Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
165
“Əbu Sələmə vəfat etdiyində dedim: “Qərib idi, qəriblikdə
də (vəfat etdi)
1
. Ona elə ağlayacağam ki, (hər kəs) bu haq-
da danışsın. Ağlamağa hazırlaşırdım ki, Mədinənin yuxarı mə-
həlləsindən bir qadın gəldi. Mənə qoşulub ağlamaq istəyirdi.
Bu əsnada Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
onu görüb
dedi: “Sən şeytanı Allahın iki dəfə çıxardığı evə soxmaqmı
istəyirsən?” (Bunu eşitdiyimdə) ağlamaqdan əl çəkdim”
2
.
Əri Əbu Sələməyə vəfakarlığı
Rəvayət olunur ki, Ümmi-Sələmə
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
belə dediyini
eşitdim: “Başına bir bəla gəldiyində Allahın ona əmr etdiyi
(sözləri) – “Doğrudan da, biz Allahınıq və Ona da qayıda-
cağıq! Allahım, bu bəlaya görə mənə savab yaz, ondan daha
xeyirlisini mənə nəsib qıl!” – deyən elə bir müsəlman yoxdur
ki, Allah ondan (müsibətdən) daha xeyirlisini onun nəsibinə
yazmasın”. Əbu Sələmə vəfat etdiyi vaxt (öz-özümə) dedim:
“Hansı müsəlman Əbu Sələmədən yaxşı ola bilər ki?! O ki
ailəsi ilə birlikdə Allahın rəsulu naminə hicrət etmişdir.” Bun-
dan sonra Allah mənə Peyğəmbəri
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
nəsib qıldı”
3
.
1
Əbu Sələmə Məkkəli idi və Mədinədə vəfat etmişdi.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
166
Peyğəmbərlə evlənməsi
Rəvayət olunur ki, Ümmi-Sələmə
(Allah ondan razı qalsın!)
demiş-
dir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
məni özünə nişan-
lasın deyə Hatib ibn əbu Bəltəəni yanıma göndərdi. (Hatibə)
dedim: “Mənim bir qızım var və mən qısqancam.” (Bunu
eşidən Peyğəmbər) dedi: “Dua edərik ki, qızı ona möhtac
olmasın (Allah qızına ruzi yetirsin). Onu da dua edərəm ki,
Allah onun qısqanclığını aparsın”
1
.
Ümmi-Sələmə rəvayət edir ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
onunla evləndiyində yanında üç gün qaldı. Sonra
dedi: “Sən (mənim) üçün dəyərsiz deyilsən, amma qaydaya
görə dulun yanında üç gün qalırlar. Əgər istəsən, yeddi gün
qalaram. Əgər sənin yanında yeddi gün qalsam, gərək digər
zövcələrimin də yanında o qədər qalım. Amma istəsən, onların
yanında üç gün qalıb sonra yanına gələrəm.” Ümmi-Sələmə
dedi: “Üç gün bəsdir”
2
.
Güclü şəxsiyyəti
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
xanımları iki
yerə ayrılmışdılar. Bir tərəfdə Aişə, Həfsə, Səfiyyə və Sevda,
digər tərəfdə isə Ümmi-Sələmə və başqaları vardı. (Bir dəfə) ya-
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
167
nındakılar (ikinci qrup) Ümmi-Sələməyə dedilər: “Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
danış ki, insanlara desin: “Kim
Peyğəmbərə bir şey hədiyyə etmək istəsə, ona bu hədiyyəni
zövcələrinin evində olarkən versin.” Ümmi-Sələmə (gedib bunu
Peyğəmbərə) dedi...”
1
.
Xalqın problemləri ilə
maraqlanması, müsəlmanların
rəhbərinə diqqətlə qulaq asması
Ümmi-Sələmə rəvayət edir ki, (bir dəfə) insanların (cənnət)
hovuzundan danışdıqlarını eşidir. Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
bu haqda ona heç nə danışmamışdı. Həmin vaxt
bir cariyə onun saçını darayırmış. Ümmi-Sələmə Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
minbərdən “Ey insanlar!” – deyə
səsləndiyini eşidib saçını darayan cariyəyə dedi: “Mənə bir
az möhlət ver.” Cariyə dedi: “Peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
ancaq kişiləri çağırdı, qadınları ki deyil!” Ümmi-
Sələmə dedi: “(Nə olsun ki?!) Mən də insanam”
2
. (Bu zaman)
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
deyirdi: “Mən sizdən
ötrü Hovuzun yanına birinci çatacağam. Mənə baxın! Nəbadə
sizdən kimsə itmiş dəvə necə qovulursa, yanıma gəldiyində elə
qovulmasın; mən də: “Bu nəyə görədir?” – deməyim; mənə də
(cavabən:) “Sən onların səndən sonra nə etdiklərini bilmirsən!”
– deyilməsin! Mən də: “İraq olsun!” – deməyim!”
3
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dostları ilə paylaş: |