Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   81

Məntiqi  mexanizmin  fəaliyyətini  əks-əlaqə  halqasının  köməyi  ilə  analizdən 
keçirməyə cəhd edək. Şəkil 9.3.-dən göründüyü kimi, verilmiş səbəb-nəticə modeli iki əks-
əlaqə  halqasına  malikdir.  Sağda  yerləşən  müsbət  əks-əlaqə  halqasının  fəaliyyəti  tədricən 
populyasiyanın  sayının  eksponensial  atımına  doğru  aparır.  Şəkil  9.3.-də  sol  tərəfdə  mənfi 
əks-əlaqə  halqası  təsvir  olunmuşdur,  onun  fəaliyyəti  prosesi  doyma  səviyyəsində 
stabilləşdirməyə  yönəldilmişdir.  Prosesin  tamamlayıcı  dinamikası  halqaların  növbə  ilə 
dominantlıq etməsi ilə müəyyən olunur. Əvvəlcə, proses ortaya (M/2) çatana kimi müsbət 
əks - əlaqə halqası dominantlıq edir. 
qarşılıqlı əlaqələrin sayı: -ay
t

Şəkil 9.3. 
Oxucu haqlı olaraq belə bir sual verə bilər: nəyə görə mötərizələrin açılması başqa 
bir  məzmunlu  interpretasiyaya  aparıb  çıxara  bilir?  Bütün  məsələ  ondadır  ki,  riyazi  dilin 
imkanları məhduddur. Konqitoloqların qeyd etdiyi kimi, sentensiyalar (stəkan yarıya qədər 
boşdur  və  stəkan  yarıya  qədər  doludur)  –  riyaziyyat  üçün  ekvivalentdir,  amma  məzmun 
nöqteyi – nəzərindən isə bu düzgün olmaya bilər. 
Simmetriyanın  mərkəzini  keçdikdən  sonra  isə  mənfi  əks-əlaqə  halqası  dominant 
təsir göstərməyə başlayır (17). 
Əlbəttə,  göstərilmiş  müddəalar  tamamilə  aydın  olduğunu  deyə  bilmərik.  Sistem 
davranışının  əks-əlaqə  halqalarının  köməyi  ilə  edilən  keyfiyyət  analizinin  imkanları  3-cü 
bölmədə daha ətraflı şərh olunmuşdur. 
Oxucuda  bütün  artım  proseslərinin  tənliklərlə  təsvir  olunması  kimi  bir  fikrin 
yaranmaması  üçün  XIX  əsrin  ingilis  statisti  və  riyaziyyatçısının  sərəfinə  adlandırılmış 
Hompers  əyrisini  nəzərdən  keçirək.  B.Qompers  ölüm  səviyyəsinin,  gəlirlərin 
bölüşdürülməsinin  və  s.  tədqiq  edərkən  müəyyən  etmişdir  ki,  bir  sıra  hallarda  onların 
dinamikası y=ab əyrisi ilə təsvir olunur, burada a və b əmsalları Oedir. 
 satışların kumulyativ sayı 
 Şəkil 9.4.  
Perl və Hompersin əyriləri S şəkilli əyrilərin sinfinə aiddirlər, hansı ki, göstəricinin 
kumulyativ  qiymətinin  artım  dinamikasını  təsvir  edirlər,  məsələn,  yeni  malların  satış 
rəqəmlərini (şəkil 9.4.). məlumatların vizuallaşmasının daha adı formasına keçmək üçün S 
şəkilli  funksiyadan  törəməni  götürmək  lazımdır.  Bu  zaman  bəlli  zaman  anında  satışların 
sayını  göstərən  (şəkil  9.5.)  zınqırov  şəkilli  funksiyanı  əldə  edəcəyik.  Şəkil  9.5.-də 
innovasiyanın həyat dövrünün modelinin təsvir olunduğunu deyə bilərikmi? Bəli. Ancaq o 
halda ki, əgər əmtəə bir dəfə alınırsa və onun istifadə müddəti azdırsa. Əgər əmtəə dəfələrlə 
istifadə olunursa, onda onun həyat dövrü daha mürəkkəb görünür (şəkil 9.6.). 


Şəkil 9.5. – Satışların sayının dinamikası 
Satış rəqamlərinin aşağı düşməsi onunla bağlıdır ki, bir sıra istehlakçı yeni əmtəəni 
bir dəfə aldıqdan sonra heç də onun pərəstişkası olmurlar. Pik satışlarından sonra əmtəənin 
satış səviyyəsi stabilləşir. Ortada ancaq daimi alıcılar qalır. Həyat siklinin son fazasında bu 
əmtəə yeni, daha çox tərcih olunan əmtəə tərəfindən bazardan sıxışdırılacaqdır (15). 
Şəkil 9.6. Yeniliyin həyat sikli 
Sonda demokratikləşdirilmə prosesinin proqnozlaşdırılmasına aid maraqlı bir misal 
göstərək.  1991-ci  ildə  C.Modelski  və  Q.Perri  demokratik  idarə  formasının  yayılması 
prosesini innovasiyaların diffuziya prosesi kimi nəzərdən keçirməyi təklif etdilər. Amerikan 
politoloqlarının  rəyinə  görə  demokratiya  Yer  kürəsində  XV  əsrdə  yayılmağa  başlamışdır. 
Demokratik  idarə  formalarının  ilk  yayılma  fazası  –  müəlliflər  onu  eksperimental 
adlandırırlar  –  1450-ci  ildən  1800-cü  ilə  qədər  davam  etmişdir.  Bu  zaman  demokratik 
prosedurlarla tanış olmuş əhalinin sayı bütün Yer kürəsi əhalisinin ancaq 1- 2% təşkil edidi. 
Daha sonra diffuziya prosesi sürətlənməyə başladı. 1990-cı ildə artıq Yer kürəsi əhalisinin 
40% demokratik idarə formasını seçdi. Müəlliflərin proqnozuna görə XX əsrin sonuna kimi 
bu  rəqəm  50%  olacaqdır,  2100-ci  ildə  artıq  əhalinin  90%  ən  yaxşı  dövlət  quruluşunda 
yaşayacaqdır. 
Müəlliflər  öz  hesablamalarında  proqnoz  üçün  innovasiya  diffuziyasının  məntiqi 
modelindən istifadə ediblər. Düzdür, bu modelin əsasında duran məzmunlu ehtimallar heç 
də həmişə mübarizəsiz olmasalar da, praktikada onun müvəffəqiyyətlə istifadə olunmasına 
dair çoxlu nümunələr vardır. 
 
Məsələlər və tapşırıqlar 
 
1.  Sosial  –  mədəni  proseslərə  dair  elə  misallar  göstərir  ki,  onları  yeniliklərin 
diffuziyası kimi təqdim etmək olmasın. 
2.  Yaxın  gələcəkdə  hansı  texniki  innovasiyalar  sosiuma  daha  çox  təsir 
göstərəcəkdir? 
3. Sosial-mədəni yeniliklərin analizi zamanı demoqrafik dəyişiklikləri nəzərə almaq 
lazımdırmı? 
4.  Bəzi  futuroloqlar  ailənin  qrup  formasının  geniş  yayılacağını  çoxdan  söyləyirlər. 
Sizcə, bu yeniliyin diffuziya etməsinin qarşısını alan nədir? 
5. Təhsildə yeniliklərin yayılması modelini qurun. 
6. Yeniliklərin müvəffəqiyyətinə təsir göstərən koqnitiv faktorları sadalayın. 
7.  Sosial  sistemlərin  yeniliklər  həvəsində  olduğunu  hansı  indikatorlar  vasitəsilə 
bilmək olar? 
8. Geniş reklam kompaniyası həmişəmi yeni əmtəənin müvəffəqiyyətini təmin edir? 
9. Nəyə görə ―pis nümunələr‖ yoluxucudur? 
Ədəbiyyat 
1. Академия рынка. Маркетинг. M.: Экономика, 1993. 


2.  Бестужев-Лада  И.В. Прогнозное  обоснование  социальных  нововведений.  M.: 
Наука, 1993. 
3. Гиляров A.M. Популяционная экология. M.: МГУ, 1990. 
4.  Глазьев  С.Ю. Теория  долгосрочного  технико-экономического  развития.  M., 
1993. 
5. Друкер П.Ф. Рынок: как выйти в лидеры. Практика и принципы. M., 1992. 
6. Ерасов B.C. Социальная культурология. M.: Аспект Пресс, 1996. 
7. Котлер Ф. Основы маркетинга. M.: Бизнес-книга, 1995. 
8.  Лапин  Н.И. Нововведение//Энциклопедический  социологический словарь.  M., 
1995. 
9. Пригожий А.И. Современная социология организаций. M.: Ин-тер-пресс, 1995. 
10. Смайлор  P.H. и  др.  Предпринимательский  университет  //  Международный 
журнал социальных наук. 1993. № 2. С. 3-17. 
11. Bandura  A. Social  Foundation  of  Thought  and  Action.  A  Social  Cognitive  Theory. 
Stanfford Univ. New Jersey: Printice-Hall, 1986. 
12. Bridges E. New technology adoption in an innovative marketplace // Inter. Journal of 
Forecasting. 1991. Vol. 7. № 2. P. 257-270. 
13. Diffusion of Technologies and Social Behavior / Eds. N.Nakicenovic and A.Grubler. 
Berlin: Springer, 1991. 
14. Grubler A. Time for a Change: On the Pattern of Diffusion of Innovation //Daedalus. 
1996. № 1. P. 19-42. 
15. Kotler  F. Marketing  Decision  Making.  A  Model  Building  Approach. N.Y.:  Holt., 
1971. 
16. Modelski  G.,  Perry  G. Democratization  in  Long  Perspective  //  Technological 
Forecasting and Social Change. 1991. Vol. 39. № 1. P. 23-34. 
17. Richardson G.P. System Dynamics: Simulation for Policy Analysis from a Feedback 
Perspective  //Qualitative  Simulation,  Modeling  and  Analysis  /  Ed.  P.A.Fishwick.  N.Y.: 
Springer. 1991. P. 144-169. 
18. Rogers E. Diffusion of Innovations. 3 ed. N.Y.: Free Press, 1983. 
19. Schon D. Beyond the Stable State. N.Y.: Norton, 1971. 
 
FƏSİL 10. Sosial sistemlərdə keçid prosesləri 
 
10.1. Sosial sistemdə böhranlar 
 
Özünün  inkişaf  (təkamül)  prosesində  sosial  sistem  həm  xarici,  həm  də  daxili 
səbəblər  üzündən  yaranan  müxtəlif  problemli  situasiyalarla  daim  üzləşir.  O,  müəyyən 
sabitliyə  sahib  olaraq  və  adaptiv  imkanları  sayəsində  aramsız  yaranan  çağırışların 
öhdəsindən  gələ  bilir.  Mürəkkəb  problemlərin  həlli  sistemin  strukturunun  yenidən 
qurulmasını,  ayrı-ayrı  funksiyalarının  düzəldilməsini,  elementlərin  hissələrinin  əvəz 
edilməsini  tələb  edə  bilər,  amma  bu  zaman  sistemin  mahiyyəti,  onun  özəyi,  genotipi 
dəyişmir – sistem öz identikliyini itirmir. 
Əyanilik  üçün  təsəvvür  edək  ki,  sistemin  mümkün  trayektoriyalardan  ibarət 
―koridoru‖  var.  Əgər  fluktuasiya  koridorun  sərhədlərinə  çatmırsa,  sistem  stabil  vəziyyətə 
qayıda bilər. Əgər dəyişikliklər toplanıb qalırsa və ya təsir o qədər güclüdürsə ki, sistemin 
parametrləri artıq kritik qiymətlər alırlar, onda sistemin böhranı başlanır. 
Bu  vəziyyətdə  onun  təşkilatlanma  dərəcəsi  kəskin  aşağı  düşür  və  əvvəlki  stabil 
vəziyyətə geri qayıtma ehtimalı kəskin şəkildə aşağı düşür. 
Sistemi böhrandan çıxarmağın üç variantı mövcuddur: 
1)  Sistemin  dağılması  və  ya  məhvi,  bu  zaman  onun  elementləri  başqa  sistemlər 
tərəfindən ələ keçirilir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə