Onun üzvləri onları öncəki nəsildən fərqləndirən və onlara
ümumi bir sima verən bəzi tipik cizgilərlə dünyaya gəlirlər. Bu bənzərliyin hüdudlarında ən
müxtəlif istiqamətlənmələri olan fərdlər mövcud ola bilərlər. Hər bir nəsil özü ilə müəyyən
bir
həyat zirvəsini təmsil edir, mövcudluq müəyyən şəkildə onunla qavranılır‖ (13, səh. 5).
Nəsillərin qarşılıqlı fəaliyyəti həmişə sakit keçmir. 1968-ci ildə gənclər arasındakı
konfliktin kəskinləşməsi ilə izah edirlər.
Hal-hazırda elmi dilə ―nəsil‖ anlayışının yeni interpretasiyaları daxil edilir, onlar
nəsillər arasındakı, tarixi və yaddaş arasındakı əlaqələri aşkar edir və nəsillərin dəyişməsinə
koqnitiv modellərin sosial və tarixi determinasiya edilməsini inteqrasiya edirlər. Nəsillərin
bir-birini əvəz etməsinin sosioloji nəzəriyyəsi qərb politologiyasında populyar olan elita
nəzəriyyəsi ilə sıx bağlıdır (1). Bu nəzəriyyələrin banilərindən biri olan italyan sosioloqu
V.Pareto (1848-1923) sosial dinamikanı izah etmək üçün elitaların yerdəyişməsi haqqında
konsepsiyanı inkişaf etdirmişdir. Pareto hesab edirdi ki, sosiumun bir tam kimi inkişafının
tarixi prosesi əsas elita tiplərinin (kommersiya, hərbi, dini) yerdəyişməsi halında təsəvvür
etmək olar. Fərz olunur ki, sosium tarazlıq vəziyyətinə yaxın aşağı-yuxarı tərpənir, sosial
dövrlər əmələ gətirir. Konkret dövrün gedişi elitaların yerdəyişməsinin xarakteri ilə
müəyyən olunur: ―Elitalar cəmiyyətin aşağı təbəqələrindən yaranırlar və mübarizənin
gedişində yuxarı təbəqələrə çıxırlar və sonucda cırlaşır, məhv olurlar və tamamilə yox
olurlar…‖ (36, səh. 34).
Əlbəttə, ictimaiyyətşünaslığın bir çox keyfiyyət kateqoriyaları daha qeyri-müəyyən
və yayğındır, amma nəsillər konsepsiyası qarışıq – keyfiyyət – kəmiyyət xarakterini
daşıyırlar. Nəsillərin kəmiyyət xarakteristikaları üzrə alimlər arasında həmrəyliyin
olmaması bu dəyişənin ölçülməsi problemini daha dərindən öyrənməyin zəruri olduğundan
xəbər verir (bax. Савельева Л.М., Полетаев А.В. История и время. М, 1997).
Makiavellinin terminologiyasını istifadə edən Pareto sülh və ya inqilabi yolla bir-
birini əvəz edən iki əsas elita tipini seçib göstərmişdir. Stabil siyasi sistemdə ―şirlər‖ elitası
(konservatizm, idarəçilikdə güc metodları) üstünlük təşkil edir. Siyasi sistem qeyri-sabit
vəziyyətdə olanda ―tülkülər‖ elitasının (praqmatiklər, novatorlar, kombinatorlar) işləri yaxşı
gedir. Elitalardan hər biri müəyyən üstün cəhətlərə və çatışmazlıqlara malikdir, onların
daim bir-birini əvəz etməsi cəmiyyətin idarə olunma tələbatlarının dövri olaraq dəyişməsi
nəticəsində baş verir. Pareto hesab edirdi ki, sosial mexanizmin normal fəaliyyət göstərməsi
üçün elitaya həm ―şirlərin‖, həm də ―tülkilərin‖ proporsional şəkildə gəlmələri zəruridir.
Yenilənmənin olmaması hakim elitanın cırlaşıb gücdən düşməsinə və ―əks-elitaların‖
qələbəsi
ilə nəticələnir, tarixi isə aristokratoiyalar üçün məzarlığa çevrilir.
Sonunda V.Xlebnikovun bu mövzuya aid poetik meditasiyasını sitat gətiririk:
―Həqiqət nəsillər tərəfindən müxtəlif cür başa düşülür. 28 il sonra doğulmuş nəsillər onu
başqa cür başa düşürlər... Yer üzündə nəsillərin hərəkətini rəqqas titrəyişləri ilə ölçmək
lazımdır. Bunun üçün mübarizələrin mütəfəkkirlərin, yazıçıların, müxtəlif istiqamətlərindən
olan mənəvi rəhbərlərin doğulduğu illər götürülür və onları müqayisə edərkən belə bir
nəticəyə gəlirsən ki, 28 ildən sonra doğulan adamlar öz aralarında mübarizə aparırlar, yəni
bu qədər il sonra həqiqət öz simasını dəyişir... N ilində doğulmuşun həqiqəti N+28 ilində
doğulanın həqiqətinə əksdir. Amma bəzən iki xəttin də uzanıb getməsi mümkündür (19,
səh. 648).
7.2. İqtisadi dinamikanın dalğaları
İqtisadi inkişafın dinamikası sözsüz ki, sosial, siyasi və mədəni sahələrin inkişaf
dinamikası ilə bağlıdır. Bütün sadalanmış proseslərin öz şəxsi inkişaf mexanizmləri ola
bilər, amma cəmiyyətin həyatına əsaslı, müəyyənedici təsiri alimlərin çoxunun rəyinə görə
məhz iqtisadi faktorlar göstərirlər. Son illərdə sosial-iqtisadi ədəbiyyatda dinamikanın
dalğalı təsvirində çox vaxt ―sikl‖ (dövr) terminindən istifadə olunur.
Cədvəl 7.1.-də iqtisadçıların ən çox marağını doğuran dövrlərin mərhələləri
göstərilmişdir. Dövrlərin mövcud olduğunu öyrənən siyasətçilər bu biliklərdən cəmiyyətin
xeyri üçün istifadə etmək istəyirlər, əlbəttə ki, öz maraqlarını da unutmurlar. Əgər qarşıdan
gələn seçkilər siklik iqtisadi tənəzzül ilə bur vaxta düşsə seçicilər (iqtisadiyyat üzrə kitabları
oxumayan) hakimiyyətdə olan partiyanın əleyhinə əsas verə bilərlər. Təbiidir ki, siyasətçilər
iqtisadiyata təsir göstərmək istəyirlər və konkret ölkənin elektorat siklinə uyğun 4 və 5 illik
dövrü olan siyasi – işgüzar adlandırılan sikli təşkil edirlər.
Dövrün adı
Siyasi-
işgüzar
işgüzar
Tikinti (Kuznesin
dövrü)
Kondratyev dövrü
Liderlik
dövrü
Dövrlər,
mərhələlər, illər
4-5
6-12
15-25
45-65
100-150