15. Петров В.М., Голицын Г.А. Полувековые циклы в социокультур-ной динамике
//Формирование новой парадигмы обществоведения. M., 1996. С.85-96.
16. Петров В.М. Перестройка - волевое решение или социально-психологическая
потребность общества? //Радуга. 1989. № 9. С. 73-83.
17. Плотинский
Ю.М. Базовые
принципы
социокультурной
динамики
П.А.Сорокина// Возвращение Питирима Сорокина. Материалы Международного
симпозиума, посвященного 110-летию со дня рождения П.А. Сорокина. M., 2000. С.
206-212.
18. Ротенберг B.C. Две стороны одного мозга и творчество //Интуиция, логика,
творчество. M., 1987. С. 36-53.
19. Сорокин П. Главные тенденции нашего времени. M., 1993.
20. Сорокин П. Человек. Цивилизация. Общество. M., 1992.
21. Спрингер С., Дейч Г. Левый мозг, правый мозг. M.: Мир, 1983.
22. Штомпка П. Социология социальных изменений. M., 1996.
23. Эволюция,
культура, познание /Отв. ред. И.П.Меркулов M.: ИФ-PAH, 1996.
24. Goldenweiser A. The Principle of Limited Posibilities //Journal of American
Folklore. 1913. Vol. 26. P.259-290.
25. Green K. B. de. The Kondratiev Phenomenon: A Systems Perspective // Systems
Research. 1988. Vol. 5. № 4. P. 281-298.
26. Green K.B. de. Cognitive Models of International Decisionmaking and International
Stability // Systems Research. 1987. Vol. 4. № 4. P. 251-267.
27. Martindale C. The Clockwork Muse: The Predictability of Artistic Change. N.Y.:
Basic Books, 1990.
28. Sorokin P. Social and Cultural Dynamics. N.Y.: The Bedminster Press, 1962. Vol. 1-
4.
Fəsil 9. İnnovasiya prosesləri
9.1. İnnovatikanın əsas anlayışları
İnnovasiya (latınca innovatio – yenilik) sözün geniş mənasında nəyi isə etməyin
yeni üsulu deməkdir. İnnovasiya anlayışına kəşfetmə - bilik və icadın bitişdirilməsi –
mövcud biliklərin yeni istifadə üsulları daxildir. ―İnnovasiya‖ termini ilk dəfə XIX əsrdə
antropologiya və etnologiyada işlədilmişdir və əvvəlcə bir mədəniyyətin elementinin
başqasına daxil edilməsi prosesini bildirirdi.
Sosiumun bir həyat sahəsində olan innovasiyalar başqa sahələrdə tamamilə
gözlənilməz dəyişikliklərə səbəb ola bilər. Belə ki, bəzi alimlər hesab edirlər ki, qadınlara
maşını sərbəst işə salmağa imkan verən starterin icadı ona gətirib çıxartdı ki, qadınlar
bizneslə məşğul olmağa başladılar, bu da öz növbəsində emansipasiyaya yol açmış oldu.
Mədəniyyət və xüsusilə ideologiya sahəsində yeniliklər cəmiyyətə əhəmiyyətli təsir
göstərə bilir. Hesab olunur ki, tərəqqinin labüdlüyünə inam Avropanın XVII – XIX əsrlərdə
inkişafına səbəb olmuşdur. Yeniliklər dəyişikliklərin zəruri şərti kimi bizim həyatımızda
getdikcə böyük rol oynayırlar.
Hətta ―innovatika‖ adlandırılmış yeni elmi istiqamət də yaranmışdır, onun ən vacib
problemi yeniliklərin yayılma proseslərinin öyrənilməsidir.
Diffuziya – innovasiyaların müəyyən bir sosial sistemin daxilində, eləcə də bir
sosial sistemdən digərinə keçib yayılması prosesidir. Keçmişdə hər hansı bir yeniliyin
yayılması bir neçə əsri əhatə edirdi, amma XX əsrin sonundan başlayaraq kommunikasiya
vasitələrinin inkişafı, informasiya maneələrinin aradan qaldırılması diffuziya proseslərinin
kəskin şəkildə sürətlənməsinə səbəb oldu. Növbəti ―böyük‖ sıçrayış kompyuter əlaqə
şəbəkələrinin inkişafı ilə bağlı olacaqdır.
Amerika sosioloqu P.Druker (P.Drucker) yeniliklərin yeddi əsas mənbəyini ayırıb
göstərmişdir:
1) situasiyanın gözlənilməz şəkildə dəyişməsi kimin isə müvəffəqiyyəti və ya
müvəzffəqiyyətsizliyi, gözlənilməyən
xarici təsirə reaksiya;
2) insanların təsəvvürrləri, ümidləri ilə dəyişmiş reallıq arasında
uyğunsuzluq;
3) hər hansı bir prosesin gedişində, ritmində məntiqində çatışmazlıqların aşkar
edilməsi;
4) istehsal və ya istehlak strukturunda dəyişikliklər;
5) demoqrafik
dəyişmələr;
6) ictimai şüurda dəyişmələr (əhval – ruhiyyələrin, istiqamətlənmələrin, dəyərlərin);
7) yeni biliklərin yaranması (5).
Heç də hər bir biliyin yaranması diffuziya prosesinin baş verməsinə səbəb olmur.
Sosiumun bütün həyat sahələrindəki böyük miqdarda icadlara sadəcə olaraq əhəmiyyət
verilmir. A.Qrublerin dediyi kimi, son iki əsr ərzində baş vermiş bir neçə yüz miqyaslı
texniki innovasiyanın analizi göstərir ki, icad ilə innovasiyanın yayılmağa başlaması
arasında 15 ildən 40 ilə qədər müddəti olan zaman laqı (gecikməsi) var. Bundan başqa, bir
və ya bir neçə müvəffəqiyyətli innovasiya tətbiqi heç də diffuziya yarada biləcəyinə
zəmanət vermir. Buna görə də Qrubler üçlüyü – icad innovasiya və diffuziyanı
fərqləndirməyi təklif edir, innovasiya dedikdə bunu icadın ilkin tətbiq prosesi kimi başa
düşür. Onun fikrinə görə, icadetmə və innovasiya fəaliyyəti dəyişikliklər üçün potensial
yaradır. Ancaq diffuziya prosesi bu potensialı sosial praktikanın dəyişməsinə yönəldir (14).
P.Druker hesab edir ki, yeni biliyin yaranması ilə onun bazar tərəfindən
mənimsənilməsi arasındakı zaman kəsiyi təqribən 25-30 ildir. Bu qanunauyğunluq bütün
sivilizasiyalar üçün sabit kəmiyyətdir (konstanta), yəqin bu biliyin daxili təbiətinə xas olan
bir şeydir. Maraqlıdır ki, T.Kun da yeni elmi nəzəriyyənin ancaq 30 ildən tez olmayaraq
yeni paradiqmaya çevrilməsini iddia etmişdir. Onun elmi təkamülü paradiqmaların
dəyişməsindən – problemin qoyuluşu üsulları və onların həlli metodlarını – ibarət olması
haqqında konsepsiyası innovatikada geniş istifadə olunur. Təşkilatın, universitetlərin
ənənəvi paradiqmalarının dəyişdirilməsinin zəruriliyindən də söz gedir (10).
Bir sıra alimlər innovasiyanı məhsulun və ya prosesin sadəcə olaraq
yaxşılaşdırılmasından, lokal səviyyədə mükəmməlləşdirilməsindən fərqləndirməyi təklif
edirlər. Innovasiya özünün tətbiqi üçün təşkilati-texniki dəyişikliklər kompleksini, istehsal
prosesinin yenidən qurulmasını, personalın öyrədilməsini, istehlakçıların davranışının
dəyişdirilməsini tələb edir.
İ.V.Besstujev-Lada hesab edir ki, yenilikləri bir əməlliyyat olaraq idarəetmənin
qərarının bir növü kimi qəbul etmək olar, hansının ki, nəticəsində bu və ya başqa prosesin,
hadisənin (texniki, iqtisadi, siyasi, sosial və başqa) köklü şəkildə dəyişməsi baş verir (2,
səh. 18).
İctimai həyatın müxtəlif sahələrindəki innovasiyaların spesifikası bütün hallar üçün
keçərli olan, vahid tərifin formul edilməsi üçün xeyli çətinlik törədir. D.Şon tərəfindən
tipoloji şəklində təsnif edilməsi aşağıdakı şəkildə təklif olunmuş diffuziya prosesləri öz
müxtəlifliyi ilə seçilir:
1.
“Mərkəz – periferiya” modeli. Yeniliklərin yayılması və kontrol edilməsi bir
mərkəzdən idarə olunur. Bu halda prosesin effektivliyi mərkəzin enerjisindən və
resurslarından, onun əks-əlaqələr yaratmaq və kontrol etmək bacarığından asılıdır. Bu
modelin iki variantı var:
maqnit modeli: (məsələn, Qərbin qabaqcıl ölkələrinə inkişaf edən
ölkələrin nümayəndələri gəlirlər, orada hər hansı bir yenilikləri mənimsəyərək vətənlərinə
qayıdır və onları orada tətbiq edirlər);
“orta əsr bardı” modeli, hansı ki, səyahət edir və
yenilikəri
həm nümayiş etdirir, həm də tətbiq edir.
2.
Mərkəzlərin artması modeli. Bu modeldə əvvəlki kimi əsas rolu mərkəz
oynayır, amma idarəetmə prosesi desentralizasiyaya uğrayır. Yerlərdə yaradılan lokal
mərkəzlər yerli spesifikanı nəzərə alaraq yenilikləri müstəqil olaraq yayırlar. D.Şon hesab
edir ki, müstəmləkəçilik və kommunizm bu model əsasında yayılmışdır. Coca-Cola