Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   81

qrafikdə  ―x‖  işarəsi  ilə  maksimal  müqavimət  nöqtəsi  qeyd  olunmuşdur,  hansına  ki,  pis 
vəziyyət  (lokal  minimum)  nöqtəsindən  daha  tez  çatmaq  olur.  Maksimum  keçəndən  sonra 
müqavimət  azalır  və  rifah  halının  lokal  minimum  nöqtəsini  keçəndən  sonra  isə  tamamilə 
yox  olur.  Bu  andan  başlayaraq  sistem  lokal  maksimum  növbəti  vəziyyətinə  -  bazar 
iqtisadiyyatına  tərəf  cəlb  olunmağa  başlayır.  Əgər  inzibati  sistem  kifayət  qədər  inkişaf 
edibsə  və  sabitdirsə,  onda  bu  qeyri  –  xətti  sistem  başqa  vəziyyətə  ancaq  vəziyyətinin 
müvəqqəti olaraq xeyli pisləşməsi  hesabına keçə bilər. V.İ.Arnoldun  qeyd etdiyi  kimi,  bu 
zaman  zəif  inkişaf  etmiş  sistem  demək  olar  ki,  qabaqcadan  vəziyyəti  pisləşmədən  yaxşı 
vəziyyətə keçə bilər.  
Sistem  pis  vəziyyətdən  sıcrayışla  yaxşıya  kifayət  qədər  yaxın  olan  vəziyyətə 
keçirmək  variantı  nəzəri  olaraq  mümkündür.  Bu  halda  qeyri-xətti  sistem  yaxşı  vəziyyətə 
tərəf  özünü  təkamülləşdirəcəkdir.  V.İ.Arnolda  görə  qeyri-xətti  sistemlərin  fəaliyyət 
göstərməsinin  obyektiv  qanunları  belədir  və  onlarla  hesablaşmamaq  olmaz.  V.F.Venda 
mürəkkəb  sistemlərin  inkişaf  dalğalarının  (o  cümlədən  cəmiyyətin  tərəqqi  dalğalarının) 
yaranmasının  əsasında  duran  transformasion  azalma  qanunu  aşağıdakı  qaydada 
formalaşdırır:  əgər  sistem  mövcud  strukturu  ilə  hər  hansı  bir  göstərici  üzrə  maksimuma 
çatıbsa,  onda  onun  sonrakı  yüksəlişi  ancaq  sistemin  strukturunun  dəyişməsi  şərti  ilə 
mümkündür, yeni struktura keçid başqa bərabər şərtlər ilə yanaşı həmin göstəricinin mütləq 
müvəqqəti olaraq aşağı düşməsi ilə bağlıdır (4). İnkişaf proseslərində qeyri – sabit vəziyyət 
periodları  mühüm  rol  oynayır.  Həqiqətən,  tamamilə  sabit  və  ya  hipersabit  sistem  inkişaf 
etməyəcək,  belə  ki,  mənfi  əks-əlaqə  mexanizmləri  sabit  vəziyyətdən  çıxmaq  üçün  edilən 
bütün sapmaların qarşısını alacaqdır (5. səh.48) – də qeyd olunduğu kimi ―hipersabitlik hər 
cür  inkişaf  imkanını  aradan  qaldırır,  inkişafın  olması  üçün  zəruri  olan  şərt  isə  həmişə 
müəyyən dəyişikliklərə qarşı münasibətdə qeyri  – sabitlik olmuşdur‖. Eyni zamanda uzun 
müddətli  qeyri-sabitlik  sistemin  ―faydalı‖  xarakteristikalarının  möhkəmlənməsinə  mane 
olur ki, bu da struktur sabitliyinin istməsinə və sistemin məhvinə səbəb ola bilər. 
Beləliklə,  bir  çox  nəzəriyyəçilər  böhranı  sistemin,  o  cümlədən  sosial  sistemin 
inkişafının  ayrılmaz  şərti  hesab  edirlər.  Mübahisələrə  ancaq  böhranın  dərinliyi  və 
islahatların  sürəti  məsələsi  səbəb  olur.  Mübahisə  əsasən  radikal  islahatalar,  şok  terapiyası 
tərəfdarları  ilə  dəyişikliklərin  sosial  qiymətini  azaltmağa,  əhalinin  ən  qorunmayan 
hissəsinin  adaptasiya  prosesini  yüngülləşdirməyə  çalışan  qradualistlər  arasında  gedir 
(3,8,11,14).  
Uğurlu islahatçılardan biri olan Çex Respublikası hökümətinin sədri V. Klaus hesab 
edir ki, müvəffəqiyyətli sistem transformasiyası üçün iki ―balış‖ yaratmaq zəruridir. ―Real 
zəhmət  haqqı  və  real  (valyuta)  kurs  bu  transformasiya  fazasında  nisbətən  aşağı  olmalıdır, 
belə ki, onlar özəlləşdirmə və restrukturlaşma kimi mürəkkəb dövrlərin öhdəsindən gəlmək 
üçün  iki  ―balış‖  hazırlamalıdırlar.  Transformasiya  prosesinin  ayrı-ayrı  elementlərinin 
uzlaşmasının sirri məhz onların hazırlanmasındadır‖ (7). Başqa sözlə desək, əhalinin həyat 
səviyyəsi  o  qədər  aşağı  düşməlidir  ki,  sonradan  istənilən  şərtlər  altında  o,  ancaq  yüksələ 
bilsin. 
İslahatları  müvəffəqiyyətlə  həyata  keçirməyin  ən  böyük  problemi  sosial  stabilliyin 
qorunub  saxlanılmasıdır.  Yumşaq  sosial  siyasətin  yeridilməsi  məsləhət  görülür,  hansı  ki, 
stimullaşdırıcı  (sərt)  siyasət  ilə  stabilləşdirici  (yumşaq)  siyasət  arasında  saat  kəfkiri  kimi 
hərəkət  etməlidir,  yəni  periodik olaraq perioritetləri dəyişməlidir (11). Maliyyə sisteminin 
stabilləşdirilməsi üzrə tədbirləri sərtləşdirilməsi (hansı ki, islahatın tənəzzülünü gücləndirir 
və  sosial  gərginliyi  gücləndirir)  daha  yumşaq  siyasət  ilə  (kompensasiyaların  ödənilməsi, 
pensiyaların,  təqaüdlərin,  minimal  əmək  haqqının  artırılması)  bir-birini  əvəz  edirlər.  Əsas 
sosial  göstəricilərə  xüsusi  diqqət  vermək  lazımdır,  bir  sıra  alimlərin  rəyinə  görə  onlara 
gəlirlərin,  sərvətlərin,  mülkiyyətlərin,  hüquq  və  kapital  üzərində  nəzarətin 
bölüşdürülməsində bərabərliyin dərəcəsi aiddir (11). 


Sosial gərginliyin səviyyəsinə daim nəzarət etmək əhalinin ən ağır vəziyyətə düşmüş 
və kütləvi etiraz aksiyalarına hazır olan qrupunu vaxtında aşkar etməyə imkan verir. Belə 
qruplar üçün, müdafiə çətiri  taktikası  –  yəni  bu  qrupdan olanların həyat  səviyyəsini digər 
sosial  təbəqələrlə  müqayisədə  müvəqqəti  olaraq  qaldıran  kompleks  tədbirlər  –  istifadə 
olunur.  Müdafiə  çətirinin  həm  də  etiraz  partlayışının  baş  verə  biləcəyi  ayrıca  ərazilərdə 
istifadə  olunması  da  mümkündür.  Bəs  əgər  müdafiə  çətiri  çox  balacadırsa,  elitaların 
mübarizəsi  isə  siyasəti  pat  vəziyyətinə  gətiribsə,  nə  etmək  lazımdır?  Ümumiyyətlə 
böhrandan  çıxışı  planlaşdırmaq  olarmı?  Alimlərin  bir  hissəsi  planlaşdırmanı  qeyri-
müəyyənliklə mübarizədə yeganə vasitə kimi nəzərdən keçirirlər, digərləri isə hesab edirlər 
ki,  planlaşdırmanın  rolu  batacaq  ―Titanikin‖  göyərtəsində  kresloların  yerləşdirilməsi  kimi 
bir  şeydir.  Benvenistin  rəyinə  görə  müvəffəqiyyətin  ən  vacib  şərti  planlaşdırmanın 
müxtəlifliyinin  təmin  olunmasıdır.  Müxtəliflik  bir  neçə  səbəb  üzündən  cəlbedicidir.  Əgər 
plan  çox  tez  elan  edilsə,  onda  müxalifətin  birləşmək  üçün  kifayət  qədər  vaxtı  olacaqdır. 
Əgər  plançılar  müxtəlif  qruplarla  məsləhətləşmələr  keçirir  və  bu  zaman  hər  fraksiyanın 
arzularını  nəzərə  alsalar,  onda  yerinə  yetirilməsi  mümkün  olmayan  tələblərin  qurbanları 
olarlar və onların bu işdə iştirakı onların ziyanına olar. Belə ki, planın tərtibçiləri dostdan 
daha çox düşmən qazanmış olurlar. Məxfilik planlaşdırmada vacib rol oynayır, amma gizli 
fəaliyyət  də  ciddi  qüsurlara  malikdir.  Gizli  fəaliyyət  effektli  ola  bilər,  amma  sonucda 
məmnuniyyətsizliyə, münasibətlərin soyumasına və sinizmə (istehzaya) səbəb olur. Etibarlı 
münasibətlərin böhranı dərinləşir və şübhəlilik yaranır‖ (2, səh. 198). 
Planlaşdırmanın  məxfiliyi  problemi  sosial  sistemlərin  davranışının  refleksiv 
effektlərinin analizi və planlaşdırılan təsirə qarşı olacaq reaksiyanın proqnozlaşdırılması ilə 
sıx  bağlıdır.  Bu  tipdən  olan  effekt  tipləri  (Xotorn  effekti,  Piqmalion  effekti)  sosial 
psixoloqlara məlumdur.  Sosial proqnozlaşdırmanın  az tədqiq olunmuş sahəsi  olaraq qalan 
çoxdan məlum olan proqnozun özünügerçəkləşdirmə və özünüləğvetmə effektləridir – ―özü 
üçün  təhlükəli‖  proqnoz  anlayışı  D.Venn  tərəfindən  1888-ci  ildə  təklif  olunmuşdur. 
Siyasətçilər islahat planlarının açıq şəkildə detallı müzakirəsindən imtina edərkən belə yan 
effektlərin baş verə biləcəyinə istinad edirlər. Göstərilmiş mövqenin əsaslı olduğunu qəbul 
edərək qeyd etmək lazımdır ki, son illərdə qərb ölkələrində cəmiyyətin maraqlarına toxunan 
qərarların  qəbulunda  demokratiklik  səviyyəsinin  güclənməsi  tendensiyası  üstünlük  təşkil 
edir.  Qərarların  qəbuluna  ―şəbəkə‖  adlandırılan  yanaşma  planların  müzakirəsində  və 
qəbulunda,  onların  reallaşdırılmasının  kontrolunda  ictimaiyyətin  aktiv  iştirakını  nəzərdə 
tutur. 
Planlaşdırma prosesini bürüyən məxfilik mühiti sosial dinamikanın proqnozlaşdırma 
metodlarının  inkişafını  və  mükəmməlləşdirilməsini  xeyli  çətinləşdirir.  Biliklərin 
akkumulyasiya  edilməsi,  islahatların  gözlənilməz  nəticələrinin  yaranmasının  aşkara 
çıxarılması prosesləri islahatçının bir növ davranış kodeksinin – hansı ki, onu öz planları və 
hadisələrin  inkişaf  ssenariləri  haqqında  hesabatları,  islahatların  başlanmasından  heç 
olmazsa  bir  neçə  il  sonra  çap  etməyə  məcbur  edərdi  –  qəbulu  halında  xeyli  sürətlənmiş 
olardı.  Ekspertlərin  planların  işlənib  hazırlanmasına  cəlb  olunmasının  mövcud  formaları 
alimlərdə  elmi  vicdanlılıqdan  başqa  hər  cür  keyfiyyətlər  əmələ  gətirə  bilərlər.  Siyasətdə 
―çalışan‖ sosial  alimlər tərəfindən istifadə olunan professional  mantiya əksər hallarda çox 
nazik olur‖ (2, səh. 94). 
 
10.3. İnqilab modelləri 
 
―Böhran‖ və ―inqilab‖ terminləri indiki dövrdə elm və texnika, mədəniyyət və təhsil, 
iqtisadiyyat  və  menecment  proseslərinin  təsvirində  geniş  istifadə  olunur.  Bəzi  sahələrdə 
böhran  inkişafın  zəruri  mərhələsi  hesab  olunur,  digərlərində  isə  ondan  uzaq  durmağa 
çalışırlar. Sosial-siyasi sahədə inqilabların gedişi və nəticələrinin qiymətləndirilməsində də 
yekdillik yoxdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə