Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   81

kompaniyası və bir çox digər transmilli korporasiyalar da bu modeldən istifadə edirlər (19). 
Rocers  500-dən  çox  diffuziya  prosesini  analizdən  keçirir  və  innovasiyaların  qəbulu 
prosesinin aşağıda verilmiş beş mərhələsini seçib göstərmişdir (18): 
1) məlumatlılıq mərhələsi – fərd yeni ideaynın olduğunu bililr, amma kifayət qədər 
informasiyaya malik deyil; 
2) maraq mərhələsi – fərd ideya ilə maraqlanır və əlavə informaisya axtarır; 
3) dəyərləndirmə mərhələsi – fərd yenilikdən indiki və gələcək zamanlarda əldə edə 
biləcəyi faydanı dəyərləndirir və qərar qəbul edir
4) sınma mərhələsi; 
5) mənimsəmə mərhələsi. 
Roçersin  rəyinə  görə  diffuziyanın  sürəti  də  beş  əsas  faktor  tərədindən  müəyyən 
olunur: 
1) yeniliyin nisbi üstünlükləri
2) ətraf mühit, mövcud dəyərlər və keçmiş təcrübə ilə uyğunluq
3) mənimsəmənin mürəkkəbliyi
4) son qərarı qəbul edənə qədər sınaqdan keçirmək imkanı; 
5)  kommunikasiya  əyaniliyi  –  innovasiya  nəticələrinin  başqa  insanlar  tərəfindən 
görülməsinin və qiymətləndirilməsinin dərəcəsi
Həyatın  müxtəlif  sahələrində  diffuziya  prosesləri  özəl  spesifik  xüsusiyyətlərə 
malikdirlər.  Sosial  kulturologiyada  innovasiyalar  yeni  ideyaların,  obrazların  hərəkət 
prinsiplərinin,  siyasi  və  sosial  proqramların  icadı,  yəni  təfəkkür  və  ya  hissiyyat  stilinin 
yaranması kimi başa düşülür. Yeniliklərin daşıyıcıları peyğənbərlər, müdriklər, hökmdarlar, 
mədəniyyət xadimləri, alimlər və ya novator qrupları – hansı ki, öz statuslarını qaldırmağa, 
həmin  cəmiyyətdə  seçilməyə  can  atırlar,  çox  vaxt  həmin  cəmiyyətdə  ―avanqard‖, 
―dissident‖  və  ya  ―marqinal‖  olurlar  (6,  səh.  292).  Yeniliyi  daşıyanlar  arasında  çox  vaxt 
əcnəbilər, eləcə də cəmiyyətin aktiv təbəqələrindən olan və mövcud sistemdə özünə layiqli 
yer  tapmayanlar  da  olur.  Diffuziyanın  effektivliyi  çox  şeydə  sosial  determinasiya  ilə 
müəyyən  olunur  (yəni  cəmiyyətin  yeniliyi  qəbul  etmək  üçün  nə  qədər  hazır  olmağından) 
(6).  Cəmiyyət  yenilikləri  şiddətlə  arzulaya  da  bilər,  həm  də  əvvəl  tətbiq  olunmuş  yenilik 
nəticəsində  yaranmış  qarmaqarışıqlıqdan  yorula  da  bilər.  Yeniliyə  olan  tələbat  həm  də 
sosial sistemin həyat dövrünün fazasından asılıdır. 
İnnovasiyaların  diffuziyasının  tədqiqi  problemləri  müasir  iqtisadiyyat  üçün  kifayət 
qədər aktualdır. İqtisadiyyatçıların rəyinə görə yeniliklərin diffusiyası özü ilə ―sosial sistem 
üzvləri  arasında  yeniliklərin  kommunikasiya  kanalları  ilə  ötürülmə  prosesini‖  ifadə  edir. 
Bəlli  təsərrüfat  subyekti  üçün  təzə  olan  ideyalar,  mallar,  qərarlar,  texnologiyalar  və  s. 
yenilik hesab olunur.  
Diffuziya  prosesinin  forması  və  sürəti  kommunikasiya  kanallarının  gücündən  və 
informasiyanın  fəaliyyətdə  olan  subyektlər  tərəfindən  qavranılmasının  xüsusiyyətlərindən 
asılıdır.  
İqtisadçılar  fransız  sosioloqu  Q.Tardın  təqlid  nəzəriyyəsini  əsas  götürəcək 
yeniliklərin yayılması prosesini təsərrüfatçılıq edən subyektlərin sosial öyrənmə prosesində 
müvvəffəqiyyətli  yeni  qərarların  təqlid  edilməsi  kimi  nəzərdən  keçirilər.  Yeni 
texnologiyaların  yayılması  prosesinin  modelləşdirilməsi  göstərmişdir  ki,  novatorlar  yeni 
texnologiyaları icad edirlər, amma onların reaksiyaları təqlidçilərin seçimindən asılıdır. İlk 
(pioner) təqlidçilərin etdiyi seçim daha vacibdir. Pioner-təqlidçilərin sayı nə qədər çox olsa, 
yeni texnologiyanın dominantlıq ehtimalı bir o qədər yüksək olur. 
İnnovatikanın  praktik  cəhətdən  ən  vacib  şaxəsi  yeni  malların  yayılma  prosesinin 
tədqiqidir  –  yəni  marketinqin  əsas  məsələsidir.  Müəssisə  bazarda  müxtəlif  strateji 
fəaliyyətləri rəhbər tuta bilir: 
1)  pioner  strategiyası  –  müəssisə  yeni  məhsula  tələbatın  olmayacağı  haqqında 
deyəcək xeyli ziyanı gözə alaraq yeni məhsul yaratmaqla, onun bazarını formalaşdırmaqla 


riskə  gedir.  Yeni  məhsulun  lider  əmtəə  olacağı  halda  müəssisənin  uzun  müddət 
çiçəklənməsi təmin olunur
2) ―hərəkətdə olan qatar‖ strategiyası – firma populyar məhsul imitiasiyasını yaradır. 
Bu halda müvəffəqiyyət rəqiblərin fəaliyyətinin uzlaşması ilə müəyyən olunur
3) ―mən də‖ strategiyası – müəssisə böyük tələbata malik, artıq məşhur malları daha 
da yaxşılaşdırmağa, modifikasiya etməyə çalışır (1). 
Birinci və üçüncü strategiyalar yeni məhsul istehsalçılarının istehlakçıların diqqətini 
cəlb  etmək  üçün  kəskin  rəqabət  mübarizəsi  ilə  xarakterizə  olunur.  Birinci  halda 
innovasiyanın diffuziya prosesi təzə - təzə genişlənməyə başlanır. 
―Mən də‖ strategiyası doymuş həddə çatan zaman məqsədəuyğun deyil. Bazarın ən 
çox  hissəsi  artım  fazası  zamanı  ələ  keçirilir,  bu  lider  firmanın  ardınca  firmaların 
əksəriyyətinin  ―hərəkət  edən  qatar‖  strategiyasını  seçməsi  zamanı  baş  verir.  Rəqiblərin 
fəaliyyətlərinin  məhz  özünütəşkilatlandırma  prosesləri  ilə  şərtlənmiş  uzlaşması  yeni 
məhsulun əsil uğurunu təmin edir. 
İnnovatika  sahəsindəki  işlərin  xeyli  hissəsi  yeniliklərin  diffuziya  prosesini  həmin 
sosial  sistemin  (cəmiyyətin,  institutun,  firmanın,  fərdin)  öyrədilmə  prosesi  kimi  nəzərdən 
keçirilir.  Öyrədilmə  prosesinə  qərarların  innavasion  qavrayışı,  qiymətləndirilməsi  və 
qəbulu,  yəni  koqnitiv  faktorların  geniş  spektri  daxildir.  Bu  tədqiqat  xətti  amerikan  sosial 
psixoloqu A.Banduranın sosio-koqnitiv nəzəriyyəsində daha çox ardıcıllıqla həyata keçirilir 
(11).  Amerikan  alimi  innovatikanın  sosial  aspektlərini  nəzərdən  keçirərək  yeniliklərin 
istehlak  formalarına,  asudə  vaxtın  və  istirahətin  növlərinə  və  ümumiyyətlə  həyat  stilinin 
dəyişməsinə təsirini analiz edir. O, hesab edir ki, həm yenilik ilə tanışlıq prosesini, həm də 
onun  adaptasiya  prosesini,  yəni  praktiki  istifadə  prosesini  ayrıca  nəzərdən  keçirmək 
zəruridir. Onun rəyinə görə müvvəffəqiyyətli innovasiya proqramı dörd elementdən ibarət 
olmalıdır: 
1) yeniliyi tətbiq etmək üçün optimal anın seçilməsi
2) əlverişli şəraitlərin qabaqcadan hazırlanması; 
3) effektiv nümayişlə dəstəklənmənin təmin olunması; 
4)  yeniliyin  müvəffəqiyyətli  tətbiqinin  potensial  ardıcılların  koqnitiv  imkanlarını 
nəzərə alan nümunələrindən aktiv istifadə etmək, qazancın sosial sistemin üzvləri arasında 
fərz edilən bölgüsü. 
Fərdin  qəbul  etdiyi  qərarların  proqnozlaşdırılması  zamanı  onun  aldığı 
informasiyanın, maraqlılığının, anlanmasının səviyyəsini, onda olan resursları nəzərə almaq 
zəruridir.  Həmçinin  başlanğıc  qeyri-müəyyənlikdən  sonrakı  əminliyə  keçid  prosesləri, 
riskin fərdi qavrayışı da mühüm rol oynayır. 
A.Bandura  yeniliyə  elə  belə,  kor-koranə  sitayişin  əsassız  olduğunu  qeyd  edir. 
Başdansovma,  natamam  yeniliklərin  payı  çox  böyükdür,  onların  çoxu  gözlənilən  effekti 
vermir, bəzən isə gözə çarpacaq dərəcədə zərər verir. 
 
9. 2. İnnovasiyaların diffuziyası və logistik artım modelləri 
İnnovasiyaları  (kollektiv  protest  formaları,  terroristlərin  taktikaları,  narkotiklərin 
yayılması və s.) dinamikasının öyrənilməsinə də aid etmək olar. Antisosial hərəkatların çox 
vaxt  hər  hansı  bir  innovasiyanın  yaratdığı  dəyişikliklər  müxtəlif  olaraq  yaranırlar.  Buna 
misal  olaraq  adətən  1811  və  1816-cı  illərdə  çoxlu  toxuculuq  maşınları  sındırmış,  amma 
bununla  ingilis  yüngül  sənayesinin  inkişafını  çox  qısa  müddətə  zəiflədə  bilmiş  luddistlər 
hərəkatını  göstərirlər. Kapitan Svinqin rəhbərlik etdiyi  analoji  hərəkat eyni  üsullarla kənd 
təsərrüfatı  texnikasının  (mexaniki  taxıldöyən  maşınların)  yayılması  prosesini  saxlamağa 
çalışmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə