Ciddi məntiqli keçidlər – spontanlıq, ekpromt
Əks mövqelərin sol qütbü musiqi təfəkkürünün analitik stilinə, sağ qütbü isə
―sintetik‖ stilə aid edilmişdir. (14) – də belə bir ―assimetriya‖ indeksi daxil edilmişdir.
17 nəfərlik ekspert qrupu tərəfindən XVII – XX əsrlərin 102 Avropa bəstəkarının
yaradıcılığı qiymətləndirildi. Təkamüldən asılılıq analizi K(t) iki tendensiyanın olmasını
göstərdi:
1) sintetik əsasların (xətti trendin) artımı;
2)xətti trendin fonunda periodik enib-qalxmalar musiqi yaradıcılığı istiqamətinin
analitikdən sintetikə və ya tərsinə dəyişməsi.
V.M.Petrovun əsərlərində göstərildiyi kimi, ―qurulmuş konturlar həm təbii – elmi
biliklər sisteminə və həm də ictimai həyatın dəyişikliklərinin vahid mənzərəsinin
yaradılmasına daxil olur, incəsənət tarixi... getdikcə daha çox sistemləşir. Cəmiyyətin
müxtəlif sahələrində baş verən dəyişikliklərin müşahidə olunan sinxronluğu, belə
dəyişikliklərin kəmiyyət metodları ilə işlənməsilə birlikdə sosial proqnozlaşdırma
sahəsindəki tədqiqatlar qarşısında yeni perspektivlər açır (14).
Müəlliflər incəsənətdə xətti trendin (tendensiyaların inkişafının) artımına görə bir
növ kompensasiya kimi izah edirlər. Həmçinin plyuralizmin (səpələnmənin artması)
tədricən artması tendensiyası da müşahidə olunur.
Şəkil 8.1-də müvəqqəti asılılıqların növü və onların Kondratyev dalağaları ilə
müqayisəsi cəmiyyətin mənəvi, siyasi v iqtisadi həyatının müxtəlif sahələrində müşahidə
olunan dalağaların praktiki sinxronluğunu göstərir, bu da cəmiyyətin təkamülünün tam,
sistem xarakterli olması haqqında fərziyyəni təsdiq edir.
Təsviri incəsənətin dinamikliyinin tədqiqi üçün iki ekspert qrupu təşkil olunmuşdu.
Birinci qrup 22 hipotetik əlamət müəyyən etdi, onlardan hər biri binar müxalifəti –
rəssamların yaradıcılğındakı analitik və ya sintetik proseslərin dominantlıq etməsini təmsil
edirdi. Bundakı başqa iki ―kontrast‖ siyahı tutuldu, onlardan hər birində yaradıcılığında
göstərilmiş tipik proseslərinin parlaq ifadə olunmuş dominantlıq etdiyi 20 rəssam var idi.
Birinci siyahıya (analitik) Bryullov, Qolbeyn, David, Dali, Dyuner, Maleviç, Pikasso,
Sezann daxil edildilər. Ikinci siyahıya Van-Qoq, Vrubel, Delakrua, Rembrand, Surikov,
Şaqal daxil edildilər.
Şkala qismində istifadə olunmuşdu: normativliyə can atmaq – özünəməxsusluğa
meyl etmək; statiklik – dinamiklik; rasionallıq – intuitivlik; ciddi forma – azad forma;
lakonizm – ifadə formalarının zənginliyi; qrafiklik – koloritlik; soyuq və ya isti rənglərə
meyllilik.
Bunun ardınca ekspertlərin ikinci qrupu 22 altı ballıq şkala üzrə bütün 40 rəssamın
yaradıcılığını qiymətləndirmişdir. 10 ən çox informasiya verən şkala müəyyən olunmuşdur.
Seçilmiş parametrlər üzrə 200-ə yaxın rəssamın yaradıcılğı qiymətləndirilmişdir. Daha
sonra həmin zaman kəsiyində yaradan bütün rəssamların assimetriya indeksləri hesablanmış
və orta qiymət çıxarılmışdır.
Alınmış məlumatlar göstərir ki, müxtəlif sosial-mədəni proseslər üçün assimetriya
indekslərinin enib-qalxmaları qiymətlər indeksi üçün Kondratyev dalğaları ilə praktiki
olaraq sinxrondur (15). Müəlliflər hesab edirlər ki, cəmiyyətin vaxtının hər bir anı analitik
və ya sintetik proseslərin həm təfəkkür sistemində, həm ünsiyyət stilində və həm də bədii
yaradıcılıq stilində dominantlıq etməsinə ehtiyacı var. Cəmiyyətdəki kommunikasiyalar,
insanların qarşılıqlı anlaşması fikir birliyini tələb edir. Amma tamamilə həmfikirlilik
olmamalıdır, başqa təfəkkür tipli insanların da olması arzu olunur. Iş ondadır ki, heç bir
təfəkkür tipi həddindən artıq uzun bir müddət ərzində dominantlıq edə bilməz, belə ki,
onlardan hər birinin imkanları məhduddur. Tədricən vərdişetmə, bəyənilmiş koqnitiv
sxemlərdən avtomatik olaraq istifadə etmə zamanla cəmiyyətin yaradıcı potensialının xeyli
aşağı düşməsinə səbəb ola bilər.
