Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   81

2)  İslahat  – sistemin  özəyini,  genotipini tədricən yenidən quraraq keyfiyyətcə  yeni 
sistemin yaradılmasına doğru getmək; 
3) İnqilab – sistemin özəyinin kəskin, sıçrayışlı dəyişməsi, bir vəziyyətdən digərinə 
katastrofik (əziyyətli) keçid. 
Böhran vəziyyətində sosiumun davranışının qabaqcadan müəyyən edilməsi dərəcəsi 
xeyli aşağı düşür. Böhran zirvəsi üçün ―cəmiyyətin öz çoxlu fərdi elementlərinə bölünməsi 
və eyni zamanda çoxlu xırda yeni törəmələrin milli – etnik, dini, silki – korporativ qrupların 
əmələ  gəlməsi  xarakterikdir.  Cəmiyyətin  aktiv  həyatından  kənara  çıxan  böyük  insan 
kütləsinin sistemdə meydana çıxması gözə çarpan bir hadisə olur‖ (8, səh. 140). Siyasətçilər 
böhranlı  vəziyyətlərdən  çıxmağa  çalışırlar  və  təbii  ki,  məsləhət  üçün  alimlərə  müraciət 
edirlər. Təəssüf ki, sosial böhranlar, sistemin bir haldan başqasına keçməsi prosesləri çox az 
öyrənilmişdir.  P.Sorokinin  yazıdığı  kimi,  ―müharibə  ərəfəsində  alimlərin  çoxu  sülh 
olacağını  deyirdilər,  iqtisadi  tənəzzül  və  dilənçilik  ərəfəsində  isə  çiçəklənmə,  inqilab 
ərəfəsində - stabil nizam – intizam və qanunuyğun tərəqqi olacağından danışırdılar. Bizim 
ixtiyarımızda  olan  bütün  ictimai  və  təbii  elmlərə  baxmayaraq  biz  nə  sosial-mədəni 
prosesləri  idarə  edə  bilirik,  nə  də  tarixi  fəlakətlərdən  qaçmağı  bacarırıq.  Gözlənilməz  və 
qarşısıalınmaz  sosial  –  mədəni  axın  Niaqara  Şəlaləsinin  kənarında  olan  Şalban  kimi  bizi 
hərəkətə gətirir və bizi böhran və fəlakətdən başqalarına doğru sürükləyib aparır (15, səh. 
487).  Bu  sitatda  iki  açar  sözü  –  gözlənilməz  və  qarşısıalınmaz  axın  –  nəzərdən  keçirək. 
Əgər  biz  qarşısıalınmaz  axına  düşsək,  onda  ən  ağıllı  hərəkət  axın  ilə  üzmək  və  bununla 
əlaqədar gələcəyi proqnozlaşdırmaqdır. Əlbəttə, bizim gözlənilməz situasiyaya düşməyimiz 
çox  pis  olar.  Amma  növbəti  dəfə  belə  situasiyaya  düşəndə  biz  günahı  özümüzdə 
görməliyik, çünki presedent (hadisə) artıq başımıza bir dəfə gəlmişdi.  
Deterministlər  və  indeterministlər  arasındakı  fəlsəfi  mübahisədə  XX  əsrin 
başlanğıcından  başlayaraq  ideoloji  motivlər  dominantlıq  edirlər.  Bu  qarışıq  problemə 
dalmadan  qeyd  edək  ki,  40-50-ci  illərdə  Qərbdə  planlaşdırılmanın  və  dövlət  tənziminin 
mərkəzləşdirilməsi  ideyaları  çox  populyar  idi.  İndiki  zamanda  isə  F.Xayekin  və  onun 
ardıcıllarının  baxışları  dəbdədir,  onlar  iddia  edirlər  ki,  mərkəzləşdirilmiş  planlaşdırma 
effektiv  deyil,  dövlət  cəmiyyətin  sosial  –  iqtisadi  həyatına  çox  az  qarışmalıdır.  Təkamül 
plan  üzrə  deyil,  ―bilməyərəkdən‖,  ―təcrübə  və  səhvlər‖  metodu  ilə  inkişaf  edir.  Hansı 
qərarın yaxşı oluğunu ancaq təkamül müəyyən edir. Xayek yazır: ―Hansı davranış qaydaları 
sisteminin dominantlıq edəcəyini müəyyən olunmasına bu və ya digər sistemin dəstəklədiyi 
insan həyatlarının miqdarı qərar verir... Bazar iqtisadiyyatı digər tipli qaydalardan məhz ona 
görə üstündür ki, onun əsas prinsiplərini mənimsəmiş qruplara öz sayını sürətlə artırmağa 
imkan  verir.  Nəticədə,  bazar  dəyərlərinin  hesabını  tutmaq  elə  insan  həyatlarının  hesabını 
tutmaq deməkdir...‖ (17). 
F.Xayek nəzərdə tutur ki, ―qaydalar‖ yarışında qalib gələnlər Qərb ölkələridir. 
 
10.2. Sosial sistemlərdə islahatlar 
 
F.Xayek  və  onun  həmfikirləri  birxətli  təkamül  sivilizasiyasının  müəyyən  bir  kələ-
kötür inkişaf yolunun tərəfdarlarıdırlar – başqa heç nə ola bilməz. Amma magistral (əsas)  
yolda da çala-çuxur ola bilər (məsələn 1930-cu ilin böhranı) və onlardan necə olursa olsun, 
çıxmaq  lazım  gəlir.  Ruzveltin  islahatları  ABŞ-ı  böhrandan  ona  görə  çıxartdı  ki,  islahatlar 
düşünülmüş plana, ölçülüb – biçilmiş və koordinasiya olunmuş hərəkət proqramına istinad 
edirdi. 
F.Xayek  müvəffəqiyyətli  islahatların  əleyhinə  deyil.  Nobel  mükafatı  alarkən 
söylədiyi  nitqində o, məsləhət  görürdü ki, sosial  islahatçı özünü məhsula istədiyi  formanı 
verən sənətkar kimi hərəkət etməlidir. İslahatçı bağban öz bitkilərinin qeydinə qaldığı kimi, 
inkişafı  kultivasiya  etməlidir  (becərməlidir),  uyğun  ətraf  mühitin  yaranmasını  təmin 
etməlidir. 


Humanist  islahatların  keçirilməsinə  çağrışları  ancaq  dünya  sisteminin  mərkəzinə 
mənsub  olan  lider  ölkələrə  aiddir.  Periferyadan  və  yarımperiferiyadan  olan  ölkələr  üçün 
vəziyyət tamamilə başqa cürdür. Təkamül cəngəlliklərindən yolunu itirmiş ölkələr inkişafın 
magistral  yoluna  qayıtmalı  və  qabağa  getmiş  liderlərə  mümkün  qədər  tez  çatmağa 
çalışmalıdır.  Modernləşdirmə  proseslərinə  -  demokratiya  və  bazar  iqtisadiyyatının 
inkişafına  çoxlu  kitablar  həsr  olunmuşdur.  Amma  islahatçıya  elmi  cəhətdən  əsaslanmış 
islahatlar  proqramını  tərtib  etməyə  yardım  edəcək  biliklərin  baqajı  çox  kiçikdir. 
U.Oqbornun mədəni (gecikmə) nəzəriyyəsini qeyd edək. Amerikan sosioloqu 1922-ci ildə 
cəmiyyətin  müxtəlif  sahələrində  inkişafın  qeyri-bərabərliyi  konsepsiyasını  təklif  etmişdir. 
Iqtisadiyyatda,  texnologiyada  baş  verən  dəyişikliklər  sosial  –  mədəni  sahədə  baş  verən 
dəyişiklikləri  xeyli  qabaqlaya  bilir.  Oqborn  elmi-texniki  tərəqqinin  artan  sürətini  nəzərə 
alaraq  ―mədəni  gecikmənin‖  müasir  cəmiyyətin  ən  vacib  problemlərindən  biri  olacağını 
hesab  edirdi.  R.Darendorf  iddia  edirdi  ki,  siyasi  islahatların  həyata  keçirilməsi  üçün  6  ay 
kifayətdir,  iqtisadi  islahatları  6  aya  keçirmək  olar,  amma  mentaliteti,  həyat  uslublarının 
dəyişdirilməsi prosesi bir neçə nəslin ömrünü tələb edir (3 saat dilemması). 
Zaman  laqlarının  (gecikmələrin)  alması  islahatların  proqnozlaşdırılmasını  xeyli 
çətinləşdirir. Tədqiq  olunan proseslərdə gözlənilməyən sərt döngələrin  olması  islahatçıları 
tez-tez  çıxılmaz  vəziyyətə  salır.  Sosioloqlar  ancaq  son  illərdə  anlamağa  başlayıblar  ki, 
böhranlı cəmiyyətdə keçid prosesləri bir qayda olaraq qeyri-xətti xarakter daşıyır. 
1959-cu ildə S.Lipset iqtisadi inkişaf ilə siyasi demokratiya arasında xətti qarşılıqlı 
əlaqə modelini təklif etmişdir (şəkil 10.1). 
Amma,  60-80-ci  illərdə  üçüncü  dünya  ölkələrində  modernləşdirmə  proseslərinin 
çətin taleyi  Lipseti və onun həmkarlarını modeli xeyli dəqiqləşdirməyə məcbur etdi (şəkil 
10.2). 
Şəkil 
10.1. 
Lipsetin  modeli  şəkil 
10.2. 
modernizasiya 
modeli 
Məlum 
oldu 
ki, 
əhalinin 
hər 
nəfərinə düşən ümumi 
ictimai  məhsulun  orta 
illik  səviyyəsi  1500-3500  dollar  arasındadırsa,  onda  demokratiyanın  səviyyəsinin  aşağı 
düşməsi  və  avtoritar  tendensiyaların  artması  mümkündür.  Nəzərdən  keçirilən  iqtisadi 
göstəricinin  səviyyəsi  inkişaf  etmiş  ölkələr  üçün  xarakterik  olan  5000  dollara  çatanda 
demokratiyanın səviyyəsi stabilləşir (10). 
Yenidənqurma probleminin  çətinliyi  onun qeyri-xətti  olması  ilə şərtlənmişdir, belə 
şəraitdə  adi  idarəetmə  metodları  (hansılarının  ki,  tətbiqi  zamanı  nəticələr  edilən  səylərə 
proporsionaldır)  artıq  işləmir.  Qeyri-xətti  sistemlərin  ―kontrintuitiv‖  davranışı  qeyri-xətti 
intuisiyanı işləyib hazırlamağa məcbur edir. Belə sistemlərin analizi üçün V.İ.Arnold şəkil 
10.3-də verilmiş yenidənqurma modelini təklif etmişdir. 
 
Şəkil  10.3.  Yenidənqurmanın  qeyri-xətti 
modeli. 
Şəkil  10.3-dən  göründüyü  kimi  sabit 
vəziyyətdən  –  qeyri  məqbul  sayılan  ―inzibati 
sistemdən‖ üstün tutulan ―bazar iqtisadiyyatına‖ tərəf 
hərəkət  dərhal  vəziyyətin  pisləşməsinə  səbəb  olur. 
Bundan  başqa,  yaxşı  vəziyyətə  tərəf  müntəzəm 
şəkildə  hərəkət  zamanı  da  vəziyyətin  pisləşməsinin 
sürəti  artır,  eləcə  də  sistemin  onun  vəziyyətini  dəyişdirilməsinə  qarşı  müqaviməti  də  artır 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə