Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
185
Əri ilə gözəl rəftarı
Rəvayət olunur ki, Əsma bint Əbubəkr
(Allah ondan razı qalsın!)
demişdir:
“Bir gün başımda toxum daşıyarkən Peyğəmbərlə
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
rastlaşdım. Yanında ənsardan bəzi şəxslər
var idi. Məni çağırdı və (dəvəsini saxlamaq üçün) dedi: “İx!
İx!” Məni dəvəsinin arxasına mindirmək istəyirdi. Kişilərlə
getməkdən utandım, Zübeyrin qısqanclığını xatırladım. Zü-
beyr çox qısqanc idi. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
biləndə ki, utanıram, keçib getdi. Zübeyrin yanına çatıb dedim:
“Yolda başımda toxumları daşıyarkən Peyğəmbərlə
(Ona Allahın xe-
yir-duası və salamı olsun!)
rastlaşdım. Yanında ənsardan bəzi şəxslər var-
dı. Minməyim üçün dəvəsini yerə çökdürdü, mən isə utanaraq
minmədim, çünki qısqanclığını bilirəm.” Zübeyr dedi: “Allaha
and olsun ki, başında toxum daşımağın mənə Peyğəmbərin
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
dəvəsinə minməkdən daha ağır gəlir”.
Bundan sonra Əbubəkr mənə bir xidmətçi göndərdi. Mən də
ata baxmaqdan xilas oldum. O, məni, sanki, (köləlikdən) azad
etmişdi”
1
.
Möminliyi və Allahın
əmrlərinə riayət etməsi
Rəvayət olunur ki, Əsma
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
so-
ruşdum: “Ey Allahın rəsulu, Zübeyrin mənə verdiyindən başqa
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
186
heç nəyim yoxdur. (Amma sədəqə çıxmaq istəyirəm.) Sədəqə
verə bilərəmmi?” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Ver və əsla xəsislik etmə, yoxsa sənə də xəsislik olunar!”
1
Əsma bint Əbubəkr
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) anam bizə gəlmişdi. Peyğəmbərin
(Ona Allahın xe-
yir-duası və salamı olsun!)
sağlığında ikən müşrik idi. Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
soruşdum: “Anam yanıma gəlib,
istəyir ki, ona yaxşılıq edim, köməklik göstərim. Ona iltifat
göstərimmi?” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi:
“Bəli, ona iltifat göstər!”
2
Allah yolunda əliaçıqlığı
Rəvayət olunur ki, Əsma
(Allah ondan razı qalsın!)
demişdir:
“Bir kişi yanıma gəlib dedi: “Ey Abdullahın anası, mən ka-
sıb biriyəm. İstəyirəm evinin kölgəsində alış-veriş edim.” Alıb-
satmağa başladı, qazancı oldu. Hətt a ona bir kəniz də satdım.
Zübeyr evə gəldiyində satdığım kənizin pulu dizimin üstündə
idi. Zübeyr dedi: “Onu mənə hədiyyə et.” Dedim: “(Yox, pulu)
sədəqə verəcəyəm”
3
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər. Yəni, bir şeyi
qaba yığma, yoxsa Allah da səndən lütfünü əsirgəyər.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
187
Öyrənməyə və ibadətə hərisliyi
Rəvayət olunur ki, Əsma bint Əbubəkr
(Allah ondan razı qalsın!)
deyib:
“(Günəş tutulduğu vaxt) Aişənin yanına getmişdim. Namaz
qılırdı. Dedim: “Bu insanlar nə edirlər?” (Günəşin tutulduğu-
nu göstərmək üçün) başı ilə səmaya işarə etdi. (Həmin vaxt)
insanlar namaz qılırdılar. Aişə dedi: “Sübhənallah!” Soruşdum:
“Bu bir əlamətmi?” Başı ilə “Bəli!” dedi. Mən də taqətdən
düşənədək namaz qıldım...”
Hədisin Cabir ibn Abdullaha istinadla Müslim tərəfindən
rəvayət edilmiş versiyasında deyilir:
“İsti gündə Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı ol-
sun!)
səhabələri ilə namaz qılırdı. Namazı o qədər uzatdı ki,
(səhabələr) yorğunluqdan yıxılmağa başladılar. Mən də başıma
su tökməyə başladım (Müslimin Əsmaya istinadla rəvayət etdi-
yi başqa versiyada oxuyuruq: “Peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
namazı o qədər uzatdı ki, oturmaq istədim. Amma
çevrilib zəif bir qadın gördüm. “Bu qadın ki məndən daha
zəifdir! Elə isə ayaqda duracağam!” – dedim. Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
rükuya gedib rükusunu uzatdı. Sonra
belini dikəldib uzun müddət ayaqda dayandı. Əgər (bu zaman)
bir adam (oraya) gəlsəydi, elə güman edərdi ki, Peyğəmbər
heç rükuya getməyib”). Namazdan sonra Peyğəmbər
(Ona Alla-
hın xeyir-duası və salamı olsun!)
Allaha həmd-səna edib dedi: “Elə bir
şey qalmadı ki, bu məqamda (namazda) mənə göstərilməmiş
olsun! Hətt a cənnət və cəhənnəm göstərildi. Mənə vəhy edildi