Böyük maarifçilərin əhatəsində



Yüklə 174,13 Kb.
səhifə1/3
tarix11.12.2023
ölçüsü174,13 Kb.
#146461
  1   2   3
Böyük maarifçilərin əhatəsində


Böyük maarifçilərin əhatəsində

Dəfələrlə qeyd edildiyi kimi, Azərbaycanda maarifçiliyin yayılması və təhsilin inkişafı istiqamətində böyük xidmətləri olan şəxslər sırasında Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası məzunlarının xüsusi rolu var. Onlar yalnız təmsil etdikləri xalqın ziyalı, yenilikçi və savadlı şəxsləri kimi yetişməklə qalmamış, öz işıqlı ideyalarını cəmiyyətin bütün təbəqələrinə yayılması üçün də əllərindən gələni əsirgəməmişlər. Belə şəxslərdən biri də Hüseyn Minasazov olmuşdur.


Minasazov Hüseyn Baxşəli oğlu 1881 ildə Borçalı mahalının Sarvan kəndində doğulmuşdur. O, ibtidai təhsilini doğma kəndi Sarvanda bitirdikdən sonra 1889 ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olmuş, 1894 ildə oranı bitirmişdir. Minasazov elə həmin il Azərbaycana köçmüş, əvvəlcə Cavad qəzasının (indiki Salyan rayonu) Xıllı kəndində, daha sonra isə Bakıda ikisinifli Sabunçu məktəbində rus dili müəllimi işləmişdir.


Hüseyn Minasazovun bundan sonrakı fəaliyyət dairəsi xeyli geniş olub. O, 1924 ilə qədər ara-sıra öz doğma kəndi Sarvanda (indiki Marneuli) yaşamış, yerli məktəbdə müəllimlik etmiş, Gürcüstan SSR Mərkəzi İcraiyyə Komitəsində Milli azlıqlar komissiyasının məsul katibi işləmişdir. 1924 ilin dekabr ayından 1928 ilə qədər Naxçıvan və Bakı şəhərlərində arxivlər idarəsində elmi işçi vəzifəsində çalışmışdır.


Hüseyn Minasazov müəllim işləyə-işləyə mətbuatda bir sıra elmi, elmi-publisistik məqalələr çap etdirmişdir. Belə yazılara görə pedaqoji məktəblərin müdirləri ilə Hüseyn Minasazovun münaqişələri olurdu. 1902 ildə Minasazov redaksiyaların birində korrektor vəzifəsinə işə düzəlmiş, "Kaspi" qəzetinin korrektoru olmuşdur. O, həmin dövrdə böyük Azərbaycan mütəfəkkiri, alimi və publisisti olan mahir qəzet işçisi Həsən bəy Zərdabi ilə ilk dəfə görüşüb yaxından tanış olmuşdur.
Hüseyn Minasazov 1906 ilin ortalarında ukraynalı dostu E.Bondarenko ilə Tiflisə köçmüş, "Zaqafqaziye" qəzetində əməkdaşlığa başlamışdır. O burada məşhur "Molla Nəsrəddin" jurnalının heyəti, onun yaradıcısı Cəlil Məmmədquluzadə və inqilabçı-demokratik hərəkatın baniləri ilə yaxından tanış olmuşdur. Bir müddətdən sonra Minasazov Ömər Faiq Nemanzadə, Qr.Diasilidze, İ.Nakaşidze və P.Qotua kimi məşhur incəsənət xadimləri və ədəbiyyatşünaslarla dostlaşmışdır.



Yüklə 174,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə