Siyasi – işgüzar dövrün yaranmasının əsas mexanizmi aşağıdakı qaydada fəaliyyət
göstərir. Hökümət hakimiyyətdə olduğu ilk illərdə resursları toplayır (əsasən maliyyə
resurslarını) ki, seçkilər qabağı onlardan istifadə edib heç olmazsa bir göstəricini (işsizlik,
inflyasiya, iqtisadi yüksəlişin tempi) yaxşılaşdırmağa çalışır. Əslində həmin göstəricinin
mütləq qiymətlərinə qarşı deyil, onların dəyişməsinə qarşı daha həssasdırlar. Məsələn,
işsizliyin nisbətən sabit yüksək səviyyəsi deyil, onun seçkiqabağı, ildə artması; iqtisadi
yüksəlişin seçkiqabağı ildə artması; iqtisadi yüksəlişin yavaş templəri deyil, onların
tormozlanması. Yəni ictimai rəyin iqtisadi vəziyyətin pisləşməsi kimi şərh etdiyi şeylər
daha çox mənfi təsir göstərir. Iqtisadi tənzimləmədə müəyyən prioritetləri seçərək hökümət
öz nailiyyətlərini geniş təbliğ edir. Iqtisadiyyatı səmərəli şəkildə idarə etmək qabiliyyətində
olduğuna elektoratı hər vasitə ilə inandırmağa çalışır (14).
Əlavə maliyyə ehtiyatlarının yaradılması prioritet göstəricinin mütləq qiymətinin
aşağı düşməsinə səbəb ola bilər, ümumilikdə iqtisadiyyatın vəziyyəti isə pisləşə bilər. Onu
da qeyd edək ki, seçkiqabağı kampaniya özlüyündə iqtisadi sistemə kifayət qədər ağır
yükdür.
Beləliklə, siyasi-işgüzar dövr nəzəriyyəsinə görə, hakimiyyət uğrunda mübarizədə
siyasətçilər çox vaxt ictimai maraqlara məhəl qoymurlar. Bu problemin ilk ciddi
tədqiqatlarından biri E.Taft tərəfindən 1978-ci ildə nəşr olunmuşdur. Əsərdə (39) amerikan
alimi Qərbi Avropa materiallarına əsasən öz nəticələrini çıxarmışdır. O cümlədən, o, qeyd
edirdi ki, vergilərin aşağı salınması əhalinin hər nəfərinə düşən gəlirlərin sürətlə
yüksəlməsinə səbəb olur, bunu isə çox vaxt seçkiqabağı ildə edirlər, sonralar analoji
hadisələr ABŞ-ın iqtisadiyyatında da aşkar olundu.
Artıq göstərildiyi kimi, iqtisadçılar arasında işgüzar dövr modellərinin tədqiqi çox
mötəbər iş sayılır. Işgüzar dövr nəzəriyyəsinə görə bir neçə Nobel mükafatı təqdim
olunmuşdur, bunlara uyğun nəticələr makroiqtisadiyyat üzrə bütün dərsliklərdə şərh olunur.
Biz enib-qalxmaların sırf iqtisadi səbəbləri üzərində durmayaraq vurğunu sosial-iqtisadi
xarakter daşıyan faktlara vuracayıq. ―İşçilərin yanlış təsəvvürləri‖ modelində olduğu kimi
fərz olunur ki, iqtisadiyyatın qısamüddətli enib-qalxmasının səbəbi işarələrin real və
nominal əmək haqları arasındakı fərqi başa düşməmələridir. Hesab olunur ki, işçi birinci
növbədə nominal əmək haqqının səviyyəsinə istiqamətlənir, amma qiymətlərin qalxması
nəticəsində real əmək haqqının azalması bir o qədər də narahatlıq yaratmır. Real əmək
haqqının aşağı düşməsi öz növbəsində məşğulluğun artırılmasına imkan verir.
―Real iqtisadi dövr modelləri‖ tərəfdarlarının rəyinə görə insan maaş yüksək olanda
işə düzəlir. Maaş aşağı düşəndə isə işçilərin bir qismi istirahət etməyə üstünlük verir.
Bu modeldə nəzərdə tutulur ki, məşğulluğun səviyyəsinin enib-qalxması əmək
aktivliyi dövrlərinin seçimi ilə müəyyən olunur. Iqtisadi sarsıntılar əmək haqqı səviyyəsinin
müvəqqəti olaraq artmasına səbəb olur, bu da ki, təklif olunan iş yerlərinin sayının
artmasına və bu da öz növbəsində istehsalın ümumi həcminin artmasına səbəb olur (12, səh.
554).
İşgüzar dövrlərin müxtəlif modelləri bu vaxta qədər iqtisadçılar arasında qızğın
disskusiyalara səbəb olur. Iqtisadçıların bir hissəsi hesab edir ki, məşğulluq sahəsindəki bu
enib-qalxmaların səbəblərindən biri bazar mexanizmlərinin qeyri-mükəmməl olmasıdır və
hesab edirlər ki, dövlətin işə qarışması bu enib-qalxmaları hamarlaya bilər. Digərləri isə
əksinə,
hesab edirlər ki, iqtisadiyyatı tənzimləmək sahəsində dövlətin imkanları məhduddur.
Iqtisadi sahədə enib-qalxmaların proqnozlaşdırılması siyasi mübarizədə böyük rol
oynayır. Belə ki, ABŞ-da 1990-cı ildə başlamış qısamüddətli tənəzzül artıq 1991-ci ildə -
1992-ci ildə prezident seçkilərinə bir il qalmış başa çatır.
Amma, demokratlara rəğbət bəsləyən kütləvi informasiya vasitələri iqtisadiyyatın
inkişafına dair bütün seçkiqabağı kompaniya boyu pessimist proqnozlar dərc edirdilər (9).
Kuznesin dövrləri.