Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
168
Səbir və təmkini
Rəvayət olunur ki, Həzrəti Ömər
(Allah ondan razı qalsın!)
qızı
Həfsənin yanına gedib deyir: “Qızım, (eşitmişəm ki,) sən
Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
söz qaytarır, hətt a
elə deyinirmişsən ki, o, gün boyu əsəbi olurmuş.” Həfsə dedi:
“And olsun ki, biz hamımız (Peyğəmbərin digər zövcələrini
nəzərdə tutur – mütərcim) ona söz qaytarırıq.” Ömər dedi:
“Bilirsən ki, mən səni (həmişə) Allahın cəzası və Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
qəzəbindən xəbərdar etmişəm...”
Bunu deyib (Həfsənin yanından) çıxdım və qohumu olduğum
üçün Ümmi-Sələmənin yanına getdim, onunla danışdım. Dedi:
“Qəribə adamsan, Xətt abın oğlu! Hər şeyə müdaxilə etdin, indi
də Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
xanımları arasına
girməkmi istəyirsən?!” (Ömər deyir:) “And olsun ki, (onun
bu sözü) məni fikrimdən daşıtdı və mən demək istədiklərimi
demədən onun yanından çıxdım...”
1
.
Atasız qalmış övladlarının
qayğısını çəkməsi
Rəvayət olunur ki, Ümmi-Sələmə
(Allah ondan razı qalsın!)
demiş-
dir:
“(Bir dəfə) Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
so-
ruşdum: “Ey Allahın rəsulu, Əbu Sələmədən (olan) uşaqlarıma
baxıb, onlara xərclədiyim üçün savab qazanırammı? Təbii ki,
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
169
mən onları tək buraxası deyiləm, (çünki) onlar həm də mənim
balalarımdır.” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyur-
du: “Bəli, onların qayğısına qalıb xərclədiyin üçün sənə savab
yazılır”
1
.
Parlaq zəkası və gözəl məsləhətləri
Rəvayət olunur ki, Misvər ibn Məxrəmə və Mərvan demişlər:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Hüdeybiyyə yol-
çuluğu üçün Mədinədən yola çıxdı... (Qüreyşlə sülh) sazişi
bağladıqdan sonra səhabələrinə dedi: “Durun, qurbanlıqlarınızı
kəsin və saç-saqqalınızdan kəsin!” (Ravi deyir:) “And olsun ki,
heç kəs yerindən tərpənmədi. Peyğəmbər dediklərini üç dəfə
təkrarlasa da, kimsə yerindən durmadı. Peyğəmbər
(Ona Allahın xe-
yir-duası və salamı olsun!)
Ümmi-Sələmənin yanına girib baş verənləri
ona danışdı. Ümmi-Sələmə dedi: “Ey Allahın peyğəmbəri, sən
bunumu (onların dediklərini etmələrinimi) istəyirsən? Elə isə
çölə çıx, heç kəslə bir kəlmə kəsmədən dəvəni kəs, dəlləyinin
də çağır, (saç-saqqalından) kəssin.” Peyğəmbər
(Ona Allahın xeyir-du-
ası və salamı olsun!)
çölə çıxdı, heç kəslə bir kəlmə kəsməyib dəvəsini
kəsdi, dəlləyini çağırıb saç-saqqalından kəsdirdi. Oradakılar
bunu görüb yerlərindən qalxdılar, qurbanlıqlarını kəsdilər, bir-
birlərinin saç-saqqalından kəsməyə başladılar...”
2
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
170
MÖMİNLƏRİN ANASI
ZEYNƏB BİNT CƏHŞ
Allahın əmri ilə Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
evlənməsi
Allah Təala buyurur:
“(Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (islam dininə
yönəltməklə) nemət verdiyi və sənin özünün (köləlikdən azad
etməklə) nemət verdiyi şəxsə (Zeyd ibn Harisəyə): “Zövcəni
(Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!” – de-
yir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə
onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli sax-
layır və adamlardan (onların Peyğəmbər oğulluğunun boşa-
dığı övrətlə evlənir, – deyəcəklərindən) qorxurdun. Halbuki
əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır. Zeyd
zövcəsi ilə əlaqəsini kəsdikdə (Zeynəbi boşadıqda) səni onunla
evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman onlarla
evlənməkdə möminlərə heç bir çətinlik (günah) olmasın! (Bu
işdən möminlərə heç bir günah gəlmədiyini bildirmək üçün
belə bir övrətlə birinci səni evləndirib bütün müsəlmanlara
nümunə etdik). Allahın hökmü mütləq yerinə yetər!” (əl-
Əhzab, 37).
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
171
“İstixarə” namazı qılmağı
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
de-
mişdir:
“Zeynəbin gözləmə müddəti başa çatdıqda Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
Zeydə dedi: “Onu mənə istə.” Zeyd
Zeynəbin yanına getdi. Yanına çatanda gördü ki, xəmir yo-
ğurur. (Zeyd deyir:) “Onu gördüyümdə, gözümdə böyüdü,
hətt a Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
onu özünə
istədiyindən ona baxa bilmirdim. Arxamı ona çevirib dedim:
“Ey Zeynəb, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
məni
göndərdi ki, səni ona istəyim.” Dedi: “Rəbbimdən əmr al-
madan bir şey edə bilmərəm.” Bu sözləri deyib namazgahına
getdi. Bu zaman “Allahın nemət bəxş etdiyi kimsəyə deyərsən
ki...” ayəsi nazil oldu və Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
birbaşa Zeynəbin yanına gəldi...”
1
.
Toyunun səhəri günü hicab
ayəsinin enməsi
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
de-
mişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Zeynəb bint
Cəhşlə evləndiyi gün ziyafət verdi, insanları çörək və ətlə doy-
durdu. Sonra möminlərin analarının evlərinə baş çəkdi. Bu, zi-
fafdan sonra onun adəti idi. Onlara salam verib dua etdi. Onlar
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dostları ilə paylaş: |