Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   81

qiyməti  yüksək  olsa  firma  innovasiyanı  qəbul 
edir, gəlirin qiyməti az olsa isə onu rədd edir. Son 
halda firma gələcək gəliri dəqiq qiymətləndirmək 
üçün  yeni  məhsul  haqqında  əlavə  informasiyanı 
toplayır.  Bu  məsələni  həll  etmək  üçün  T.Oliva 
(T.Oliva)  ―quraşdırma‖  katastrofa  modelini 
istifadə etməyi (şəkil 11.3.) təklif edir (28). 
Katastrofanın  səthini  XY  müstəvisinə 
proyeksiya edək (şəkil 11.4.) 
Şəkil 11.3. İnnovasiyaların qəbulu modeli. 
Ştrixlənməmiş  sahədən  kənardakı  hər  bir 
nöqtəyə  təkcə  bir  qərar  uyğun  gəlir.  Ştrixlənmiş 
sahədəki  hər  bir  nöqtəyə  qeyri  –  müstəqil 
dəyişəninin  iki  qiyməti  uyğun  gəlir  –  məhz  hansının  uyğun  gəlməsi  onun  əvvəlki 
vəziyyətindən asılıdır. Şaquli düz xətt katastrofaların səthini üç nöqtədə kəsib keçir, amma 
Z – nin aralıq qiyməti yolverilməz hesab olunur. (bax: bölmə 3). 
Şəkil  11.4.  Katastrofaların  səthinin 
proyeksiyası. 
Əgər  firmanın  rəhbərliyi  T  nöqtəsindən 
(bax: 
şəkil 11.3.) yeniliyi qəbul etməyə hazırdırsa, onda 
firma 
X  oxu  boyu  hərəkət  edərək  (gəlirin  qiymətini 
tutaq 
ki,  1  milyon  rublya  kimi  aşağı  salaraq)  yeniliyi 
qəbul  etməyə  yenə  də  hazırdır.  Əgər  firma  yeni 
məhsulu  A  nöqtəsindən  qəbul  etməkdən  imtina 
edibsə, onda B nöqtəsinə keçəndə və gəlirin qiymətini 1 milyon rublya qədər qaldıranda da, 
S  nöqtəsində  də  firma  öz  qərarını  dəyişmir  –  istiqamətlənmənin  ətaləti,  klişe  (şablon)  öz 
təsirini göstərir.  
B  nöqtəsindən  M  nöqtəsinə  keçək  –  gəlirin  qiyməti  1,2  mln  rublya  qədər 
qalxacaqdır.  Daha  sonra    kiçik  dəyişiklik  nəticəsində  qiymətin  1,21  mln  rublya  çatması 
qərarın  kəskin  dəyişməsinə  səbəb  olur  –  innovasiya  qəbul  olunur.  Qeyd  edək  ki, 
informasiya  səviyyəsi  yüksək  olduqda  (Y  böyükdür)  və  X  sıçrayışlarının  parametri 
dəyişmir, sistem rəvan şəkildə fəaliyyət göstərir. 
Bu modeldə histerezis halqasını (A,M,T,R,A) nəzərdən keçirək. Bu halda histerezis 
hadisəsi  (və  ya  gecikmə)  menecerlərin  əhatəli  qavrayışı  ilə  izah  olunur  (28).  Histerezisin 
optik  qavrayışına  xrestomatik  bir  misal  şəkil  11.5-də  verilmişdir.  Yuxarı  cərgədə  soldan 
dördüncü təsvir eyni ehtimalla həm qız firquru, həm də kişi siması kimi qavranılır. 
Şəkil 
11.5. 
Qavrayışın bistabilliyi. 
―Dimdiyin‖ 
daxilindəki, ştirxlənmiş xətlə 
işarələnmiş 
təsvirlərin 
tanınması  uyğun  cərgəyə 
baxmağın  istiqamətindən  – 
soldan  sağa  və  ya  sağdan 
sola 
– 
asılıdır. 
Şəkil 
ilə 
eksperimentlər  keçirdikdən 
sonra 
oxucu  bistabil  qavrayışın 
xüsusiyyətləri  ilə  tanış  ola 
bilər, 
bistabil  qavrayış  elə  bir 
hadisədir 
ki, 
onu 
―quraşdırma‖ katastrofası modeli ilə təsvir etmək olar (16). 


Müasir  qeyri  –  xətti  elmin  əsas  anlayışlarından  biri  bifuksiyadır.  Riyaziyyatda 
bifurkasiya dedikdə idarəedici parametlərin dəyişməsi zamanı sistemi təsvir edən müəyyən 
model tipinin qərarlarının sayının və ya sabitliyinin dəyişməsini başa düşülür (16, səh. 170). 
Bifurkasiya  nöqtəsində  sistem  sanki  onun  sonrakı  həyatını  müəyyən  edən  seçimi  edir. 
Bifurkasiya  anlayışı  idarəedici  parametlərin  tədricən  gedən  kəmiyyət  dəyişmələrinin 
sistemin vəziyyətinin keyfiyyət dəyişməsinə keçməsi prosesini təsvir edir. 
Bu  qədər  həcmli  termin  ictimai  elmlərdə  populyarlıq  qazana  bilməzdi.  Məsələn, 
Lotman  hesab  edir  ki,  sosial  proseslərin  iki  tipini  nəzərdən  keçirmək  məqsədəuyğundur. 
Sosial  proseslərin  birinci  tipində  hadisələr  şəxsiyyətdən  xaric  xarakter  daşıyırlar,  belə  ki, 
prosesin iştirakçıları praktiki olaraq seçim hüququndan məhrumdurlar. Onu da demək olar 
ki, insanlar nəhəng sosial proseslərin (ictimai formasiyaların inkişafı, sinfi, milli hərəkatlar) 
Broun  hərəkətində  hissəciklərinin  rolunu  oynayırlar.  İkinci  tip  sosial  proseslər  insanların 
şüurundan  keçirən  və  bu  şüurun  yarıdımı  ilə  həyata  keçirilən  hadisələrlə  bağlıdır.  ―İnsan 
davranış  seçimi  imkanı  qarşısında  qalır  və  öz  hərəkətlərini  daim  işin  obrazı  ilə  nəticələr 
haqqında təsəvürlərlə müqayisə edir‖ (11, səh. 3.). Beləliklə, sosial prosesin çoxlu alternativ 
şəklində  təqdim  olunduğu  yerdə  onların  arasındakı  seçim  insanın  intellekti  və  iradəsi  ilə 
həyata  keçirilir,  səbəbiyyət  üçün  yeni  və  daha  mürəkkəb  forma  və  modellərini  axtarmaq 
zəruridir. 
Y.Lotman sinergetika ideyalarına istinad edərək sosial prosesi çoxfaktorlu axır kimi 
nəzərdən keçirməyi təklif edir. ―Burfurkasiya nöqtəsinə çatanda hərəkət bir növ dayanaraq 
yol seçmək üçün düşüncələrə dalır‖. Bu nöqtədən bir neçə müxtəlif ehtimallı sabit inkişaf 
trayektoriyaları çıxa bilər. Sosial prosesin bu anında insanlar seçim etmək imkanına malik 
olurlar. ―Tarixin normal axını zamanı bu faktorlar nə qədər gücsüz olsalar da, sistem seçim 
qarşısında  qalıb  düşünən  anda  onlar  həlledici  rol  oynayırlar.  Amma,  prosesin  ümumi 
gedişinə  qarışdıqdan  sonra,  onlar  onun  dəyişikliklərinə  geriyə  dönməz  bir  xarakter  verir‖ 
(11, səh. 3,4). 
Y.Lotman  indiki  zamanda  elmi  dilə  daxil  olan  təsvirlərə  istinad  edərək  sosial 
proseslər  haqqında  aşağıdakı  obrazlı  təsəvvürü  təklif  edir:  ―Klio  relslər  üzərində  bir 
məntəqədən  başqasına  sürüşüb  gedən  vaqonun  sərnişini  kimi  yox,  bir  yol  ayrıcından 
digərinə gedən və öz yolunu seçən səyyah kimi qarşıda durur... 
Arxaik simvollar – bəşəriyyətin minlərlə illik təcrübəsinin kondensatorlarıdır: qapalı 
fiqurlar  –  çevrə,  üçbucaq,  kvadrat  –  insandan  üstün  yüksək  qüvvələrin  simvoludur;  xaç, 
dörd yol ayrıcı artıq sanskrit dilində seçim, tale, insanın mənşəyi: şüur və vicdan deməkdir. 
Yolayrıcı gedən üçün seçim təqdim edir‖ (11, səh. 4). 
Bu  yanaşma  təsadüfən  bizim  dövrümüzdə  yaranmayıb.  Lotmanın  rəyinə  görə,  bu 
təkcə  təbiətşünaslığın  müasir  vəziyyəti  ilə  bağlı  deyil,  həm  də  yaşadığımız  epoxanın 
spesifikası ilə də bağlıdır: artıq yekun vaxtdır, ―sonların‖ zamanıdır – XX əsr, minillik sona 
yetir. Tarixi yekunların vurulması belə bir sualla mütləq bağlı olur: hara gedirsən? Tarix  – 
gələcəkdən keçmişə baxışdır, baş vermişlərə ―norma‖, ―qanun‖, ―kod‖ haqqında hansı  isə 
nöqteyi – nəzərdən baxışdır – baş vermiş hadisəni tarixi fakt ranqına qaldırmaq və hadisəni 
olduğu mənada qavramağa məcbur etmək üçün (11, səh. 4). 
Politoloq  və  tarixçilərin  ―bifurkasiya‖  terminini  həddindən  artıq  tez-tez  və  sərbəst 
istifadə  etmələrini  daha  dəqiq,  təbii  elmlərin  nümayəndələri  təqdir  etmirlər.  ―Öyrənilmiş 
fiziki,  kimyəvi  və  bioloji  sistemlərdə  bifurkasiya  nöqtələrinin  miqdarı  o  qədər  də  çox 
deyildir.  Sabit  vəziyyət,  sabit  inkişaf  tipikdir‖  (16).  Amma,  yaddan  çıxartmaq  olmaz  ki, 
sosial  sistemləri  təbii  sistemlərdən  fərqlədirən  hər  şeydən  əvvəl  olur  ki,  bu  sistemlər 
koqnitivdir, dərk etdikləri seçimi etməyə qadirdirlər. 
Q.Q.Malinetski tarixi prosesin bifurkasiya diaqramına maraqlı misal gətirir (12). O, 
hesab edir ki, Toynbinin sivilizasiyanın inkişaf nəzəriyyəsi şəkil 11.6-da verilmiş model ilə 
illüstrasiya oluna bilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə