Iki faktorun istehsalın səmərəliliyinin aşağı düşməsi və iqtisadi artım templərinin
təqribən 10 il gecikmə lə azalması – qarşılıqlı əlaqəsi əsas rol oynayır, bu bazarlar və
resurslar uğrunda geniş miqyaslı və sərt müharibələrin baş verməsinə səbəb olur. Maliyyə
resursları nə qədər çox olarsa, hərbi potensial bir o qədər yüksək olur, hərbi əməliyyatlar
daha şiddətli və uzunsürən olur (əlaqə müsbətdir, <<+>> nişanına malikdir).
Geniş miqyaslı müharibə tədricən bütün resursların tükənməsinə, iqtisadi potensialın
aşağı düşməsinə, qiymətlərin qalxmasına və həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Hərbi əməliyyatların intensivliyi və sürəkliliyi nə qədər çox olsa yəqin ki, hərbi
məhsullardan (əlaqə mənfidir, nişanı <<->>) başqa bütün məhsulların istehsalında dərin
tənəzzül baş verir.
Qoldstaynın modeli ən tam şəkildə şəkil 7.4.-də təmsil olunmuşdur.
Modelin
iqtisadi
hissəsinə
iki
faktor
–
innovasiya
və
investisiya
əlavə
olunmuşdur.
Uzun
dalğaların
generasiyasının
innovasiya
konsepsiyasının
tərəfdarlarının
əksəriyyəti
hesab edir ki, istehsalın artımı
innovasiya aktivliyini azaldır.
Daha dəqiq desək, üstünlük
təşkil edən texnoloji ukladın
hakim
mövqelərinə
toxunmayan
innovasiyalar
tətbiq
olunur.
Amma
innovasiya aktivliyin aşağı
düşməsi
iqtisadi
artım
templərinin tədricən aşağı
düşməsinə səbəb olur. Müharibələr isə innovasiya aktivliyinə qənaətbəxş təsir edir.
Investisiya modeli Kondratyev, Forrester və bir sıra başqa alimlər tərəfindən inkişaf
etdirilmişdir. Fərz olunur ki, böyük proyektlərin reallaşdırılması investisiyaya tələbatı
artırır. Investisiyalara tələbatın artması kapitalın qiymətini qaldırır ki, bu da tədricən
investisiya həcmlərinin sonra isə istehsal həcmlərinin azalmasına səbəb olur. Qoldstayn öz
modelində dalğa dinamikasının izahına olan müxtəlif yanaşmaları sintez etməyə çalışaraq
həm əsas iqtisadi parametrlərə, həm də sosial – psixoloji faktorlara (modelin yuxarı hissəsi)
diqqət vermişdir.
Həmçinin qeyd olunurdu ki, 50 illik periodu olan iri miqyaslı və şiddətli hərbi
kampaniyaların ən populyar izahlarından biri iki nəsil adlandırılan hipotez ilə bağlıdır.
Qoldştaynın rəyinə görə sosial yaddaş enib-qalxmaların sürəkliliyini tənzimləyən köməkçi
faktordur. Bütövlükdə Qoldstaynın modeli səkkiz dəyişəndən və on səkkiz qarşılıqlı
əlaqədən ibarət olub, Kondratyev dalğalarının yaranması haqqında mövcud olan
nəzəriyyələrin mühüm xüsusiyyətlərini özündə toplamışdır.
7.5. Siyasi sahədə dalğa prosesləri
Əcnəbi politoloqlar dövr probleminə böyük diqqət ayırırlar. Amerikan politoloqu
F.Klinberq 1952-ci ildə nəsr etdirdiyi proqnozda (31) 60-cı illərin kəskin xarici siyasət –
böhranının ABŞ üçün olan təhlükəsi qeyd olunmuşdur. Doğrudan da, Vyetnamda müharibə
başlandı. Klinberqin proqnozu onun aşkar etdiyi qanunauyğunluğa – amerikan xarici
siyasətində iki fazanın bir-birini əvəz etməsi (cədvəl 7.3.) - əsaslanırdı. Onun introvert
adlandırdığı birinci faza xaraktercə milli birliyin qorunub saxlanmasına yönəlmiş qapalı,
ehtiyatlı siyasətdir. Ikinci faza ekstravert adlandırılır və birbaşa diplomatiya, başqa ölkələrə
hərbi və iqtisadi təzyiq kimi xarakterizə olunur. (cədvəl 7.3.).
Klinberq öz işlərində kontent-analiz metodlarının köməyi ilə böyük miqdarda xarici
siyasət sənədlərini analizdən keçirmiş və göstərmişdir ki, ekstravert faza zamanı Prezident
və Konqress arasındakı münasibətlərdə prezident, intravert faza zamanı isə Konqres
üstünlük təşkil edir (32).
Amerikan politoloqu C.Hamenvirs 1970-ci ildə ABŞ-ın Respublikaçı və Demokrat
partiyalarının seçkiqabağı siyasi platformalarının tədqiqini nəşr etdirmişdir. Kontent-
analizin yardımı ilə o, 73 siyasi kateqoriyanın istifadə olunma sıxlığını analizdən
keçirmişdir. Onun şagirdi R.Veber ingilis kraliçasının təntənəli mərasimlərdə söylədiyi
nitqlərin analoji tədqiqini aparmışdır. Hər iki halda 50 illik periodu olan dalğalar aşkar
olunmuşdur (35).
Hər bir dalğa (və ya sikl) dörd fazaya malikdir, bu fazalarda siyasi həyatda əvvəlcə
mütərəqqi dəyərlər, sonra kosmopolitik, daha sonra isə konservativ dəyərlər üstünlük təşkil
edir və sonda dalğanı qapalı, təcrid (parochial value) xarakterli faza tamamlayır.
Şəkil 7.5.-də müəlliflər tərəfindən tədqiq olunmuş olaraq
çarx şəklində təqdim olunmuş son siklin tarixləri göstərilmişdir. ―Çarxda‖ aralarında düz 12
il olan fazalara uyğun olan zirvələr göstərilmişdir. (35)-də siyasi xronometrin bu qədər
yüksək dəqiqliyini təsdiq edən hər hansı bir arqument göstərilmir, bu daha çox tətbiq
olunan statistik prosedurların nəticəsi ola bilər.
Müəlliflər aşkar etdilər ki, onların dalğaları Klinberqin dalğaları ilə sinxrondur:
mütərəqqi və kosmopolitik fazalar ekstravert fazaya, konservativ və qapalı faza isə introvert
fazaya uyğun gəlir. Bundan başqa məlum oldu ki, siyasi dalğalar Kondratyevin dalğaları ilə
demək olar ki, tam sinxrondurlar (cədvəl 7.4.).
Ölkə
Iqtisa
di
dövrü
n
minim
umu
Təcrido
lunman
ın
zirvəsi
Introvert
fazasının
maksimu
mu
Iqtisad
i
dövrün
minim
umu
Kosmo
politik
dəyərl
əri
fazasın
ın
zirvəsi
əkstravert
fazasının
maksimu
mu
Böyük
Britaniy
a
1783
1790
-
1815
1816
-
1837
1842
-
1866
1868
-
1884
1894
-
1921
1920
-
1938
1946
-
1967
1972
-
ABŞ
1783
1788
-
1815
1912
1811
1837
1836
1830
1866
1860
1858
1884
1884
1881
1921
1908
1905
1938
1932
1929
1967
1956
1954
Qeyd. Cədvəldə uyğun gələn dalğaların ekstremal qiymətlərinin tarixləri verilmişdir,
bu şəkildə dalğa periodunun ancaq yarısı nəzərdən keçirilir.
İ.Klinberq və Namenvirs hesab edirlər ki, siyasətdə dalğalara səbəb olan əsas
mexanizm nəsillərin bir – birini əvəz etməsi prosesidir.
Dostları ilə paylaş: |