Beşinci fəsil.
Qadınlardan bəhs edən bəzi səhih hədislərin...
211
əlaqəlidir. Yəni, bir tərəfdən, cinsiyyət orqanları tam yetişkənlik
mərhələsinə çatır, orqanizm hamiləlik, doğum və əmizdirmə
üçün hazır vəziyyətə gəlir, digər tərəfdən isə qadınlara xas
sosial həyat başlanır. Həm bioloji və sosial, həm də zehni
həyat arasında müşahidə edilən qarşılıqlı təsir bizi bu qənaətə
gəlməyə vadar edir. Həmin qarşılıqlı təsirin nəticəsidir ki, şa-
hidlik edən qadına emosional-ekspressiv halətlər hakim kəsilə
bilər. Və ya bu zaman onun müəyyən ağrılı dövr (aybaşı...)
keçirməyi, hamiləliyin əziyyətli mərhələsini yaşamağı, uşaqları-
nı əmizdirib, onlara baxmağı, ən əsası isə evin (ailənin) qayğı-
sına qalmağı mümkündür.
Hədisdə qadınlara xas naqislikdən söz açılsa da, bunun
hansı mərhələdə baş verməyi barədə danışılmır. Sanki, bu
mərhələnin müəyyənləşdirilməsi mütəxəssislərin öhdəsinə bu-
raxılıb. Yeri gəlmişkən, üç məsələni qeyd etməliyik:
1. Qadınlarda bəzi xüsusi çatışmazlıqlar olsa da, onlar bu-
nun əvəzinə digər bacarıqlara sahibdirlər;
2. Bu məsələdə çatışmazlıq (naqislik) ümumiyyətlə qadınlar-
la əlaqəlidir. Amma bu, bir sıra qadınların qeyri-adi bacarıqlara
sahib olmağını inkar etmir. Bu qadınlar digər həmcinslərindən
fərqlənirlər. Hətt a bir çox kişidən üstün olan qadınlar vardır.
İbn Teymiyyə demişdir:
“Cinsdə fərqlilik şəxsiyyət baxımından üstün olmağı zəruri
etmir. Mümkündür ki, bir həbəş Allah nəzərində bütün qü-
reyşlilərdən üstün olsun... Bəzi bədəvi əsilzadələr bir çox
mədəni (şəhərli) şəxslərdən üstün olsalar da, ümumilikdə mə-
dənilər (şəhərlilər) bədəvilərdən üstündürlər”
1
.
1
İbn Teymiyyə. İqtiza əs-sirat əl-müstəqim müxaləfə əshab əl-cəhim, səh.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
212
3. Fitri və ya qazanılmış xüsusi çatışmazlıq qadındakı bir
sıra orqanların müəyyən funksiyaları ilə (əslində bu imkan ve-
rir ki, qadınlar və kişilər həyatda öz rollarının öhdəsindən gələ
bilsinlər) əlaqədar olsa da, qadını dörd divar arasında saxlamaq
olmaz. Qadını sosial həyatdan təcrid etmək daha təhlükəlidir:
həm ona, həm ailəyə, həm də bütün cəmiyyətə mənfi təsir
göstərir. Nəticədə, qadının zehni inkişafı tamamilə dayanır və
o, ətraf aləmdə nəyin baş verdiyini dərk etməyən fərd halına
gəlir. Bununla da, övladlarını düzgün tərbiyə etməyi bacarmır,
sosial-siyasi fəaliyyət göstərib cəmiyyətin intibahına töhfə verə
bilmir.
Madam ki hədisdə şahidlik qüsurundan danışılır, elə isə
alimlərin qadınların şahidliyi haqda dediklərinə nəzər salaq.
“Fəth əl-Bari”də deyilir:
“İbn Münzir demişdir ki, alimlər “...Öz adamlarınızdan
iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı oldu-
ğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir...” ayəsinin
zahiri mənasını əsas götürmüşlər. Onlar kişilər və qadınların
şahidliyinə icazə vermişlər. Alimlər bunu borc və pul məsələləri
ilə məhdudlaşdırmış, “hədd” cəzaları və qisasda qadınların şa-
hidliyinin “caiz” olmadığını demiş, nikah, talaq, mənsubluq
(övladların mənsubluğundan söhbət gedir – mütərcim), əqrə-
balıq mövzularında isə onların şahidliyi haqqında fikir ayrılı-
ğına düşmüşlər. Bu məsələlərdə “cümhur” qadınların şahidli-
yini qadağan etmiş, kufəlilər (hənəfilər – mütərcim) isə icazə
vermişlər. Alimlər həmrəydirlər ki, kişilərə bələd olmayan
məsələlərdə (aybaşı, doğum, “istihlal” (uşağın analıqdan çıx-
147, 164-165.
Beşinci fəsil.
Qadınlardan bəhs edən bəzi səhih hədislərin...
213
ması və qışqırmağı – mütərcim), qadın qüsurları) təkcə bir
qadının şahidliyi mümkündür. Amma onlar əmizdirmə mövzu-
sunda fərqli fikirlər söyləmişlər”
1
.
İbn Rüşd “Bidayə əl-müctəhid” kitabında yazır:
“Cümhur” həmrəydir ki, “hədd” cəzalarında qadınların şa-
hidliyi məqbul deyil... Zahirilər isə demişlər: “Əgər onların ya-
nında bir kişi olarsa, (şahidlikləri) məqbuldur. Ayənin zahirinə
görə birdən çox qadının şahidliyi hər şeydə qəbul edilir.”
Əbu Hənifə demişdir: “Hədd” cəzaları istisna olmaqla pul,
talaq, ric`i talaq, nikah, kölə azadetmə kimi “əbdan” (iki və
daha artıq şəxs arasındakı münasibətlər) məsələlərində (qadın-
ların şahidliyi) məqbuldur.” Malik isə “əbdan” məsələlərində
(qadınların şahidliyini) qəbul etmir...
Qadınların təkbaşına şahidliyinə gəlincə (mən burada kişilər
olmadan qadınların şahidliyini nəzərdə tuturam), kişilərin bi-
xəbər olduğu “əbdan” hökmlərində məqbuldur və “cümhur”
bunda həmrəydir. Buraya doğum, “istihlal” və qadınların qü-
surları daxildir. Bunda fikir ayrılığı yoxdur, amma əmizdirmə
istisnadır...”
2
İbn Həzm “əl-Mühəlla” kitabında yazmışdır:
“Zina edənə hökm kəsərkən dörd ədalətli müsəlman kişi, ya-
xud hər kişinin yerinə iki ədalətli müsəlman qadın şahid tələb
olunur. Şahidlik ya üç kişi və iki qadın, ya iki kişi və dörd qa-
dın, ya bir kişi və altı qadın, ya da yalnız səkkiz qadınla müm-
kündür. Digər bütün hüquqlarda: “hədd” cəzaları, qanbahası,
qisas, nikah, talaq və “ric`i” talaq, mal-mülk məsələlərində isə
1
Fəth əl-Bari, VI cild, səh. 194.
2
İbn Rüşd. Bidayə əl-müctəhid, II, səh. 348.
Dostları ilə paylaş: |