Müəlliflərin fikrinə görə enib-qalxmaların dövriliyi nəsillərin bir-birini əvəz etməsi
ilə şərtlənmişdir. Hər bir nəsil 20-25 il hökmranlıq edir ki, bu da 40-45 illik periodu olan
dalğaları yaradır. 20-25 illik yarımperiod ―epoxa‖ anlayışını və ona xas olan özəl üslubu
formalaşdırmağa imkan verir. Bir epoxa əzrində sosial – siyasi iqlimin, bəddi yaradıcılıq
uslublarının dəyişməsi baş vermir. Y.M.Lotman üslub oryentasiyasının dəyişməsi haqqında
danışarkən iddia edirdi ki, ―... hər bir tendensiya əks olanın fonunda fəaliyət göstərir, hər
hansı bir tendensiyanın həddindən çox coşması qanunauyğun olaraq onun tormozlanmasına
və əks olanın isə coşmasına səbəb olur‖.
Cəmiyyətin mənəvi həyatının müxtəlif tərəflərinin sıx qarşılıqlı əlaqəsi müxtəlif
sahələrin demək olar ki, eyni zamanda dəyişməsinə səbəb olur, belə ki,dəyişikliklər üçün
başqalarından əvvəl ―yetişmiş‖ sahələr digər sahələrdə də dəyişikliklərin olmasına təkan
verir. Mənəvi həyatın müxtəlif sahələri özündə müxtəlif mədəni cərəyanlar inteqrasiya edən
insanın psixi həyatı vasitəsilə bir – biriləri ilə bağlıdırlar. Psixi həyatın öz-özü ilə uzlaşması
onda ziddiyətlərin olmaması sosial – psixi proseslərin sinxronizasiyasını tələb edir.
V.Byulun modeli. Münhen universitetinin sosiologiya professoru V.Byul eyni
nəticələrə tamamilə müstəqil olaraq gəlmişdir. O, 1987-ci ildə ―Mədəniyyətin dinamikası‖
monoqrafiyasını nəşr etmişdir. O, monoqrafiyada mədəniyyəti dünyanı və insan davranışı
nümunələrini dərk etmək üçün sosial olaraq şərtlənmiş sxemi kimi nəzərdən keçirir. Byul
özünün mədəni dinamika modelinin əsaslandırılması üçün insan beyni işinin neyrofizioloji
strukturu haqqında təlimdən istifadə etmişdir. Byul XX əsrdə Avropa mədəniyyətinin
gedişini Kondratyevin dövrü modellərinə uyğun hesab edir (2).
Dövrün birinci fazasında yüksək konyuktura, təsərrüfatın artımı, rifah halının
yüksəlməsi əbədi bərqərar olunmuş kimi görünür, ―Mən‖in ekspansiyası, emanspiasiyaya
meyl, avtoritetlərə qarşı üsyan, ―sistem‖dən azad olma müşahidə olunur.
Fazanın ikinci dövründə təsərrüfat böhranı başlanır, bu, bir tərəfdən, olduqca güclü
terrorizm, digər tərəfdən isə passiv özünəvurğunluqla müşayiət olunur. V.Byul hesab edir
ki, mədəniyyətin böhranı anlayışı bir qədər uydurulmuşdur, ―mədəniyyətin böhranı
genişləndirilmiş mədəniyyət anlayışının ancaq əks üzüdür... O, müəyyən obyektiv və ya
subyektiv məzmunun olduğunu kəskin şəkildə göstərir‖ (2, səh. 141).
Mədəniyyət ətraf aləmin və insan davranış nümunələrinin, hansı ki, dəyişən iqtisadi
əhatəyə, eləcə də digər birliklərin məqsəd və vasitələrinə uyğunlaşan insan birliklərinə
xasdır – anlanmasının sosial olaraq şərtlənmiş sistemləridir. Mədəniyyət əgər artıq başqa
mədəniyyətlər ilə qarşılıqlı təsirdə deyilsə və artıq yad impulsları mənimsəyə bilmirsə onda
o, sterildir. Mədəniyət ancaq mənimsənmə şəklində reaksiya verirsə zəif asılıdır (amma
uyğunlaşmağa qabildir). Güclü, aktiv mədəniyyət həmişə mədəni imperializmlə fərqlənir.
―Bütövlükdə biz onu sadə, qütblü konstruksiyadan – məhz bir tərəfdən fluktuasiya edən
simvolizmin məhz diametral əksindən, digər tərəfdən isə, genetik olaraq qeyd olunmuş
davranış proqramından çıxan çox səviyyəli sistem kimi müəyyən edirik‖.
De Qrinin modeli. Amerikan alimi K.de Qrin hesab edir ki, Kondratyevin fenomeni
XVIII əsrin sonunda başlanmış sənaye inqilabı üçün xarakterik olan sosial-texniki
makrosistemdəki sistemli təkamül və strukturlu dəyişikliklər proseisni əks etdirir.
Kondratyev fenomeni təkcə iqtisadiyyata aid deyildir (iqtisadi göstəricilərin dəyişməsi daha
aydın və aşkardır), həm də cəmiyyətin sosial texnoloji, ekoloji, psixoloji və siyasi
sahələrinə toxunur. De Qrin qeyd edir ki, Kondratyev fenomeni təkcə kapitalist deyil, həm
də sosialist iqtisadiyyatına da xasdır və nəticədə sənaye sivilizasiyası üçün də xarakterikdir.
Bu fenomen informasiya və nəqliyyat kommunikasiyaları, ümumi texnologiyalar və təhsil
modelləri ilə getdikcə daha sıx bağlanan millətin kollektiv davranışının nəticəsidir (cədvəl
8.1.).
faza Açıq
hədəni
n
Qeyri-
qənaətb
əşx
Yaradıc
ı
fəaliyyə
Təlim Həyəc
an
Risqə
canat
ma
Motiv
asiya,
əxlaq,
Özgəl
əşmə
və
Dəyər
lər
Dostları ilə paylaş: |