S.Y.Maslov Rusiyanın sosial-siyasi iqlimində baş verən enib-qalxmaları 1790-cı
ildən başlayaraq analiz etmişdir. Bir sıra əlamətlər formalaşdırıldı, onların əsasında
müəyyən zaman kəsiyində (dövrü interval ilə) əhvali-ruhiyyələrin bu və ya digər qütbə
meyl göstərməsi haqqında fikir söyləmək olar. Cəmiyyətin xarici qarşılıqlı təsirlərə açıq
olması analitik başlanğıcın dominantlıq etməsi üçün xarakterikdir, əksinə qapalılıq,
separatizm sintetik başlanğıc üçün tipikdir. Cəmiyyət həyatının bu aspektlərini
qiymətləndirmək üçün dövlətin xarici siyasətinin xarakterindən, onun xarici ticarət
əlaqələrindən (importun artması cəmiyyətin açıqlığının yüksək dərəcəsini, importun
azalması isə qapalılığa meylin olduğunu göstərir) istifadə etmək olar. Cəmiyyətdə könüllü-
razılaşma əsaslarının üstünlük təşkil etməsi burada analitik dominantlıqdan xəbər verir.
Sintetik dominantlıq üçün isə avtoritar üslub xarakterikdir.
Biliyin yüksək nüfuza malik olması analitik tip üçün xarakterikdir (əksinə, biliyin
nüfüzunun aşağı olması sintetik period üçün xarakterikdir). Bu faktoru qiymətləndirmək
üçün məktəbli və tələbələrin sayının artım templərinin dinamikasından istifadə etmək olar.
Cəmiyyətin müyyən bir zaman kəsiyində hansı qütbə aid olduğunu
qiymətləndirmək üçün Maslov analitik proseslərin aşkar dominantlıq etdiyi halda +1
qiymətini qəbul edən və sintetik proseslərin üstünlük təşkil etdiyi halda -1qiymətini qəbul
edən ―assimetriya‖ göstəricisini daxil etmişdir. Sosial siyasi iqlimin bu və ya digər əsas tipə
meyli (daha doğrusu, biri o birindən daha çox) olduğu aralıq pillələrdə göstəricinin qiyməti
±0,5 - ə bərabərdir, göstəricilərin sıfır qiyməti isə cəmiyyətdə tarazlıq vəziyyətinin
olduğunu xarakterizə edir.
Cəmiyyətin sosial-siyasi iqliminin zamandan asılı olması qrafiki şəkil 8.1. a-da
verilmişdir.
Məlum
oldu
ki,
XVIII əsr qrafikinin enib-
qalxmaları Rusiya və bir
sıra Qərbi Avropa ölkələri
üçün
praktiki
olaraq
sinxrondur. Əvvəllər Rusiya
bu ―sinxronluqdan‖ kənarda
idi, amma mübadilə kontakt,
kommunikasiyaların artımı
ilə ümumavropa sosial –
siyasi prosesinə qoşulmuş
oldu (14).
Analoji tədqiqatlar
incəsənət sahəsində S,Y.Maslov tərəfindən (arxitektura şəkil 8.1.b) və V.M.Petrov (musiqi,
rəssamlıq, şəkil 8.1.b) aparıldı. Həm də ki, Maslovun ölçmə prosedurları təxmini və
subyektiv idi, amma O.N.Danilovun və V.M.Petrovun musiqi yaradıcılığını analiz etmək
üçün ölçmə metodikasından bir neçə ekspert-musiqişünas qrupunun verdiyi şkalalar üzrə
qiymətləndirmə metodundan istifadə olunmuşdur (şəkil 8.1.)
Musiqi yaradıcılığının statistik olaraq düzgün qiymətləndirmək üçün yeddi əlamət
göstərilmişdir:
optimizm, şadlıq-tragik əhvali-ruhiyyə,
rasionalıq – intuituvlik
eyni
tembrdən istifadə - tembr, yarımton, nüans bolluğu
ciddi forma – azad forma
quru yazı üsulu – şairanəlik, koloritlilik.
Orta və yuxarı registlərin üstünlüyü – aşağı registrin əhəmiyyətli rolu.