Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   81

P.Sorokin  e.ə.  600-cü  ildən  1925-ci  ilə  qədər  baş  vermiş  1622  böhran  və  inqilabı 
analizdən  keçirərək  qütbləşmə  qanunu  yaratmışdır.  İnqilabi  dəyişikliklər  dövründə  sosial-
mədəni həyatın demək olar ki, hər bir sahəsində həm konstruktiv, həm də destruktiv effekt 
baş  verə  bilər.  Həm  də  ki,  inqilab  yüksəliş  periodunda  baş  veribsə  konstruktiv,  tənəzzül 
dövründə baş verirsə destruktiv effektlər dominantlıq edir. 
İnqilabi  dəyişikliklərin  tərəfdarları  hesab  edirlər  ki,  inqilab  ilə  bağlı  olan  bütün 
neqativ  halların  mənbəyi  irticanın  fitnələridir.  Sorokin  isə  iddia  edirdi  ki,  hər  bir  inqilabi 
dövr  mütləq  iki  mərhələyə  bölünür:  1)  inqilabi  hadisələrin  özü;  2)  birinci  ilə  qırılmaz 
şəkildə bağlı olan reaksiya və ya ―cilovlanmaq‖ mərhələsi.  
Reaksiya (irtica) yox dərəcəsində olanda inqilabın sona yetməsi haqqında danışmaq 
olar. Birinci mərhələdə inqilabi hadisələr cəmiyyəti xaos vəziyyətinə düşməsinə səbəb olur, 
amma aclıq, ehtiyac, epidemiyalar təhlükəsi hətta ən dəlicəsinə cəsur olanları belə inqilabi 
qalmaqala  son  verməyə  məcbur  edir.  Azadlıq  tələb  edən  şüarlar  nizam-intizam  (bəzən 
diktatorluq) tələbləri  ilə əvəz olunur.  İnqilabın  ikinci mərhələsi başlanır,  bu zaman nəinki 
bir  çox  inqilabaqədərki  institutların  bərpası  baş  verir,  həm  də  inqilabın  təkamül  cəhətdən 
faydalı nailiyyətləri də möhkəmlənmiş olur (15). 
60-cı  illərdə  inqilabi  situasiyaları  deprivasiya,  yəni  sosial  sərvətlərə  qeyri-bərabər 
çatmaq  –  konsepsiyasının  yardımı  ilə  tədqiq  edən  bir  sıra  əsərlər  nəşr  olundu. 
Deprivasiyanın  qiymətləndirilməsi  adətən  insanlar  tərəfindən  öz  sosial  şəraitləri  ilə  digər 
fərdlərin və ya qrupların sosial şəraitləri ilə müqayisə etməsi əsasında aparılır. 
Artan  ümidlər  nəzəriyyəsi  (nisbi  deprivasiya)  iddia  edir  ki,  uzunmüddətli  iqtisadi 
yüksəliş və ya demokratiyanın yüksəliş səviyyəsi kəskin şəkildə tənəzzüllə əvəz olunduqda 
kortəbii partlayışın baş verməsi mümkündür. 
Puça  çıxmış  ümudlər  frutrasiyaya  (stressə)  səbəb  olur,  bu  da  öz  növbəsində 
aqressivliyin  artmasını  şərtləndirir.  Demək  olar  ki,  koqnitiv  disbalans,  yəni  ümidlər  və 
onların  həyata  keçməsi  imkanları  arasındakı  anlanılan  uçurum  müəyyən  şərtlər  altında 
sosial partlayışa səbəb olan psixoloji gərginliyə səbəb olur (6).  
İnqilabi  partayışı  ümidlərin  artması  ilə  izah  edən 
ilk modellərdən biri C.Devisin modelidir. 
 
Şəkil 10.4. İnqilabi potensialın proqnozu. 
Devisə görə pis şərait və hətta şəraitin pisləşməsi 
bir qayda olaraq üsyana səbəb olmur. O, üsyan ehtimalını 
proqnozlaşdırmaq  üçün  ―J  əyrisi  modelini  (şəkil  10.4.) 
təşklif etmişdir. 
Şəkil 10.4.-də olan bütöv xətt S iqtisadi şərtlərinin 
real  dəyişməsini  göstərir,  ştirixlənmiş  isə  P  ümidlərinin 
dinamikasını  göstərir.  Əgər  iqtisadi  artım  dövründə 
qəfildən  tənəzzül  başlanırsa  və  ümidlər  ilə  real  şərait 
arasındakı fərqlər kritik  həddə çatır, sosial partlayış baş verir. Həm də ki, inqilab qısa bir 
zaman kəsiyi  ərzində  - iki ildən çox olamayaraq  – baş verir.  Bu müddət keçdikdən sonra 
insanlar situasiya ilə barışmağa meylli olurlar. 
Radikal refermatorların islahatların ilk, şok mərhələlərində əhalinin əksər hissəsinin 
həyat  səviyyəsini  nəyə  görə  olduqca  aşağı  düşürtməyə  çalışdıqlarının  səbəbi  Devisin 
modelindən  aşkar  olur.  Həyat  səviyyəsinin  başlanğıc  səviyyəsi  nə  qədər  aşağı  olsa  onun 
növbəti mərhələlərdə kəskin şəkildə aşağı düşməsi ehtimalı bir o qədər az olur. Hətta kiçik 
bir  geriləmə  zamanı  belə  yaxın  keçmişin  dəhşətli  şəraiti  haqqında  xatirələr  kütləvi  etiraz 
aksiyalarını iflic edir. 
Aydındır  ki,  birfaktorlu  model  fərdin  qəbl  etdiyi  qərarları  adekvat  olaraq  izah  edə 
bilməz. Üsyana aid daha geniç psixoloji modellərdə qorxunun, ümidsizliyin, dəyişikliklərə 
olan həvəsin, neqativ keçmişin və müvəffəqiyyətlərə olan ümidlərin təsiri nəzərə alınır. 


Psixoloji  modellərin  çatışmayan  cəhəti  individual  səviyyənin  həddindən  çox 
vurğulanmasıdır. Belə modellər dağınıq halda olan fərdlərin nə üçün birləşdiklərini, siyasi 
mobilliyin necə baş verdiyini izah etmir. 
70-80-ci  illərdə  inqilab  proseslərini  sosial  sistemlər  səviyyəsində  öyrənən 
nəzəriyyələrə  xeyli  diqqət  ayrılırdı.  Makrosəviyyəli  analizdə  hakimiyyətin  legitimliyinin 
böhranı, inqilabi ideologiyanın olması xarici dövlətlərin rolu və s. kimi faktorlar nəzərdən 
keçirilir. 
Son  illərdə  mikro-  və  makrosəviyyəli  yanaşmaları  sintez  etməyə  cəhdlər 
olunmuşdur. Belə ki, Koulman tərkibində 18 faktor olan inqilab modelini qurmuşdur (18). 
Teda Skokpol ondan daha zərif bir model təklif etmişdir (şəkil 10.5.). 
 
Şəkildə 
verilmiş 
model  göstərir  ki,  üçüncü 
dünya  ölkələrində  inqilab 
ehtimalı  üç  əsas  faktorun 
qarşılıqlı  təsiri  ilə  müəyyən 
olunur: 
C  –  sosial  mobil 
qrupların idarəetmə sisteminə 
cəlb 
olunma 
dərəcəsi; 
 
P  –  ölkədən  hərəkət 
etmənin  səviyyəsi  (çətinliklə 
gedilə bilən ərazilərin olması, 
inkişaf 
etmiş 
nəqliyyat 
şəbəkəsinin olmaması); 

– 
dövlət 
adminstrasiyasının 
və 
ordunun 
bürokratlaşma 
səviyyəsi. 
Maraqlıdır ki, bürokratlaşmanın şəkildə göstərilmiş artım istiqaməti diktator rejimli 
ölkələr və müstəmləkələr üçün inqilab ehtimalının azalmasına səbəb olur. Avtoritar rejimli 
və  gizli  şəkildə  idarə  olunan  müstəmləkələrdə  oxun istiqaməti  dəyişir  –  bürokratlaşmanın 
artımı inqilabi hadisələrin ehtimalını artırır. 
Şəkil 10.5 Üçüncü dünya ölkələrində inqilablar modeli. 
İnqilab  modellərinin  böyük  əksəriyyəti  marksist  yanaşma  bazasında  qurulmuşdur. 
Məsələn, C.Terner inqilabi partlayışlar törədən əsas faktorların qarşılı 
qlı 
əlaqəsini 
yığcam  cədvəl  formasında  təsvir  edə  bilmişdir.  Ternerin  (16)  cədvəlini  səbəb  –  nəticə 
diaqramı  formasında  vizuallaşdırmaq  daha  rahatdır.  Diaqramın  analizi  onun  ən  vacib 
çatışmazlığını  –  müsbət  əks-əlaqə  halqasının  yoxluğunu  tez  aşkar  etməyə  imkan  verir, 
onsuz inqilab ―çarxını‖ işə salmaq mümkün deyil.  
 
 
 
 
 
 
Dəqiqləşdirilmiş model şəkil 10.6-da verilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə