Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   81

qavran
ılması 
imkanın 
qavranıl
ması 

işdən 
məmn
unluq 
əxlaqı

pozul
nası  
Çiçəkl
ənmə 
Zəif  Məhdud
dur 
Tərəddü
d edir, 
sonra 
azalır 
Aşağı 
düşür 
aşağıd
ır 
Aşağı 
düşür 
Aşağı 
düşür 
artır  kosmo
politik 
Tənəz
zül 
artır 
Çox 
məhdud
dur 
aşağıdır 
 
aşağıdır 
Maksi
mum 
həddi
nə 
çatır 
 
aşağıd
ır 
aşağıd
ır  
ən 
böyük
dür 
Mühaf
izəkar 
depres
siya 
Maksi
mumd
an 
aşağı 
düşür 
Genişlə
nir 
Maksu
mum 
həddinə 
qədər 
artır 
artır  azalır  çoxalı

artır 

ağı 
düşür 
iqtisad

Bərpa  Aşağı 
düşür 
geniş  Yüksək 
səviyyə
də 
saxlanılı

Yüksək
dir 
aşağıd
ır 
Yüksə
kdir 
Yüksə
kdir 
aşağıd
ır 
Müna
qişəlid
ir 
 
Insan  yaratdığı  konsepsiyaların,  prinsiplərin,  institutların,  texnologiyaların, 
ərzaqların  və  s.  çoxunun  həyat  sikli  Kondratyev  dalğaları  ilə  sıx  bağlıdır.  Həqiqətən  də 
həyatın  müxtəlif  sahələrində  ixtiralar  etmək  üçün  başlanğıc,  yayılma,  maksimum 
müvəffəqiyyətə çatma və reqres fazası (daha yeni və daha çox tərcih edilən innovasiya ilə 
əvəz  olunmalı  olan)  kimi  fazalar  xarakterikdir.  De  Qrin  qeyd  edir  ki,  onun  fikirləri 
Vallerstayn  və  onun  kolleqalarının  ideyalarına  –  hansı  ki,  ―dünya  sistem‖  hərəkatı 
çərçivəsində məkan və zaman vəhdətinin öyrənilməsində xolistik yanaşmaya istinad edirlər 
– yaxındır (26).  
Menşikov  və  Klimenko  yaxın  mövqe  tuturlar:  uzun  dalğalar  haqqında  müxtəlif 
konsepsiyaları  nəzərdn  keçirərək  biz  onların  çox  maraqlı  bur  xüsusiyyətini  aşkar  etdik. 
Böyük  dövrlərin  izahını isə  özəl  bir  şəkildə  ön  plana  çəkməyə  çalışaraq  onlar  cəmiyyətin 
dalğavari  inkişafının  çox  mürəkkəb  kompleks  prosesinin  ancaq  bir  tərəfini  əhatə  edirlər. 
Amma, uzun dalğaların daxili mexanizmini realistcəsinə və olduqca tam olaraq təsvir etmək 
üçün  yəqin  ki,  bu  prosesin  multikulturallığı  haqqında  ehtimala  əsaslanmaq  lazımdır‖  (12, 
səh. 253). Müəlliflər göstərirlər ki, dövrülülük nəzəriyyəsinin bir çox mübahisəli suallarına 
ancaq  ictimai  həyatı  öyrənən  iqtisadiyyat,  politologiya,  sosiologiya,  sosial  psixologiya  və 
başqa  elmlərin  qovşağında  aparılan  fənlərarası  tədqiqatlar  cavab  verə  bilər.  Qeyd  etmək 
lazımdır  ki,  belə  tədqiqatları  bəzən  heç  də  əsassız  olmayaraq  lazımsız  sxematizmdə, 
həddindən  ziyadə  reduksionzmdə,  incəsənəti  insan  təbiətinin  anadangəlmə  təmayülləri  və 
onlara ətraf mühitin təsirinin ifadəsinin nəticəsi kimi nəzərdən keçirməkdə günahlandırırlar.  
Bir sıra müəlliflər zamanda baş verən dəyişiklikləri mədəniyyətin mövcudluğu üçün 
zəruri  şərt  hesab  edirlər.  Nümunə  kimi  təqlidçiliyi,  yeniliyə  və  yenilməyə  meyli  ilə 
xarakterizə olunan moda fenomeni göstərilir (13). 
Tarixdə  modadakı  dəyişikliklərin  qanuni  şəkildə  həyata  keçirilıdiyi  situasiyalar  da 
olmuşdur.  Belə  ki,  XVIII  əsrdə  Rusiyada  əmr  olunurdu  ki,  ―hər  bir  rəngdən  olan  mahud 
ancaq  bir  il  istifadə  oluna  bilər...  Tamamilə  aydındır  ki,  mahudun  rənginin  dəyişməsi  hər 
hansı  bir  ümumi  həqiqət,  xeyir,  gözəllik  və  faydalılıq  idealına  yaxınlaşmağa  olan  istək 
tərəfindən diktə olunmamışdır. Bir rəng digərini ancaq onun tərzi deyil, köhnə olduğu üçün 
əvəz edir. Bu halda biz maskalanmış şəkildə insanların mədəniyyətində özünü geniş şəkildə 
biruzə verən xalis tendensiya ilə üzləşirik (8, səh. 161-162). XVIII – XX əsrlər boyu Qərbi 
Avropa ölkələrində qadın geyimlərinin xarakteristikasındakı dəyişmələri analiz edən Kreber 


platerın bəzi xarakteristikalarının (ətəyinin uzunluğu, belin ölçüsü, boyun kəsiyinin eni və 
uzunu) periodik olaraq dəyişməsini aşkara çıxarmışdır (13). 
Mənəvi  sahədə  yeniliyin  ―özünüqiymətləndirmə‖  incəsənətdə  novatorluqla  bağlı 
periodiklik hadisələri bir çox incəsənət nəzəriyyəçiləri tərəfindən qeyd olunmuşdur. Belə ki, 
Pol  Valeri  yazırdı  ki,  hər  bir  klassisizm  ondan  əvvəl  gələn  romantikanı  nəzərdə  tutur... 
Klassisizmin  mahiyyəti  sonra  gəlməyindən  ibarətdir.  Nizam  onun  tərəfindən  ləğv  edilən 
nizamsızılğın olmasını nəzərdə tutur‖ (3, səh. 441). 
 
Məsələlər və tapşırıqlar 
 
1.  Sintetik  və  analitik  dövrlərin  dominantlıq  fazaları  Kondratyev  dalğalarının 
fazaları ilə necə müqayisə olunur? 
2. P.Sorokinin nəzəriyyəsi dövrüdürmü? 
3. Sistemin sırf ilkin şərtlərindən hüdud prinsipini çıxartmaq olarmı? 
4. siz hansı təfəkkür üslubuna – sintetikə və ya analitikə meyllisiniz? 
5.  De  Qrinin  modelində  hansı  sosial-psixoloji  faktorlar  sırf  koqnitiv  xarakter 
daşıyırlar? 
6. Koqnitiv faktorlar iqtisadi dəyişikliklərə səbəb ola bilərmi? 
7.  Qoldstaynın  modelində  (bax:  §  7.4.)  iqtisadi  bazisin  rolu  çox  böyükdür.  Ona 
koqnitiv faktorlar əlavə etməyə çalışın (sosial yaddaşdan başqa). 
8.  N.Makiavellinin  verilmiş  sitatda  hansı  elmi  prinsiplər  gizli  şəkildə  istifadə 
olunmuşdur? 
9.  Sosial  –  mədəni  proseslərin  dinamikasının  çox  vaxt  binar  müxalifətin 
çərçivəsində həyata keçirilir. Bu yanaşma universaldırmı? 
10. Bu fəsildə nəzərdən keçirilən modellərdə gecikmə effekti nəzərə alınmır. Sosial 
– mədəni sahədə gecikmə effektinin fəaliyyətinə misal gətirin. 
11.  Nəsillərin  bir  –  birini  əvəz  etməsi  modelini  təhsil  sahəsində  islahatların 
gecikməsini uçota alaraq nəzərdən keçirin. Nəslin ―siyasi həyatının‖ sürəkliliyinə gecikmə 
effekti necə təsir göstərir.  
Ədəbiyyat 
1. Блок А. Собр. соч.: В 8 т. M., 1960. T. 3. 
2.  Бюль  В.Л.  Изменение  культуры:  к  динамической  социологии  культуры  // 
Общественные науки за рубежом. 1989. №3. С.141-145. 
3. Валери Поль. Об искусстве. M., 1976. 
4. Гуревич А.Я. Предисловие к сборнику // Одиссей. Человек в истории. M., 1989. 
5. Кондратьев Н.Д. Проблемы экономической динамики. M., 1989. 
6. Коул M., Скрибнер С. Культура и мышление. M., 1977. 
7. Лосев А.Ф. История античной эстетики: В 8 т. M., 1981. T. 2. 
 8. Лотман Ю.М., Успенский В.А. О семиотическом механизме культуры // Труды 
по знаковым системам (Ученые записки Тартуского государственного университета. 
Вып. 284). Тарту, 1971. Вып. 5. 
9. Манн T. Письма. M., 1975. 
10.  Маслов  С.Ю. Асимметрия  познавательных  механизмов  и  ее  следствия  // 
Семиотика и информатика. M., 1983. Вып. 20. 
11. Маслов С.Ю. Теория дедуктивных систем и ее применение. M., 1986. 
12.  Меньшиков  С.М.,  Клименко  А.А. Длинные  волны  в  экономике. Когда 
общество меняет кожу. M., 1989. 
13. Моль Д. Социодинамика культуры. M., 1973. 
14. Петров  В.М.,  Бояджиева  Л.Г. Перспективы  развития  искусства: методы 
прогнозирования. M.: Русский мир, 1996. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə