mexanizmlə - xırda incəliklərinəcən qurularaq, ordan ağlasığmaz
məbləğdə pullar
udmasından da xəbərsiz idi.
Bu lotereya əməliyyatını o, özü üçün düzəltdiyi yalançı ölüm tamaşasından sonra -
Böyük Qalmaqal dövründə işə salmışdı, senyor. Həmin o dövr isə bu adı,
çoxlarının zənn eləiyi kimi, Müqəddəs Eraklio gecəsi yerin altıyla yeriyib, bütün
ölkəni lərzəyə gətirən cəhənnəm zəlzələsinə görə yox, o illər hər yerdə hay-həşirlə
bünövrələri qoyulan müxtəlif tikintilərə görə qazanmışdı. Bünövrələri yenicə
qoyulan bu binalar «dünyaəhəmiyyətli möhtəşəm tikintilər» elan olundularsa da,
heç birinin tikintisi axıracan başa çatdırılmadı, amma hay-küyü çox olurdu, senyor.
O vaxt onun belə bir adəti vardı ki, dövlət şurasının üzvlərini sarayda yox, siesta
saatlarında, anasının tamarin budaqları arasında itib-batan malikanəsində yığırdı.
Yelləncəyin ətrafına yığışıb, öz mahud cübbələrində istidən buğlanan seyrək bığlı
boşboğazları, selluloid yaxalıqlarında boğulan zəhləsigetmiş çərənçi
nazirləri orda
yelləncəkdə gözüyumulu uzanıb yellənə-yellənə, üzünü şlyapasıyla yelləyə-yelləyə
dinləyirdi. Onlar hey zəvzəyir, o isə onların səsini, həyətdə toyuqların ardınca
cuman xoruzların qanadlarının şappıltıları içində əridə-əridə, qonşuluqda nəfəs
dərmədən: «Susanna, yanıma gəl, Susanna!» oxuyan qramafonun səsinə,
cırcıramaların cırzıltısına qulaq asa-asa mürgüləyir, bunu görən nazirlər hörmətlə
səslərini kəsir: «Sakit, general yuxuya getdi!..» - deyib aradan çıxmaq istəyəndə o,
xorultusunu kəsmədən, gözünü açmadan: «Davam eləyin, eşidirəm!»
- deyirdi və
onlar, general siesta saatının canüzən mürgüsündən ayılıb: «Boş söhbətlərdi.
İçinizdən bircə nəfər ortaya iş qoydu: o da səhiyyə naziri, mənim yerlim. Hə, ayrı
sözünüz yoxdu ki? Di dağılışın, boşboğazlıq bununla da sona yetdi». – deyərək,
iclası yekunlaşdıranacan sözlərinə davam edirdilər. Ən zəruri dövlət məsələlərini
isə o, öz şəxsi köməkçiləri ilə - nahar vaxtı, bir əlində nimçə, o biri əlində qaşıq,
otağın içində var-gəl eləyə-eləyə müzakirə edirdi. Bir çox məsələləri isə o, yolüstü,
məsələn, pilləkəni çıxa-çıxa həll eləyirdi, bəzən də heç həll eləmirdi, elə ağzının
içində öz-özünə: «Nə istəyirsiniz eləyin, onsuz da buranın yiyəsi mənəm.» - deyə-
deyə ötüb gedirdi. Onu sevirdilər, ya sevmirdilər, onu ən az maraqlandıran bu idi.
Bu
barədə söz düşəndə o, üzünü turşudaraq:«Boş şeydi» - deyirdi. O tez-tez
müxtəlif ictimai tədbirlərdə görünür, qırmızı lentləri hər yerdə şəxsən özü kəsir, ən
təhlükəsiz vaxtlarda belə çəkinib getmədiyi yerlərə gedir, canını təhlükəyə məruz
qoya-qoya, özünü camaata göstərirdi: «Heç nə olmaz!» - deyirdi. Qalan boş
vaxtlarını isə o, öz yerlisi - səhiyyə naziri ilə və general Rodriqo de Aqilarla
saysız-hesabsız domino oyunlarına sərf eləyirdi. Təkcə bu iki nəfər ona kiminsə
həbsdən buraxılması və ya kiminsə ölüm hökmünün ləğv edilməsi barədə ürək
eləyib ağız aça bilərdi. Gözəllik ilahəsi Manuela Sançesi
qəbul eləməyi barədə də
təkcə bu iki nəfər ona ağız açmağı qərara almışdı...
Manuela Sançes, sadə xalq içindən çıxmış gözəl bir qız idi. Onu, İt döyüşü
məhəlləsinin üfunət bataqlığı içində bitmiş ecazkar gülə bənzətmək olardı. Bu
məhəllənin itləri bir dəqiqə dincəlmək bilmədən, bir gün bir-biriylə yola getmədən,
gecə-gündüz elə boğuşurdular ki, milli qvardiyanın əsgərləri belə bu tərəflərə ayaq
basmağa ürək eləmirdi... Qvardiyaçılar bir də ona görə bura ayaq basmağa ürək
eləmirdilər ki, buralara ayaq basanların göz qırpımında soyulmağından,
maşınlarının sökülüb hissə-hissə daşınmağından xəbərləri vardı. Bu elə bir
43
məhəlləydi ki, içində ətli-canlı bir eşşək azsaydı, ordan o eşşəyin əvəzinə bir çuval
sümük çıxardı. İt döyüşü məhəlləsinin yolları o qədər dolama-dolaşıq idi ki, baş
çıxarmaq olmurdu və həmin bu dolama-dolaşıqlığın
içində neçə-neçə dövlətli
ailənin uşaqları yoxa çıxmışdı. «Orda onları öldürüb qızardırlar, mənim generalım,
sonra da aparıb bazarda, qızardılmış kolbasa yerinə satırlar, təsəvvür eləyirsiz?!...»
Manuela Sançes isə – gözəllik ilahəsi Manuela Sançes məhz bu məhəllədə doğulub
böyümüşdü. Zibillik bənövşəsi! – «Bu qızın gözəlliyi bütün ölkəni sarsıdıb, mənim
generalım!» Bu söhbət generalı elə maraqlandırdı ki, o: «Əgər o, doğurdan elə
qeyri-adi gözəldirsə, onda mən nəinki onu qəbul edərəm, onunla bir tur vals da
oynayaram. - dedi. – Cəhənnəmə, qoy qəzetlər nə istəyirlər yazsınlar, belə şeylər
qara camaatın xoşuna gəlir». Lakin həmin axşam - Manuela Sançesi qəbul
eləyəndən sonra o, general Rodriqo de Aqilara açıq
təəssüf hissi ilə dedi ki,
kasıbların bu tərifli kraliçası Allahın bir tur valsına də dəyməz. Dedi ki, bu, vur-tut
İt döyüşü məhəlləsində yaşayan yüzlərlə Manuela Sançeslərdən biri – adi, ortabab
bir qızdı: «Büzməli ipək paltarıyla, saxta daşlı qızılı tacıyla, əlindəki qızılgülüylə
bir yerdə!.. İtaparan olsun, dediklərini də elədim. İki şey xahiş elədi məndən: İt
döyüşü məhəlləsinə su və işıq çəkdirdim. Ona onu da dedim ki, yanıma bir də
xahişlə-filanla gəlməsin. Sümsük adamlardan zəhləm gedir. Bu cür ütüklərlə heç
danışmaq düzgün deyil!» O bunu deyib, domino partiyası başa çatmamış ayağa
qalxdı, qapını çırpıb çıxdı, saat səkkizi vuranda isə fermada
peyda oldu, inəklərə
yem verib, quru təzəkləri saraya daşımağı əmr etdi, sonra şam yeməyinə yollandı
və adəti üzrə əlində nimçə o yan-bu yana var-gəl eləyə-eləyə, qızardılmış ətlə
lobya, düyü və platan yarpaqlarından düzəldilmiş salatını yeyə-yeyə, sarayda hər
şeyin yerli-yerində olduğunu yoxlamağa, saray darvazalarının
keşiyindən tutmuş,
yataq otağının qapısında duran qarovulacan, hamını bir-bir saymağa başladı və
öyrənib biləndə ki, onların sayı lazım olan qədər – on dörd nəfərdir, onda şəxsi
qarovulun yerində olub-olmadığını da yoxladı və ondan da arxayın olanda, görəndə
ki, qarovul sarayın birinci girişində domino vurur, onda qızılgül kollarının altında
yatan cüzamlı xəstələrə, pilləkənlərdə yuxuya gedən ifliclərə də baş çəkdi və şam
yeməyini açıq pəncərələrdən birinin məhəccərinə qoyub, özünü yarıqaranlıq,
üfunətli qadın yataqxanasına saldı, üç qadının öz bicləriylə yatdığı çarpayının
yanında peyda oldu, özünü bu üfunətli bədən yığnağının arasına salıb, ona
maneəçilik törədən iki başı və üç cüt ayağı qırağa çəkib arvadların birini
qamarladı. Nə generalın cənginə keçən qadın, nə də onun yanında yatan o biri
qadınlar yuxudan ayılmadılar. Arada o biri çarpayılarda yatan yuxulu qadınların
səsi eşidilirdi: «Bir az yavaş, mənim generalım, elə fısıldamayın, uşaqlar qorxar».
Bundan sonra o, saraya qayıtdı, iyirmi üç pəncərənin iyirmi üçünün də cəftələrini
bir-bir yoxladı, cücüləri qovmaq üçün dəhlizdə təzə təzəkdən ocaq qaladı.
O, bu təzəkləri, vestibüldən tutmuş otaqlaracan, bir-birindən beş metr ara qoya-
qoya yandırır, tüstünü ciyərlərinə çəkə-çəkə, uzaq, tumançaq uşaqlıq illərini
xatırlayırdı... Belə də uşaqlıq illəri olardı?.. Əgər
bu illər, onun ciyərlərinə tüstü ilə
bir dolub, bir dəqiqədən sonra tüstü ilə də bir canından çıxırdısa, bu necə illər
idi?!.. Sonra o, otaqların işıqlarını bir-bir söndürə-söndürə vestibülə qayıtdı, quş
qəfəslərinin üstünə örtüklər sala-sala saydı: «Qırx səkkiz ədəd olmalıdır.» Onlar
düz qırx səkkiz ədəd idi, lakin bununla da generalın ürəyi soyumadı, əlində çıraq,
44