Sorokin qərb sivilizasiyasının tarixində yeddi kifayət qədər sabit sosial – mədəni
sistem aşkar etdi, onlardan ikisi – ―hissi‖ (sensitive) və ―mücərrəd‖ (ideational) - əsas hesab
olunur.
Sorokin hesab edirdi ki, həm hissi, həm də mücərrəf sosial – mədəni sistem ―öz özəl
sisteminə, fəlsəfə və dünyagörüşünə, öz dininə və ―müqəddəslik‖ standartlarına, nəyin
doğru, nəyin yanlış olması haqqında öz şəxsi təsəvvürlərinə, incəsənət və ədəbiyyat
formasına; özəl əxlaq, qanun, davranış normalarına; sosial münasibətlərin dominant
formalarına; özəl iqtisadi və siyasi təşkilata və nəhayət xüsusi mentalitetə və davranışa
malik insan şəxsiyyətin özəl tipinə malikdir (22, səh. 198)
16
.
Zamanın hər bir anında cəmiyyətdə müxtəlif sistemlər iştirak edə bilərlər, amma
əksəriyyəti üstün mövqedə olan mədəniyyətin daşıyıcılarıdır. ―Hissi‖ mədəniyyət üçün
xarakterik olanlar: cəmiyyətdə materialist dünyagörüşünün üstünlük təşkil etməsi,
determinist konsepsiyaların hökmranlığı, utilitar, gedonist dəyərlərin populyarlığı, kəşf və
icadların bolluğu, sosial həyatın dinamik xarakteri üstünlük təşkil edir. ―Mücərrəd‖
mədəniyyət üçün xarakterik olanlar: rasional təfəkkür elementləri, mütləq prinsiplər etikası.
Sosial həyat statik xarakter daşıyır, elm və texnikanın inkişaf tempi zəifləyir. Sorokin hər
iki əsas sistemin xüsusiyyətlərinin qarışığından ibarət olan ―idealist (idealistic) sosial –
mədəni sistemi keçid sosial – mədəni sistemi kimi nəzərdən keçirirdi.
Qərb sivilizasiyasının təkamülünü Sorokin rəqqas titrəyişləri modelinin köməyi ilə
hissi və mücərrəd sosial – mədəni sistemlərin növbə ilə dominantlıq etdiyi mərhələləri
arasında analiz etmişdir.
Bir qütbdən digərinə keçid mütləq idealist sistem vasitəsilə həyata keçirilir. Sorokin
ətraf mühitin təsiri haqqında ekstepnalist nəzəriyyələri, ―Mental və sosial – mədəni
fenomenlərin mexaniki və bihevioristik interpretasiyaları‖ inkar edirdi, hətta, əgər bütün
xarici şərtlər sabit olsa da, dəyişikliklərin olması qaçılmazdır, onlar immanent olub hər
hansı bir sosial – mədəni sistemin ayrılmaz atributudurlar. Sistem dəyişikliklərinin
rüşeymini, toxumlarını özündə bəsləyir. ―Əgər xarici şərtlər ailə, dövlət, iqtisadi təşkilat,
siyasi partiya və ya hər hansı bir başqa sosial sistem üçün sabitdirsə, əgər eyni şey hər hansı
bir incəsənətin və ya elmin, fəlsəfənin, dinin, hüququn inteqrasiya olunmuş sistemi üçün də
nəzərdə tutulursa, adı sadalanmış sosial və mədəni sistemlərin hər biri hərəkətsiz qalmır,
onların şəxsi mövcudluğu və fəaliyyət göstərməsini saxlamaq üçün onların immanent
olaraq dəyişməsi nəzərdə tutulmuşdur. Sürətli və ya yavaş olmasından asılı olmayaraq
sistem transformasiyanı keçirməlidir‖ (22, s.590). Dəyişikliklər sosial sistemlərin öz
təbiətində kök salmışdır. Immanent dəyişikliklər prinsipin mahiyyəti məhz bundadır (bax §
6.1.).
Xarici faktorların təsiri isə sistemin inkişaf fazalarının ardıcıllığını dəyişə bilməz.
Hər halda, mədəniyyət sistemində dominantlıq edən mentalitet görəsən dəyişilir?
Nəyə görə bir tip öz yerini başqasına verir? Yuxarıda veilmiş birinci cavab sırf sistemə aid
cavabdır, amma Sorokin bunun kifayət olmadığını hiss edir. İkinci, həqiqətə daha çox
uyğun olan cavab isə artıq koqnitiv xarakter daşıyırdı: ―Dəyişikliklər nə qədər ağrılı olsalar
da onun bütün tarixi inkişafı boyu yaradıcı olması üçün bütün mədəniyyətlər üçün bir növ
zəruri şərtdir. Mədəniyyətin heç bir forması özünün yaradılıcıq imkanlarında hədsiz deyil,
onlar həmişə məhduddurlar... Yaradıcı qüvvələr tükənəndə və onların bütün məhdud
imkanları reallaşdırıldıqdan sonra, həmin mədəniyyət və cəmiyyət ölü və qeyri-yaradıcı
olur və ya dəyişərək onlara yeni yaradıcı imkanlar açan və dəyərlər verən yeni forma alır‖
(20, səh. 433).
16
(bax. Сорокин П. Социальная и культурная динамика. СПБ. ГХГИ, 2000.
Dördcidliyin üzərində aparılan işdə həm rus (N.O.Losski, İ.İ.Lapşin, N.S.Timaşov və b.), həm də
əcnəbi alimlər iştirak ediblər.
Sorokin iddia edir ki, ―heç bir sistem tam həqiqətdən ibarət ola bilməz, eləcə də hər
bir digər sistem tam yanlış ola bilməz‖. Inkişafın məntiqi həqiqət sistemini ―inhisarçı
mövqeləri tutmağa və digər həqiqətləri sıxışdırıb çıxartmağa can atmağa‖ məcbur edir,
―onda burada ―yanlış‖ olanın payı həqiqi olanın payının digər sistemlərin doğruluğunun
zərəri hesabına artmış olur‖. Birtərəfli həqiqət getdikcə reallıqdan uzaqlaşır və elə bir an
gəlib çatır ki, cəmiyyət belə bir alternativ qarşısında qalır: ―ya tutulmuş və tam atrofiya
olunmağı yaşamaq ya da inkişaf kursunun başqa daha uyğun həqiqət sistemini qəbul etmək
hesabına dəyişmək‖. Sorokinin rəyinə görə iki əsas sosial – mədəni sistemin periodik olaraq
bir-birini əvəz etməsinin başlıca səbəbi belədir. Bəs nəyə görə sosial – mədəni sistem
əvvəllər mövcud olmamış yeni formaları həmişə qəbul etməyib rekurrent olaraq köhnə
əsaslarına qayıdır?
Sorokin effekti onu yaradan səbəbi aradan qaldırdıqdan sonra qorumaqla sistemi
müvazinət vəziyyətinə qaytarmağa çalışan qüvvələrin fəaliyyəti ilə ritmlərin titrəyişinin
mexaniki izahlarını rədd edirdi.
Sorokinə görə düzgün cavabı onun A.Qoldenveyzerin və R.Tornvaldın ideyalarına
istinad edərək inkişaf etdirdiyi hüdud prinsipi verir. Hüdud prinsipi (müasir
terminologiyada) təsdiq edir ki, sosial – mədəni sistemin aramsız təkamül sistemi sonsuz
sayda vəziyyətlərdən keçsə də, insanın koqnitiv imkanları proseslərin diskret qavrayışını,
xarakter cizgilərinin sabit vəziyyətlərin mərhələ və istiqamətlərin son sayının seçilib
göstərilməsini şərtləndirir. Insanın koqnitiv xüsusiyyətləri nəzərdən keçirilən dəyişmə
fazalarının miqdarını da məhdudlaşdırır ki, bu da həmin prosesləri eyni cür vəziyyətləri
təkrarlamağa məcbur edir
17
.
Gördüyümüz kimi, Sorokinin arqumentasiyasında sistem və koqnitiv yanaşmalarının
sintezi özünü göstərir. Dahi alim əlbəttə ki, onun nəzəriyyəsinin bütün suallara cavab
vermədiyini və sosial – mədəni dinamika nəzəriyyəsinin tam olaraq qurulmasının alimlərin
gələcək nəsillərinin işi olduğunu başa düşürdü. Hətta bu gün, koqnitologiya və sistem
nəzəriyyələrinin elmi ölçülərə görə körpə yaşda olduqlarına görə real sintezin yaradılması
XXI əsrin işidir.
8.2. Sosial – mədəni təkamüldə yarıməsrlik dövrlər
Koqnitologiyanın inkişafındakı müvəffəqiyyətlər, son illərdə sosiologiyada koqnitiv
konsepsiyaların getdikcə daha geniş tətbiqi koqnitiv elmlərin və informasiya
nəzəriyyələrinin izahedici sxemlərini istifadə edən dövrülülük nəzəriyyəsini ön plana çəkir.
Belə yanaşma Sankt-Peterburq riyaziyyatçısı S.Y.Maslov (10, 11) tərəfindən işlənib
hazırlanmışdır və hal-hazırda moskvalı filosof və sosioloq V.M.Petrov və onun
həmkarlarının bir sıra tədqiqatlarında aktiv olaraq inkişaf etdirilir (14-16).
S.Y.Maslov sosial – mədəni sahədə dəyişikliklərin periodikliyinə insan beyninin sol
və sağ yarımkürələrinin funksiyaları arasındakı fərqlərlə müəyyən şəkildə bağlı olan şüur
tiplərinin dəyişməsinin təsiri haqqında fərziyyə irəli sürmüşdür
18
.
Psixologiyada ―Sol yarımkürəsi‖ proseslərinə analitik adlandırılan prosesləri aid
edirlər. Analitik proseslər qavranılan obyektin hissələrə parçalanması ilə onda ayrı-ayrı
əlamətlərin, tərəflərin, aspektlərin seçilib göstərilməsi, qabaqcadan müəyyən edilib,
verilmiş alqoritm əsasında məsələni həll edən EHM ilə analoji şəkildə daxil olan lokal
informasiyanı ―hissə-hissə‖, ardıcıl emal etməsi ilə bağlıdır. Bu qəbildən olan proseslərə
insanın nitq fəaliyyəti və refleksiya – yəni, insanın öz psixi fəaliyyətini dərk etməsi aiddir.
17
Ədəbiyyatda hüdud prinsipini bəzən Qoldenveyzer prinsipi adlandırırlar, o, öz nəticələrini 1913-cü ildə nəşr
etdirmişdir (24).
18
Təfəkkürün məkan – obraz və məntiqi – verbal tiplərinə uyğun olaraq cavabdeh olan sağ və sol
yarımkürələrinin funksional assimetriyasını kəşf etdiyinə görə R.Speriyə 1981-ci ildə Nobel mükafatı verildi.
Dostları ilə paylaş: |