Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   81

olunur. Belə rejimi xaotik adlandırmaq olar. Xaoslaşmanın mümkün ssenarisi şəkil 11.7-də 
verilmişdir  (1).  Ekoloji  modellərin  tədqiqi  alimləri  periodun  iki  qat  artması  kaskadlarının 
kəşfinə səbəb oldu. 
Bu hadisənin universallığını M.Feyqenbaum (1978) sübut etmişdir. Periodun iki qat 
artması  kaskadını  aşağıdakı  şəkildə  təsvir  etmək  olar.  Parametr  qiymətinin  müəyyən 
sahəsində  sistem  T  periodu  ilə  periodik  rejimdə  fəaliyyət  göstərir;  parametrin  qiyməti 
bifurkasiyadan  keçəndə  period  iki  qat  artır  və  2T-yə  bərabər  olur;  parametrin  sonrakı 
dəyişməsi yenidən periodun iki qat artmasına səbəb olur və o, 4T-yə bərabər olur və s. və i. 
İki  qat  artmanın  ardıcıl  bifurkasiyaları  sürətlə  bir-birini  ardınca  gəlirlər  –  parametrin 
dəyişməsinin  son  kiçik  hissəsində  saysız  qədər  iki  qat  artmalar  olur  (R  bifurkasiyasından 
sonra  dövrlərin  sayı  2R-ə  bərabərdir).  Beləliklə,  tədqiq  olunan  təkamül  prosesi  getdikcə 
daha mürəkkəbləşir. Sonda olduqca mürəkkəb təşkilat yaranır – dövrlərin miqdarı 2
p
  olur, 
proses qeyri-periodik təsadüfi olur, xaos yaranır. 
 
11.3. İ.Poriqojinin dissipativ strukturları 
 
İ.Priqojin  və  onun  məktəbi  tərəfindən  inkişaf  etdirilən  dissipativ  strukturlar 
nəzəriyyəsində  ilkin  olaraq  fiziki  –  kimyəvi  sistemlərdə  özünütəşkilatlandırma  prosesləri 
öyrənilirdi (18-20). Priqojinin işinə qədər təbiət elmlərində əsasən strukturların müvazinəti 
öyrənilirdi,  hansıları  ki,  mikroskopik  elementlərin  (molekulların,  atomların)  aktivliyinin 
statistik  kompensasiyasının  nəticəsi  kimi  nəzərdən  keçirmək  olur.  Əgər  müvazinətli 
strukturu  olan  sistemi  xarici  mühitdən  təcrid  etsək,  onda  ətalətlilik  nəticəsində  həmin 
müvazinətli struktur sonsuz olaraq uzun zaman mövcud ola bilər. Amma bioloji və sosial 
sistemlərdə bir qayda olaraq situasiya başqadır: sistem qapalı deyil, açıqdır və bundan başqa 
elə  açıq  olduğu  üçün  mövcuddur,  xarici  aləmdən  gələn  maddələr,  enerji,  informasiya 
axınları  ilə  qidalanır.  Açıq  sistemlərdə  təsadüfi  fluktuasiyalar  sistemi  müvazinət 
vəziyyətindən çıxarmağa ―çalışırlar‖. Real sistemlərdə cüzi fluktuasiyalar bir qayda olaraq 
yatırılır və sistem stabil qalır. Əgər sistemə təsir edən qüvvələr kifayət qədər böyükdürlərsə 
və  sistemi  müvazinət  vəziyyətindən  uzaqlaşmağa  məcbur  edirsə,  onda  sistemin  vəziyyəti 
müvazinətsiz  olur.  Bəzi  fluktuasiyaları  söndürmək  olmur,  onlar  güclənərək  bütün  sistemə 
hakim  ola  bilərlər.  Nəticədə  fluktuasiyanın  müsbət  əks-əlaqə  fəaliyyəti  güclənir  və  bu 
mövcud strukturun dağılmasına və onun  yeni vəziyyətə keçməsinə səbəb olur. Bu zaman, 
həm  də  nizamlanmanın  dissipativ  struktur  adlanan  daha  yüksək  səviyyəsinə  də  keçid 
mümkündür. Özünütəşkilatlandırma hadisəsi baş verir. 
İ.Priqojin  həddindən  çox  qeyri-bərabər  sistemlərin  dinamikasını  tədqiq  edərək 
aşağıdakı  nəticələrə  gəlir:  ―Sistem  təkamül  edərək  bifurkasiya  nöqtəsinə  çatanda 
determinist təsvirlər işə yaramır. Fluktuasiya sistemi elə bir ―şaxəni‖ seçməyə məcbur edir 
ki, sistemin təkamülü orada davam etmiş olsun. Bifurkasiyadan keçmək ―yazı-tura‖ deyib, 
qəpik  atmaq  kimi  təsadüfi  bir  prosesdir.  Müvazinətsizliyin  mövcudluğuna  fluktuasiyanın 
nəticəsi kimi baxmaq olar, hansı ki, əvvəlcə sistemin kiçik hissəsində lokallaşmış, sonra isə 
yayılmış və yeni makroskopik vəziyyətin yaranmasına səbəb olmuşdur‖ (20, səh. 56). 
Məşhur  amerikan  futuroloqu  O.Toffer  (20)-yə  olan  müqəddiməsində  qeyd  edir  ki, 
―Priqojinin  paradiqması  xüsusilə  ona  görə  maraqlıdır  ki,  diqqəti  sürətlənmiş  sosial 
dəyişikliklərin müasir mərhələsi üçün ən çox xarakterik olan reallıq aspektlərinə: qeyri-xətti 
münasibətlərdə  nizamlılığın  pozulmasına  müvazinətsizliyə,  müxtəlifliyə,  sabitsizliyə 
vermişdir,  hansılarda  ki,  girişdə  olan  kiçik  siqnal  çıxışda  çoxlu  miqdarda  güclü  cavab 
siqnalına və temporallığa – zamanın gedişinə yüksək həssaslıq – səbəb ola bilər‖ (20, səh. 
16-17). 
Priqojin  tərəfindən  kimyəvi  proseslərin  analizi  üçün  işlənib  hazırlanmış  prinsiplər 
fizikada,  molekulyar  biologiyada,  biologiyadakı  təkamül  proseslərində,  sonra  isə 


sosiologiyada hadisələrin geniş sinfinə də aid edildi. Belə ki, (20, səh.246)- da termitlərin 
özünütəşkilatlandırma prosesi – termit yuvasının qurulması təsvir olunmuşdur. 
Fərz  olunur  ki,  birinci  mərhələ  -  termit  yuvasının  əsası  –  termitlərin  nizamsız 
davranışının  nəticəsidir.  Termitlər  torpaq  parçalarını  gətirir  və  nizamsız  halda  tullayırlar. 
Hər  bir  torpaq  parçası  digər  termitləri  özünə  cəlb  edən  hormonla  hopdurulmuşdur.  Bu 
prosesdə təsadüfən fluktasiya yaranır – müəyyən nöqtənin ətrafında torpaq parçalarının bir 
qədər  böyük  konsentrasiyası.  Hormonların  yüksək  konsentrasiyası  bu  nöqtəyə  çoxlu 
miqdarda termit cəzb edir. Termitlərin konsentrasiyası müsbət əks-əlaqə sayəsində güclənir. 
Tədricən termit yuvasının ―bünövrəsi‖ yaranır.  
Termit  yuvasının qurulması – özünütəşkilatlandırmağa, fluktasiya sayəsində xaotik 
mühitdə mürəkkəb strukturun  yaranmasına parlaq misaldır.  İndiki zamanda təbii  elmlərdə 
bəsit  qeyri-xətti  mühitlərdə  özünütəşkilatlandırma,  strukturların  yaranması  ilə  bağlı 
hadisələrin aktiv tədqiqi gedir. Daha mürəkkəb, əsasən də sosial sistemlərdə də təşkilatların 
ilkin  obrazlarının  yaranmasının  aşkara  çıxarılması  üçün  cəhdlər  olunur.  Alimlər  sadə 
modelllərin  tədqiqini  aparırlar,  onların  analizi  mürəkkəb  sosial  proseslərin  öyrənilməsini 
əvəz  edə  bilməz,  amma  tədqiqatçılara  gizli  qanunauyğunluqları  görmək,  məhsuldar 
hipotezlər formalaşdırmaq üçün faydalı ip ucu verə bilər. 
İ.Priqojinin və İ.Stenqersin (20) işində məntiqi təkamül anlayışı nəzərdən keçirilir, 
yəni  məntiqi  tənliklə  təsvir  olunan  proseslərin  (bax.  §  9.2.).  N  fərdlərindən  ibarət 
populyasiyanın təkamül modeli tədqiq olunur. Qoy r və t doğum və ölüm əmsalları olsunlar, 
K  –  isə  ətraf  mühitin  ―qabiliyyətini  daşıyan‖  olsun.  Onda  populyasiyanın  təkamül  prosesi 
aşağıdakı tənliklə təsvir oluna bilər: 
dN / dt = r* – N(K – N) – m* –N. 
Sistem stasionar sabit N
c
=K –m / r vəziyyətinə malikdir. N
O
 – nun hər hansı bir ilkin 
qiymətində 
populyasiyanın  sayı  N
C
 
qiymətinə  doğru  artır, 
hansı 
ki, 
mühitin 
daşıyıcı  qabiliyyəti  ilə 
doğum 
ilə 
ölüm 
nisbətinin 
əmsalı 
arasındakı 
fərqdən 
asılıdır. 
Stasionar 
vəziyyətdə 
hər 
an 
doğulan  fərdin  sayı 
həlak  olanların  sayına 
bərabər olur. 
Şəkil  11.8.  X 
populyasiyasının 
təkamülü.  
Aydındır 
ki, 
təkamül  prosesində  K, 
m,  r  parametrləri  dəyişə  bilərlər  (məsələn,  iqlimi  fluktrasiyaların  təsiri  altında).  Canlı 
birliklər  təbii  resursların  yeni  istismar  üsullarını  axtararaq  K  parametrini  böyütməyə 
çalışırlar. 
Həyat  instinkti  doğumun  artmasına  və  ölüm  hallarının  azalmasına  olan  səyləri 
şərtləndirir.  ―Məntiqi  tənlik  tərəfindən  müəyyən  olunan  hər  bir  ekoloji  tarazlıq  ancaq 
müvəqqəti  xarakter  daşıyır  və  məntiqi  cəhətdən 
yaradılmış  ekoloji  ―taxça‖  ardıcıl  olaraq  növ 
seriyaları  ilə  dolur,  onlardan  hər  birinin  K  –  m/r 
kəmiyyəti  ilə  ölçülən‖  taxçada  istifadə  etmək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə