Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
156
Kaş dəvə döyüşdən az da olsa anlayardı,
Əcəl gəldiyində ölüm nə gözəldir!
Ayağa qalxıb bir bağçaya girdim. Orada bir dəstə müsəlman
gördüm. Aralarında Ömər ibn əl-Xətt ab və dəbilqəli bir adam
vardı. Ömər dedi: “Nə üçün gəlmisən?” And olsun ki, sən çox
cəsursan. Amma nə zamindir ki, başına bir şey gəlməyəcək?!”
Məni o qədər danladı ki, yerin yarılmasını və oraya girməyi
arzuladım. Dəbilqəli adam bu əsnada dəbilqəsini başından çı-
xardı. Gördüm ki, Təlhə ibn Übeydullahdır. Dedi: “Ey Ömər!
Çox uzağa getdin! Allahdan başqa qaçacağımız yermi var?!”
Bu zaman Qüreyş müşriklərindən biri Sə`də ox atıb dedi: “Al,
bu da sənə ox! Mənə İbn Ərəqə deyərlər!” Atdığı ox Sə`din
qol damarına sancılıb onu qopardı. Sə`d Allaha dua edib dedi:
“Allahım, Qüreyzənin fəthi ilə gözüm aydın olmayınca canımı
alma!” (Aişə deyir:) “Onlar (qüreyzəlilər) Cahiliyyət dövründə
onun dostlarının mütt əfiqləri idilər. Bir az sonra Sə`din qolun-
dan axan qan dayandı. Allah Təala müşriklərin üstünə külək
göndərdi. Bununla da Allah döyüşdə möminlərə yardım etdi.
Allah güclüdür, qüvvət sahibidir!”
1
Əleyhinə də olsa doğru danışması
Rəvayət olunur ki, Həzrəti Aişə (bir dəfə) yanındakılara
deyibmiş:
1
Hədisi İmam Əhməd rəvayət etmişdir. Bax: Silsilə əl-əhadis əs-səhihə,
hədis № 67.
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
157
“Sizə özüm və Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı ol-
sun!)
danışımmı?” Yanındakılar: “Bəli!” – dedilər. Aişə dedi:
“Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanımda olduğu
gecə idi. Yerində çevrilərək, əbasını yerə sərdi, səndəllərini çı-
xarıb ayaqlarının yanına qoydu. Paltarının bir tərəfini yatağının
üstünə qoyub uzandı. Çox keçmədən yatdığımı güman edib,
ehmalca əbasını götürdü, yavaşca səndəllərini geyib, qapını
açdı və çölə çıxdı. Arxasınca qapını ehtiyatla bağladı. Mən də
köynəyimi başıma keçirdim, paltarımla başımı və sinəmi ört-
düm, libasıma bürünərək, Peyğəmbərin
(Ona Allahın xeyir-duası və sala-
mı olsun!)
arxasınca getdim. Bəqiyə
1
çataraq dayandı, həm də çox
dayandı. Sonra əllərini üç dəfə qaldırdı. Geri döndüyündə mən
də döndüm. Addımlarını yeyinlətdiyində mən də yeyinlətdim.
Yürüdüyündə mən də yürüdüm. Axırda, onu ötərək evə gir-
dim. Yatağıma girmişdim ki, içəriyə daxil oldu. Dedi: “Nə
olub sənə, Aişə? Təşviş içindəsən.” Mən: “Bir şey olmayıb”,
– dediyimdə dedi: “Ya sən mənə nə olduğunu deyəcəksən, ya
da mehriban və hər şeyi bilən Allah deyəcəkdir!” Mən də: “Ey
Allahın rəsulu, atam-anam sənə fəda olsun!” – deyib, olanları
ona danışdım. Soruşdu: “Demək, qarşımda gördüyüm qaraltı
sən idin?” Dedim: “Bəli!” Sinəmdən itələdi və mən ağrı hiss
etdim. Dedi: “Allah və peyğəmbərinin sənə zülm edəcəyinimi
düşündün?” Aişə dedi: “İnsanlar nəyi gizlədirlərsə gizlətsinlər,
hər şey Allaha məlumdur!” Peyğəmbər dedi: “Bəli, səni gör-
düyüm zaman Cəbrayıl yanıma gələrək mənə səsləndi. Amma
bunu səndən gizlətdi. Mən də ona hay verdim və hayımı
səndən gizlətdim. Sən paltarlarını çıxarmış halda o sənin yanı-
1
Qəbiristanlıq adıdır – tərcüməçinin qeydi.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
158
na gəlməli deyildi. Zənn etdim ki, yatmısan. İstəmədim, səni
oyadım. Qorxacağından ehtiyatlandım. (Cəbrayıl mənə) dedi:
“Rəbbin əmr edir ki, Bəqiyə gedib, orada yatanlar üçün (Al-
lahdan) bağışlanma diləyəsən.” (Aişə deyir:) “Onlara nə deyim,
ey Allahın rəsulu?” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyurdu: “Belə de: “Mömin və müsəlman diyarının sakinlərinə
salam olsun! Allah bizdən qabaq və sonra gedənlərə rəhmət
etsin! Biz də, inşallah, sizə qovuşacağıq!”
1
Rəvayət olunur ki, Həzrəti Aişə deyib:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bal və şirniyyatı
xoşlayardı. O, (hər gün) ikindidən sonra zövcələrinə baş çəkər,
biri ilə lap yaxın olardı. (Bu dəfə) o, Həfsə bint Ömərin yanına
gəldi və qaldığından çox qaldı. Qısqandım və nə baş verdiyi-
ni soruşdum. Mənə dedilər ki: “Həmqəbilələrindən bir qadın
(Həfsəyə) bal hədiyyə etmiş, o da bu baldan Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
içirdib. Öz-özümə dedim: “Al-
laha and olsun ki, ona hiylə gələcəyəm!” Sonra Sevda bint
Zəm`əyə dedim: “Bir azdan o sənin yanına gələcək. O sənə
yaxınlaşan kimi, soruşarsan ki: “Peyğəmbər sənə yaxınlaşdı-
ğında de ki: “Kitrə yemisən?” O sənə: “Xeyr!” – deyə cavab
verəcək. Sən də ona deyərsən: “Bəs bu nə iydir burnuma
gəlir?” O sənə deyəcək: “Həfsə mənə bal içirdib.” Onda sən
ona deyərsən: “Yəqin ki, arılar bu balı urfut ağacından çəkdiyi
şirədən düzəldiblər.” (Aişə) dedi: “Mən də ona belə deyəcəyəm,
sən də belə deyərsən, ey Səfiyyə!” Sevda dedi: “And olsun ki,
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
qapının ağzına gəlib
çatdıqda mən onun qabağına çıxıb sənin dediyini hökmən
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dostları ilə paylaş: |