Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   81

Excel elektron cədvəlinin köməyi ilə sistemin tədqiqinin bütün prosesinin ―siçanın‖ 
bir  dəfə  basılması  ilə  necə  həll  edəcəyini  göstərək.  Exceli  işə  salaq.  Açılmış  pəncərədə 
cədvəl  görünür. A1 xanasına y
1
=5 qiymətini, B1 xanasına əmsalın qiymətini  а=0,0005 və 
C1 xanasına M=1000 (cədvəl 12.1)
21
 yazaq. 
 
  
А 
В 
С 




0,0005 
1000 
  
  

  
  
  
  
  

  
  
  
  
  
... 
  
  
  
  
  
Cədvəl 12.1 Excel pəncərəsinin fraqmenti 
(12.2)-də formulu A2 xanasına bu şəkildə daxil edək: 
 =A1+B$1*A1(C$1-A1)                                                           (12.3). 
Exceldə  formul  ―=‖  nişanından  başlanmalıdır,  yəni  tənliyin  ancaq  sağ  tərəfi  daxil 
edilməlidir  (12.2).  Burada  y
1
,  a,  M  simvollarının  yerində  uyğun  qiymətlərin  saxlanıldığı 
xanaların yerində uyğun qiymətlərin saxlanıldığı xanaların ünvanları göstərilmişdir
22
. Yada 
salaq ki, formulun daxil edilməsini başa çatdırmaq üçün ―Enter‖ klavişini basmaq lazımdır, 
bundan sonra A xanasında bu formul üzrə hesablamaların nəticəsi 7,4875 – görünəcəkdir. 
Formulun  özü  isə  xanada  qalacaqdır,  onu  cədvəlin  üzərində  yerləşən  formul  xəttində 
görmək olar. 
Indi  isə  formulun  artırılması  ilə  məşğul  olaq.  Bunun  üçün  kursoru  A2  xanasının 
aşağı  sağ  küncünə  elə  daxil  etmək  lazımdır  ki,  o  qara  xaça  çevrilsin  və  ―siçanın‖  sol 
düyməsini basmaqla onu A20 xanasına kimi dartıb aparmaq lazımdır. A sütunu rəqəmlərlə 
dolacaq.  Kursoru  istənilən  xanaya,  məsələn  A3-ə  keçirməklə  əmin  oluruq  ki,  t=3  halında 
formul xəttindəki ifadə (12.2) tənliyinə tam uyğundur. Eyni  şey  avtomatik olaraq A4-dən 
A20-yə  qədər  bütün  xanalarda  baş  verir.  Qeyd  edək  ki,  ancaq  A  sütununun  ünvanları 
dəyişir, B1 və C1 xanalarının ünvanları  dəyişməz qalır. Bu ona  görə baş verir ki,  biz bu 
xanaların ünvanlarını $ nişanı ilə fiksasiya etmişik (üfiqi istiqamətdə artırma zamanı ünvanı 
fiksasiya etmək üçün $ nişanını hərfin qarşısında qoymaq lazımdır, məsələn $B1, absolyut 
fiksasiya da mümkündür - $B$1). 
Rəqəm sırasını qrafikin köməyi ilə öyrənmək daha  yaxşıdır. A1-dən A20-yə qədər 
xanaları  ayırıb  qeyd  edək.  ―Diaqram  ustasını‖  çağıraq.  ―Qrafik‖  tipli  diaqramı  seçək  və 
Excel məntiqi S şəklli əyrini quracaq. 
Bununla  hazırlıq  işləri  başa  çatır.  Zəruri  vərdişləri  qazanmaq  üçün  bütün  prosedur 
cəmi 1 dəqiqə çəkir. 
Ilkin  materialı  kompyuterə  daxil  etdikdən  və  qrafik  qurdurdan  sonra  tədqiqatın  ən 
maraqlı və ən mühüm mərhələsi başlanır. A1 – xanasında ilkin qiymətlər və ya B1 və C1 
xanalarında  əmsalların  qiymətlərinin  dəyişməsi  halında  həmin  saniyə  ekrana  qrafiki  yeni 
variantı  gələcəkdir.  Indi  modelin  parametrlərinin  prosesin dinamikasına hansı  şəkildə təsir 
etdiyini artıq anlamaq, intuiktiv olaraq hiss etmək olar. 
Müxtəlif ilkin məlumatları bu modelə daxil etməklə eksperimentlər aparın və əmin 
olun ki,  ilkin  məlumatları dəyişmək mümkün olduğu kimi, modelin özünü də yeni formulu 
A2 xanasına yazmaqla asanlıqla dəyişmək olar. İndi tənlik nə qədər mürəkkəb olursa olsun, 
onun həlli sizin üçün problem olmayacaqdır. 
Məntiqi  modelin  ümumiləşdirilməsi.  Məntiqi  tənlikdə  a  və  M  parametrləri 
konstantalar  kimi  nəzərdə  tutulur,  amma,  istifadə  etdiyimiz  yanaşmada  daha  mürəkkəb 
                                                 
21
Nəzərdə tutmaq lazımdır ki, Excelin konkret istiqamətlərini və versiyaları komandaları başqa yerə 
köçürmə, vergüllərin yerində nöqtələrin işlədilməsi və s. nəticəsində bir qədər fərqlənə bilirlər.
 
