Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   81

qabiliyyəti‖ əvvəl gələn növlərindəkindən çox olanda əvvəlkiləri sıxışdırıb çıxardırlar‖ (20, 
səh. 255). Şəkil 11.8-də X populyasiyasının ardıcıl gələn X
1
, X
2
, X
3
 növlərindən ibarət olan 
müvəqqəti  təkamülü  göstərmişdir.  Hər  bir  yeni  növə  K  m/r-in  artan  qiyməti  uyğun  gəlir. 
(20)-də  göstərildiyi  kimi,  məntiqi  tənlik  Darvinin  daha  çox  uyğunlaşanın  yaşaya  biləcəyi 
haqqında ideyasını belə bir fərziyyə ilə formalaşdıra bilər ki, ən çox uyğunlaşmış növ (K – 
m/r) qiyməti böyük olan növdür. Sosiumun texnoloji innovasiyaların tətbiqi ilə bağlı olan 
təkamül  prosesləri  bu  şəkildə  izah  oluna  bilər.  Təkamülün  məntiqi  modeli  bizim 
dövrümüzdə  müxtəlif  elm  sahələrində  tədqiq  olunur.  Analoji  model  texnoloji  ukladların 
dəyişməsinin analizində də istifadə olunurdu. 
Şəkil 
11.9. 
Təkamüldə xaos. 
Məlum 
oldu 
ki,  bu  tipdən  olan 
modellərdə  də  xaotik 
vəziyyət  ola  bilər. 
Şəkil  11.9-da  məntiqi 
təkamülün 
trayektoriyasına 
nümunə 
göstərilmişdir. 
 (27)-də  iddia 
edildiyi  kimi,  xaotik 
enib-qalxmalar  köhnə 
ukladın yenisi ilə əvəz 
olunduğu  zamab  da 
yarana  bilər.  Sistemin 
artım 
imkanlarını 
mövcud 
―taxçanın‖ 
çərçivəsində reallaşdıra bilmədiyi situasiyada qeyri-stabilliyi sistem tərəfindən müvazinətli 
vəziyyətin  təsadüfi  axtarışı  kimi  interpretasiya  etmək  olar.  Bu  model  nizam  və  xaos 
rejimlərinin  bir-birini  əvəz  etməsi  nümayiş  etdirir.  Sürətli  iqtisadi  artım  zamanı  bir  çox 
kompaniyalar birləşir və inteqrasiya edilir. 
Korporasiyalar effektiv mərkəzləşdirilmiş idarəçiliyə tabe olaraq saat kimi işləyirlər. 
Doyma  mərhələsində  innovasiyaların  təzyiqi  altında  iqtisadi  sistem  xaos  zolağına  qədəm 
qoyur. 
 (20)-nin  müəllifləri  hesab  edirlər  ki,  ―fluktuasiya  vasitəsilə  nizam‖  anlayışının 
əsasında qurulmuş modelllər – ―davranışın fərdi və kollektiv aspektləri arasında mükərrəkb 
qarşılıqlı təsir‖ kimi daha dəqiq formula yardım edəcəklər. Bu tipdən olan modellər ―bizim 
qarşımıza qeyri-sabit dünyanı açırlar, hansında ki, kiçik səbəblər böyük nəticələr törədirlər, 
amma  bu  dünyda  özbaşına  deyil.  Əksinə,  kiçik  hadisələrin  qüvvətlənmə  səbəbi  rasional 
analizin  kifayət  qədər  ―qanuni‖  predmetidir...  Əgər  fluktuasiya  idarəolunmaz  olursa,  bu 
hələ  o  demək  deyil  ki,  biz  fluktuasiyanın  güclənməsinin  nəticəsində  yaranmış  qeyri-
sabitliyin səbəblərini lokallaşdıra bilmərik‖ (20, səh. 270).  
Xaos  vəziyyətində  sistemin  davranışı  gözlənilməzdir.  Daha  doğrusu,  konkret 
vəziyyəti  dəqiq  demək,  verilmiş  trayektoriyanı  uzun  zaman  intervalında  izləmək  olmaz. 
Amma  ehtimallı,  orta  vəziyyətli  xarakteristikalar  proqnozlaşdırıla  bilər  (12).    Bir  nümunə 
kimi suyun axdığı maili novu nəzərdən keçirək: əgər ona alabəzək qum dənələri atsaq, onlar 
nizamlı  sıralarla  aşağı  doğru  üzəcəklər.  Nova  bir  neçə  daş  qoymağa  çalışaq.  Sakit  axın 
turbulentliklə  əvəz  ediləcək.  Qum  dənəciklərinin    trayektoriyaları  burulğanlar  nəticəsində 
əmələ gəldiyi üçün çətin proqnozlaşdırılan olacaqdır. Yolun  əvvəlində bir-birinə yaxın olan 
qum  dənələri  yolun  sonunda  bir-birindən  uzaq  düşə  bilərlər.  Amma,  sistemin  inteqral 


xarakteristikaları  (məsələn,  novdan  bir  zaman  vahidində  axan  mayenin  miqdarı)  özlərini 
kifayət qədər sabit apara bilərlər. 
Sistemin  xaotik  davranışını  müəyyən  edən  qəribə  attraktor  çox  vaxt  faza  onu 
məkanının  məhdud  sahələrini  tutur.  Buna  görə  də,  uzaqlaşsalar  da,  qəribə  attraktorun 
hüdudlarından kənara çıxa bilmirlər. Nəticədə xaos sahəsi sərhədlərinin müəyyən olunması 
sistemin  davranışının  qiymətlərini  əldə  etməyə  imkan  verə  bilər.  Belə  sistemləri  idarə 
etmək  olarmı?  Nəinki  olar,  həm  də  lazımdır.  Belə  sistemin  həssaslığı  onu  xaotik 
vəziyyətdən  çox  kiçik,  ancaq  dəqiq  və  vaxtında  edilmiş  təsirlərlə  çıxarmağa  imkan  verir 
(16).  Sosial  sistem  qəribə  attraktora  cəlb  olunmalıdırmı:  Xeyr.  Idarəedici  təsirlər,  əlavə 
məhdudiyyətlərin tətbiqi xaotik vəziyyətlərdən  yan keçməyə imkan  verə  bilər. Qeyd edək 
ki,  nəzəriyyəçilərin  heç  də  hamısı  xaosdan  qaçınmağa  düzgün  hesab  etmirlər.  Xaosun 
həyatverici  qüvvəsinə  inananlar  əksinə,  hesab  edirlər  ki,  xaos  nə  qədər  geniş,  dərin  olsa 
özünütəşkilatlandırmanın yaradıcı qüvvələri bir o qədər effektiv nizam-intizam yarada bilər. 
 ―Sosial  hadisələrə  sinergetik  yanaşma  XX  əsrin  son  rübündə  geniş  populyarlıq 
qazansa da, o, buna baxmayaraq hələlik bir çox hallarda fəlsəfə publisistikası çərçivəsindən 
kənara  çıxmır‖  deyən  fəlsəfə  elmləri  doktoru  V.P.Branskinin  bu  fikri  ilə  hesablaşmaq 
olmaz
20
 (3, səh. 148). 
Əlbəttə,  sinergetikanın  əsas  konsepsiyalarını  bilmək  müasir  mütəxəssis  üçün 
zəruridir, amma praktik məqsədlər üçün fəlsəfi refleksiyanın dərinləşdirilməsi deyil, qeyri-
xətti intuisiyanı inkişaf etdirmək faydalıdır. Bu vəsaitdə xaosun mənimsənilməsinə kifayət 
qədər  praqmatik  yanaşma  təklif  olunur.  Oxucuya    qəribə  attraktoru  başında  deyil, 
kompyuterlərdə  yaratmaq  tövsiyyə  olunur.  EHM-da    sistemlərin  qeyri-xətti  davranışının 
modelləşdirilməsi  tətbiqi  riyaziyyat  üzrə  bilikləri  tələb  etmir  və  tələbə  sosioloqlar  üçün 
kifayət qədər əlçatandır (bax §13.2). 
 
 
Məsələ və tapşırıqlar 
1. Katastrofa – bu sistemin yaxşı və ya pis vəziyyətə sıçrayışla keçiddir? 
2.  Bir  sıra  müəlliflər  hesab  edirlər  ki,  sistem  bifurkasiya  nöqtəsində  gələcək 
inkişafın  bu  və  ya  digər  variantını  eyni  ehtimalla  seçir.  Bu  fikir  sosial  sistemlər  üçün  də 
doğrudurmu? 
3. ―Quraşdırma‖ katastrofa modelindən siyasi inqilabları təsvir etmək üçün istifadə 
etmək  olarmı?  T,Skokpolun  (bax  §10.3)  modelinin  bazası  əsasında  belə  modeli  qurmağa 
çalışın.  Nəzərə  alın  ki,  onun  modelində  üç  müstəqil  faktor  var,  buna  görə  də  faktorları 
birinci qurban vermək lazımdır. 
4. Sizin həyatımızda nə üstünlük təşkil edir: xaos və ya nizam-intizam? 
5.  Sizin  həyatınızda  hansı  proseslər  üstünlük  təşkil  edir:  təşkilat  və  ya 
özünütəşkilatlandırma? 
6. Tələbə həyatından özünütəşkilatlandırma proseslərinə aid nümunə gətirin. 
7.  Sinergetika  üzrə  mütəxəssislər  ―Anarxiya  nizam  –  intizamın  anasıdır‖  şüuarının 
tərəfdarlarıdırmı? 
8. İqtisadiyyatdakı hansı prosesləri xaotik hesab etmək olar? 
9.  Sinergetika  konsepsiyaları  seçkiqabağı  kompaniyanın  planlaşdırılması  üçün 
faydalı ola bilərmi? 
10.  Seçkilərin  nəticəsini  səsvermələrin  başlanmasından  bir  həftə,  ay,  il  və  beş  il 
əvvəl proqnozlaşdırmaq olarmı? 
11.  İncəsənət  sahəsində  özünütəşkilatlandırma  proseslərinin  baş  rol  oynaması  fikri 
doğrudurmu? 
 
Ədəbiyyat 
                                                 
20
Amerikan alimlərinin çox incə şəkildə qeyd etdikləri kimi, (23) hamılıqla qəribə attraktorla 
maraqlanmağın səbəbi erotik assosiasiyalardır...
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə