Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   81

15. Петров В.М., Голицын Г.А. Полувековые циклы в социокультур-ной динамике 
//Формирование новой парадигмы обществоведения. M., 1996. С.85-96. 
16.  Петров  В.М. Перестройка  -  волевое  решение  или  социально-психологическая 
потребность общества? //Радуга. 1989. № 9. С. 73-83. 
17. Плотинский 
Ю.М. Базовые 
принципы 
социокультурной 
динамики 
П.А.Сорокина//  Возвращение  Питирима  Сорокина.  Материалы  Международного 
симпозиума, посвященного 110-летию со дня рождения П.А. Сорокина. M., 2000. С. 
206-212. 
18. Ротенберг  B.C. Две  стороны  одного  мозга  и  творчество  //Интуиция,  логика, 
творчество. M., 1987. С. 36-53. 
19. Сорокин П. Главные тенденции нашего времени. M., 1993. 
20. Сорокин П. Человек. Цивилизация. Общество. M., 1992. 
21. Спрингер С., Дейч Г. Левый мозг, правый мозг. M.: Мир, 1983. 
22. Штомпка П. Социология социальных изменений. M., 1996. 
23. Эволюция, культура, познание /Отв. ред. И.П.Меркулов M.: ИФ-PAH, 1996. 
24.  Goldenweiser A.  The  Principle  of  Limited  Posibilities  //Journal  of  American 
Folklore. 1913. Vol. 26. P.259-290. 
25.  Green  K.  B.  de. The  Kondratiev  Phenomenon:  A  Systems  Perspective  //  Systems 
Research. 1988. Vol. 5. № 4. P. 281-298. 
26. Green K.B. de. Cognitive Models of International Decisionmaking and International 
Stability // Systems Research. 1987. Vol. 4. № 4. P. 251-267. 
27. Martindale  C. The  Clockwork  Muse:  The  Predictability  of  Artistic  Change.  N.Y.: 
Basic Books, 1990. 
28. Sorokin P. Social and Cultural Dynamics. N.Y.: The Bedminster Press, 1962. Vol. 1-
4. 
 
Fəsil 9. İnnovasiya prosesləri 
9.1. İnnovatikanın əsas anlayışları 
İnnovasiya  (latınca  innovatio  –  yenilik)  sözün  geniş  mənasında  nəyi  isə  etməyin 
yeni  üsulu  deməkdir.  İnnovasiya  anlayışına  kəşfetmə  -  bilik  və  icadın  bitişdirilməsi  – 
mövcud  biliklərin  yeni  istifadə  üsulları  daxildir.  ―İnnovasiya‖  termini  ilk  dəfə  XIX  əsrdə 
antropologiya  və  etnologiyada  işlədilmişdir  və  əvvəlcə  bir  mədəniyyətin  elementinin 
başqasına daxil edilməsi prosesini bildirirdi. 
Sosiumun  bir  həyat  sahəsində  olan  innovasiyalar  başqa  sahələrdə  tamamilə 
gözlənilməz dəyişikliklərə səbəb ola bilər. Belə ki, bəzi alimlər hesab edirlər ki, qadınlara 
maşını  sərbəst  işə  salmağa  imkan  verən  starterin  icadı  ona  gətirib  çıxartdı  ki,  qadınlar 
bizneslə məşğul olmağa başladılar, bu da öz növbəsində emansipasiyaya yol açmış oldu. 
Mədəniyyət və xüsusilə ideologiya sahəsində yeniliklər cəmiyyətə əhəmiyyətli təsir 
göstərə bilir. Hesab olunur ki, tərəqqinin labüdlüyünə inam Avropanın XVII – XIX əsrlərdə 
inkişafına  səbəb  olmuşdur.  Yeniliklər  dəyişikliklərin  zəruri  şərti  kimi  bizim  həyatımızda 
getdikcə böyük rol oynayırlar. 
Hətta ―innovatika‖ adlandırılmış yeni elmi istiqamət də yaranmışdır, onun ən vacib 
problemi yeniliklərin yayılma proseslərinin öyrənilməsidir.  
Diffuziya  –  innovasiyaların  müəyyən  bir  sosial  sistemin  daxilində,  eləcə  də  bir 
sosial  sistemdən  digərinə  keçib  yayılması  prosesidir.  Keçmişdə  hər  hansı  bir  yeniliyin 
yayılması bir neçə əsri əhatə edirdi, amma XX əsrin sonundan başlayaraq kommunikasiya 
vasitələrinin inkişafı, informasiya maneələrinin aradan qaldırılması  diffuziya proseslərinin 
kəskin  şəkildə  sürətlənməsinə  səbəb  oldu.  Növbəti  ―böyük‖  sıçrayış  kompyuter  əlaqə 
şəbəkələrinin inkişafı ilə bağlı olacaqdır. 
Amerika  sosioloqu  P.Druker  (P.Drucker)  yeniliklərin  yeddi  əsas  mənbəyini  ayırıb 
göstərmişdir: 


1)  situasiyanın  gözlənilməz  şəkildə  dəyişməsi  kimin  isə  müvəffəqiyyəti  və  ya 
müvəzffəqiyyətsizliyi, gözlənilməyən xarici təsirə reaksiya
2) insanların təsəvvürrləri, ümidləri ilə dəyişmiş reallıq arasında uyğunsuzluq
3)  hər  hansı  bir  prosesin  gedişində,  ritmində  məntiqində  çatışmazlıqların  aşkar 
edilməsi; 
4) istehsal və ya istehlak strukturunda dəyişikliklər; 
5) demoqrafik dəyişmələr
6) ictimai şüurda dəyişmələr (əhval – ruhiyyələrin, istiqamətlənmələrin, dəyərlərin); 
7) yeni biliklərin yaranması (5). 
Heç  də  hər  bir  biliyin  yaranması  diffuziya  prosesinin  baş  verməsinə  səbəb  olmur. 
Sosiumun  bütün  həyat  sahələrindəki  böyük  miqdarda  icadlara  sadəcə  olaraq  əhəmiyyət 
verilmir.  A.Qrublerin  dediyi  kimi,  son  iki  əsr  ərzində  baş  vermiş  bir  neçə  yüz  miqyaslı 
texniki  innovasiyanın  analizi  göstərir  ki,  icad  ilə  innovasiyanın  yayılmağa  başlaması 
arasında 15 ildən 40 ilə qədər müddəti olan zaman laqı (gecikməsi) var. Bundan başqa, bir 
və  ya  bir  neçə  müvəffəqiyyətli  innovasiya  tətbiqi  heç  də  diffuziya  yarada  biləcəyinə 
zəmanət  vermir.  Buna  görə  də  Qrubler  üçlüyü  –  icad  innovasiya  və  diffuziyanı 
fərqləndirməyi  təklif  edir,  innovasiya  dedikdə  bunu  icadın  ilkin  tətbiq  prosesi  kimi  başa 
düşür.  Onun  fikrinə  görə,  icadetmə  və  innovasiya  fəaliyyəti  dəyişikliklər  üçün  potensial 
yaradır. Ancaq diffuziya prosesi bu potensialı sosial praktikanın dəyişməsinə yönəldir (14). 
P.Druker  hesab  edir  ki,  yeni  biliyin  yaranması  ilə  onun  bazar  tərəfindən 
mənimsənilməsi  arasındakı  zaman  kəsiyi  təqribən  25-30  ildir.  Bu  qanunauyğunluq  bütün 
sivilizasiyalar üçün sabit kəmiyyətdir (konstanta), yəqin bu biliyin daxili təbiətinə xas olan 
bir  şeydir.  Maraqlıdır  ki,  T.Kun  da  yeni  elmi  nəzəriyyənin  ancaq  30  ildən  tez  olmayaraq 
yeni  paradiqmaya  çevrilməsini  iddia  etmişdir.  Onun  elmi  təkamülü  paradiqmaların 
dəyişməsindən  –  problemin  qoyuluşu  üsulları  və  onların  həlli  metodlarını  –  ibarət  olması 
haqqında  konsepsiyası  innovatikada  geniş  istifadə  olunur.  Təşkilatın,  universitetlərin 
ənənəvi paradiqmalarının dəyişdirilməsinin zəruriliyindən də söz gedir (10). 
Bir  sıra  alimlər  innovasiyanı  məhsulun  və  ya  prosesin  sadəcə  olaraq 
yaxşılaşdırılmasından,  lokal  səviyyədə  mükəmməlləşdirilməsindən  fərqləndirməyi  təklif 
edirlər.  Innovasiya  özünün  tətbiqi  üçün  təşkilati-texniki  dəyişikliklər  kompleksini,  istehsal 
prosesinin  yenidən  qurulmasını,  personalın  öyrədilməsini,  istehlakçıların  davranışının 
dəyişdirilməsini tələb edir. 
İ.V.Besstujev-Lada  hesab  edir  ki,  yenilikləri  bir  əməlliyyat  olaraq  idarəetmənin 
qərarının bir növü kimi qəbul etmək olar, hansının ki, nəticəsində bu və ya başqa prosesin, 
hadisənin  (texniki,  iqtisadi,  siyasi,  sosial  və  başqa)  köklü  şəkildə  dəyişməsi  baş  verir  (2, 
səh. 18). 
İctimai həyatın müxtəlif sahələrindəki innovasiyaların spesifikası bütün hallar üçün 
keçərli  olan,  vahid  tərifin  formul  edilməsi  üçün  xeyli  çətinlik  törədir.  D.Şon  tərəfindən 
tipoloji  şəklində  təsnif  edilməsi  aşağıdakı  şəkildə  təklif  olunmuş  diffuziya  prosesləri  öz 
müxtəlifliyi ilə seçilir: 
1.  “Mərkəz  –  periferiya”  modeli.  Yeniliklərin  yayılması  və  kontrol  edilməsi  bir 
mərkəzdən  idarə  olunur.  Bu  halda  prosesin  effektivliyi  mərkəzin  enerjisindən  və 
resurslarından,  onun  əks-əlaqələr  yaratmaq  və  kontrol  etmək  bacarığından  asılıdır.  Bu 
modelin iki variantı var: maqnit modeli: (məsələn, Qərbin qabaqcıl ölkələrinə inkişaf edən 
ölkələrin nümayəndələri gəlirlər, orada hər hansı bir  yenilikləri mənimsəyərək vətənlərinə 
qayıdır  və  onları  orada  tətbiq  edirlər);  “orta  əsr  bardı”  modeli,  hansı  ki,  səyahət  edir  və 
yenilikəri həm nümayiş etdirir, həm də tətbiq edir.  
2.  Mərkəzlərin  artması  modeli.  Bu  modeldə  əvvəlki  kimi  əsas  rolu  mərkəz 
oynayır,  amma  idarəetmə  prosesi  desentralizasiyaya  uğrayır.  Yerlərdə  yaradılan  lokal 
mərkəzlər  yerli spesifikanı nəzərə alaraq  yenilikləri müstəqil olaraq  yayırlar. D.Şon hesab 
edir  ki,  müstəmləkəçilik  və  kommunizm  bu  model  əsasında  yayılmışdır.  Coca-Cola 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə