Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
176
na apardım. Əlində (heyvanları) dağlama çubuğu ilə gördüm.
Məni gördükdə dedi: “Deyəsən, Ümmi-Süleym uşaq dünyaya
gətirib.” “Bəli!” – dedim. Əlindəkini yerə qoydu. Mən də uşağı
aparıb qucağına qoydum. Peyğəmbər Mədinənin “əcvə” xur-
masından istədi və xurmanı ağzına qoyub əriyənədək yavaşca
çeynədi. Sonra uşağın ağzına tökdü. Uşaq dili ilə xurmanın
qalanını ağzına soxdu, sonra dilini çıxarıb dodaqlarını yalamağa
başladı. Bu vaxt Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi:
“Ənsarın xurma sevgisinə bir baxın!” Sonra uşağın üzünə sığal
çəkib adını “Abdullah” qoydu”
1
.
Peyğəmbərin Ümmi-Süleymin
qeydinə qalması
Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
rəvayət edir ki, Peyğəm-
bər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Ümmi-Süleymin evindən
başqa Mədinəyə heç bir evə tez-tez getməzdi. Amma xanım-
ları müstəsna idi. Ondan bunun səbəbini soruşanlara demiş-
di: “Ona ürəyim yanır, çünki qardaşı mənim yanımda şəhid
olmuşdur”
2
.
Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Ümmi-Süleym
evdə olmadıqda onlara gəlir, onun yerində yatırdı. Bir dəfə
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
gələrək onun yerində
yatdı. Ümmi-Süleym evinə qayıtdıqda ona dedilər: “Bu (yatan)
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər. Yuxarıdakı mətn
Müslimindir.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
177
Peyğəmbərdir,
gəlib sənin evində, sənin yerində yatıb.” (Ənəs
deyir:) “Ümmi-Süleym gəldiyində, (Peyğəmbər) tərləmiş, təri
yataqdakı dəri parçasında toplanmışdı. Ümmi-Süleym sandıq-
çasını açıb, həmin təri şüşələrə sıxmağa başladı. Bu əsnada
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
ayılıb soruşdu: “Ey
Ümmi-Süleym, nə edirsən?” Dedi: “Ey Allahın rəsulu, onun
(tərin) övladlarımız üçün bərəkətli olacağını ümid edirik.” Pey-
ğəmbər buyurdu: “Düz edirsən”
1
.
Özü və ailəsinin
2
Peyğəmbərə
qayğı göstərməsi
Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
demişdir:
“Mühacirlər Mədinəyə gəldiklərində heç nələri yox idi. Ən-
sarın (mədinəli müsəlmanların) isə torpaq sahələri və mülkləri
vardı. Mədinəli müsəlmanlar məhsulun yarısını onlara vermək
şərti ilə (bu sahələri onlarla bölüşmüşdülər). Ənəsin anası da
(Ümmi-Süleym) Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bir
neçə xurma ağacı hədiyyə etmişdi”
3
.
Ənəs
ibn Malik
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Mədinəyə gəldikdə
on yaşım vardı. Valideynlərim məni Peyğəmbərə
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
xidmət etməyə həvəsləndirirdilər. Mən
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Söhbət Ümmi-Süleym, oğlu, əri, bacısı və anasından gedir.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
178
Peyğəmbərə on il xidmət etdim, o, vəfat etdiyində iyirmi yaşım
vardı”
1
.
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
deyib:
“(Bir dəfə) uşaqlarla oynayarkən Peyğəmbər
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
yanıma gəldi və məni bir iş dalınca göndərdi.
Bu üzdən anamın yanına gec qayıtdım. Soruşdu: “Nə üçün
gecikmisən?” Dedim: “Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı ol-
sun!)
məni bir iş dalınca göndərmişdi.” Soruşdu: “O nə işdir
elə?” Dedim: “Bu sirdir.” Dedi: “Elə isə Peyğəmbərin
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
sirrini kimsəyə danışma”
2
.
Dərrakəsi və səmimi qəlbdən
təvəkkül etməsi
Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) Əbu Təlhə Ümmi-Süleymə dedi: “Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
səsi zəif çıxır. Bilirəm ki, ac-
dır. (Yeməyə) nəyinsə varmı?” Ümmi-Süleym: “Bəli!” – deyib,
arpa kökələri və örtüyünü çıxardı. (Ənəs deyir:) “Kökələri
örtüyündən bir parça ilə sarıyıb mənə verdi və qalan parça
ilə əlimə bənd etdi. Sonra məni Peyğəmbərin
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
yanına göndərdi. Çörəkləri Peyğəmbərə
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
apardım. Peyğəmbəri məsciddə tap-
dım, yanında adamlar vardı. Yaxınlaşdığımda soruşdu: “Səni
Əbu Təlhəmi göndərib?” “Bəli!” – dedim. (Təkrar) soruşdu:
“Yeməkləmi göndərib?” Dedim: “Bəli!” Peyğəmbər
(Ona Allahın
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.