Məşhur amerikan politoloqu A.Şlezinqer (kiçik) amerikan tarixində dövrlər
haqqında fundamental monoqrafiya nəşr etdirdi (22). Hansında ki, əsas diqqət aşağıdakı
qanunauyğunluqları aşkar etmiş atasının konsepsiyasının əsaslandırılmasına verilmişdir.
XIX – XX əsrlərdə ABŞ-ın siyasi həyatında konservatizm və liberalizm dalğaları bir-
birilərini ardıcıl olaraq əvəz edirdilər. Şlezinqzer (böyük) demokratiyanın artım prosesinin
xarakterik olduğu liberalizmə aid altı faza və demokratiyanın eyni bir səviyyədə qaldığı
konservatizmə aid beş faza aşkar etdi. Enib – qalxmaların orta periodu təqribən 33 il təşkil
edir. Bu sxemdən istifadə edən Şlezinqer (böyük) 1924, 1939 və 1947-ci illərdə seçkilərin
nəticələrini (hakim partiyaların seçkilərdə uduzmasını) qabaqcadan deyə bildi, həm də ki,
proqnozlar hər bir uyğun gələn seçkidən 2-3
ay əvvəl deyil, 2-3 il əvvəl nəşr olunmuşdur.
Kondratyev dalğalarının tarixi van Deynin məlumatlarına əsasən həyata
keçirilmişdir.
Şlezinqer (kiçik) qeyd edir ki, göstərilmiş dövrlər iqtisadi dövrlərlə bağlı deyil,
özünütəşkilatlandırma hadisələri ilə şərtləndirilmişdir. O, dəyişikliklərin psixoloji əsasını
insan təbiətinin xüsusiyyətlərində görür: ―İnsanlar heç vaxt tam qane olmurlar - əgər onlar
arzuladıqlarını əldə ediblərsə, deməli artıq başqa bir şey istəyirlər‖ (22). Dövriliyi
əsaslandırmaq üçün burada da nəsillərin bir-birini əvəz etməsi nəzəriyyəsi istifadə olunur.
Hesab olunur ki, bir nəslin siyasi həyatı 30 ilə yaxındır. Ilk 15 il bu nəsli hakimiyyət
uğrunda yaşlı nəsil ilə mübarizə aparır və hakimiyyəti əldə etdikdən sonra növbəti 15 il onu
əlində saxlayır.
Şlezinqer hesab edir ki, məqsədi bizim vəziyyətimizi yaxşılaşdırmaq olan ictimai
aksiya bir-birini əvəz edən – həm də ki, çox qısa müddətdə - xeyli dəyişikliklərə səbəb olur.
ABŞ-da islahatlar atılan güllə qatarlarına bənzəyir. Sonucda sosial – siyasi orqanizmin özü
yeni tətbiqlərin selindən boğulmağa başlayır, ona da yenilikləri həzm etməyə müəyyən
zaman lazımdır.
Millətin bizdən çox yüksək gərginlik tələb edən siyasi öhdəlikləri yerinə yetirmək
qabiliyyəti məhduddur. Təbiət bir fasilə, ara tələb edir. Insanları özlərini qəhrəmancasına
səylər göstərməyə məcbur edə bilmirlər. Onlar öz şəxsi həyat işlərinə dalmaq
həsrətindədirlər... İctimai problemlər bazarın gözəgörünməz əllərinə həvalə olunur‖ (22, s.
46-49).
Amma şəxsi maraqların epoxası əbədi sürə bilməz. Tədricən, eqoistik motiv və
perspektivlər insanların zəhləsini tökür, onlar ali məqsəd kimi modeli nemətlər ardınca
qaçmaqdan yorulurlar. Əhalinin böyük qrupları maddiyyatı əldə etmək yarışında geridə
qalırlar. Intellektuallar soyuyub uzaqlaşırlar...
Insanlar ancaq özlərini düşünmədən həyatın mənasını axtarırlar. Nəhayət detonator
rolunu oynayan nə isə hansı isə miqyasına və təhlükə dərəcəsinə görə nəhəng problem,
hansı ki, bazarın gözəgörünməz əli onu həll edə bilmir – ölkənin siyasi həyatında yeni
epoxanın fəthinə doğru aparır (22, s.49).
Amerikan politoloqu Barber ABŞ-da prezident Kompaniyalarının əsas mövzularını
analiz edərək maraqlı bir qanunauyğunluq aşkara çıxarmışdır. 1900-cu ildən başlayaraq 12
illik dəqiq dövr izlənir, hansında ki, hər dörd ildən bir ardıcıl olaraq seçkiqabağı
kompaniyaların əsas mövzuları: münaqişə, vicdan və barışıq – bir-birilərini əvəz edir. Həm
də ki, barışıq fazası Namenvirsin dalğalarındakı zirvə fazasına eyni ilə düşür (25).
Amma, tədqiqatçıların əksəriyyəti siyasi proseslərin pulsasiyasını Kondratyevin
dalğaları ilə bağlayırlar. Belə ki, mütəxəssislər utopik cərəyanların meydana çıxmasında və
sosial hərəkatların yaradılmasında özünəməxsus süni canlanmalar qeyd edirlər. XIX əsrin
və XX əsrin 30-cu və 70-80-ci illərində utopik əhvali – ruhiyyyələrin yüksəlməsinin bu
tarixləri Kondratyev dalğalarının depressiya fazaları ilə üst-üstə düşür. Bir sıra alimlər
Kondratyev sikli ilə tətil aktivliyinin dalğaları ilə bağlayırlar (17, 33).
Məsələlər və tapşırıqlar.