22
$ işarəsi xananın ünvanını fiksasiya edir. Bunun nəyə lazım olduğunu növbəti şərhlərdən aydın 
olacaqdır.
 


halların da tədqiqini həyata keçirmək o qədər də çətin deyil. Əgər a və M parametləri xətti 
olaraq  zamandan  asılıdırlarsa,  onda  onların  qiymətlərini  artırma  imknalarından  istifadə 
edərək B və C sütunlarına daxil etmək lazımdır. A2 xanasındakı çıxış formulunda $ nişanını 
silək və bu formulu yenidən A2-dən.., A20-yə qədər artıraq. Sonra A və C sütunları üçün və 
B sütun üçün isə ayrıca qrafiklər quraq. 
Parametrlərin  dəyişməsinin  sistemin  davranışına  təsirini  öyrənmək  üçün  interaktiv 
qrafikin  imkanlarından  istifadə  edək.  M  parametrinin  qrafikinə  siçan  ilə  vurduqdan  sonra 
qara  nöqtə  -  marker  əmələ  gələcək.  Əgər  markerə  kursoru  yaxınlaşdırsaq  o,  şaquli  ox 
formasını  alacaqdır.  Indi  sıçanın  sol  nöqtəsinə  basmaq  və  qrafiki  yuxarı  və  aşağı  çəkmək 
olar.  C  sütununda  M  qiyməti  avtomatik  olaraq  dəyişəcək  və  A  sütunundakı  formullar 
yenidən  hesablanacaqdır.  Sonra  A  sütunundakı  dəyişikliklər  uyğun  qrafikdə  əks 
olunacaqdır.  Anoloji  olaraq  bilavasitə  diaqramın  üstündə  y
1
  qiymətinin  ilkin  qiymətini 
müxtəlif şəkildə göstərmək olar. 
Bütün  proses  bir  səviyyədə  baş  verir  və  tədqiqatçıya  modelin  sabitliyini,  mümkün 
xarici təzyiqlərin təsirini qiymətləndirməyə, nəzərdən keçirilən proseslərin, müxtəlif inkişaf 
ssenarilərini analizdən keçirməyə imkan verir. 
İkonoloji  modelləşdirmənin  təklif  olunan  metodikası  sosioloqlara  ―sərt‖  riyazi 
modellərdən daha realist ―yumşaq‖ modellərin öyrənilməsinə keçməyə imkan verir. 
Həqiqətən,  a  və  M  xətti  funksiyalarının  əvəzində  istifadəçi  uyğun  olan  qrafikdə 
sadəcə  olaraq  nöqtələrin  yerini  dəyişməklə  (onların  analitik  növünü  bilmək  lazım  deyil) 
istənilən funksiyaları təsvir edə bilər. 
Bu  yanaşmada  təsadüfi  faktorların  təsirinin  gecikmə  effektinin  nəzərə  alınmasının 
çox  da  çətin  olmadığı  aşağıda  göstəriləcəkdir.  Bir  yox,  bir  neçə  tənliklə  təsvir  olunan 
sistemlərin də tədqiqi heç bir çətinlik yaratmır. Amma, siz sistemi idarə etməyi öyrəndikdə 
daha çox ləzzət alacaqsınız. Müəyyən bir tamda sistemin davranışı sizi qane etməsə, sadəcə 
olaraq  sizi  qane  etməyən  rəqəmləri  silə  bilərsiniz.  Zəruri  olan  dəyişiklikləri  düşünəndən 
sonra  sistemin  davranış  mexanizmini  korreksiya  edək  və  hesablamaları  bu  yerdən  (t 
sətrindən) davam edək. 
 
Modeldə gecikmə effektini necə hesaba almalı. Gecikmə uçotunun (və ya zaman 
laqının)  tamamilə  elementar  olduğundan  əmin  olmaq  üçün  hələ  XIII  əsrdə  italyan  alimi 
Fibonaççi tərəfindən təklif olunmuş dovşanlar haqqında məşhur məsələni nəzərdən keçirək. 
―Kimsə bir cüt dovşanı hər tərəfdən hasarlanmış bir küzə salır ki, onların bir ildə nə qədər 
doğub-artacaqlarını hesablasın. Dovşanların təbiəti elədir ki, bir cüt dovşan bir aydan sonra 
dünyaya bir cüt bala gətirir, balalar anadan olduqları 2 ay sonra balalaya bilərlər‖. 
Bir  cüt  dovşanı  t  ayında  F
t
  kimi  qeyd  edək.  Dovşan  cütlərinin  sayının  aşağıdakı 
nisbətə tabe olduğundan asanlıqla əmin olmaq olar: 
Şəkil 12.4 
Dovşançılığın 
dinamikasını 
necə 
qiymətləndirmək 
olar?  Təklif  olunan 
metodikadan  istifadə  edək.  Excelə  F
1
,  F
2
  kimi  ilkin  məlumatları  (12.4)  və  formulu  daxil 
edək. 
12.2  cədvəlindən  göründüyü  kimi,  A1  və  A2  xanalarında  məsələnin  ilkin  şərtləri 
qeyd olunmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə