Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
208
Kimlərə ünvanlanıb?
Bu haqda onu deyə bilərik ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
hədisi bir dəstə mədinəli qadına söyləmişdir. On-
ların əksəriyyəti Ömər ibn Xətt abın söz etdiyi ənsar qadınları
idilər: “Biz, qüreyşlilər qadınlara ağalıq edirdik... Mədinəlilərin
yanına getdiyimizdə gördük ki, qadınları onlara ağalıq edir.
Bizim də qadınlar ənsar qadınlarının bu xasiyyətini götürməyə
başlamışdılar.”
Bu cəhət bizə Peyğəmbərin nə üçün: “Ey qadınlar, ...dərra-
kəli kişilərin ağlını (başından) çıxarsanız da, ağılda və dində
sizdən daha qüsurlusunu görməmişəm”, – dediyini başa salır.
Hədisin deyilmə üslubu haqqında
Hədis ümumi qayda və ya ümumi hökm üslubunda deyil.
Əksinə, hədisdə Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
təəccübü ifadə olunub. Peyğəmbər təəccüblənmişdi ki, ağıllı-
kamallı kişilərə zəif qadınların ağalıq edir! Əslində bu, Allahın
hikmətinə təəccüblənməkdir! Necə olur ki, güclü zəifə, zəif də
güclüyə çevrilib?! Bu səbəbdən soruşuruq: hədisin üslubunda
qadınlara tövsiyə yolu ilə nəvaziş göstərmək yoxdur ki? Və
ya hədis növbəti tövsiyəyə zəmin hazırlayan incə bir keçidi
ifadə etmir ki? Sanki, hədisdə Peyğəmbər bunu demək istəyib:
“Ey qadınlar! Əgər Allah sizə zəif olmağınıza baxmayaraq,
ən dərrakəli kişinin belə ağlını (başından) çıxarmaq bacarığı
veribsə, onda Allahdan qorxun və bu bacarığı ancaq və ancaq
yaxşı işlərdə istifadə edin”.
Beşinci fəsil.
Qadınlardan bəhs edən bəzi səhih hədislərin...
209
Beləliklə, “ağıl və dində qüsurlu olanlar” ifadəsi cəmi bir
dəfə, özü də diqqəti cəlb etmək və qadınlara xüsusi üsulla
tövsiyə vermək məqsədilə işlədilmişdir. Bir daha deyirik ki, bu
sözlər qəti hökmü ifadə etmir!
İkinci nöqteyi-nəzər. Bu nöqteyi-nəzər hədisdə işlədilmiş
“ağılda qüsurlu olanlar” ifadəsinin müstəsna mənası ilə əlaqəli-
dir. Yəni, bu ifadə xüsusi vəziyyətdən bəhs edir. Əqli çatışmaz-
lığın (qüsurun) bir neçə forması vardır. Məsələn:
1. “anadangəlmə ümumi” çatışmazlıq (orta səviyyəli zəkada
özünü göstərir);
2. “anadangəlmə xüsusi” çatışmazlıq (bır sıra xüsusi zehni
bacarıqlarda, məsələn: riyazi mühakimə, təxəyyül və qavramada
özünü göstərir);
3. Qısamüddətli müvəqqəti xüsusi çatışmazlıq (bəzi ötəri
vəziyyətlərdə: aybaşı, doğumdan sonrakı qanama, hamiləliyin
müəyyən mərhələlərində yaranır).
4. Uzunmüddətli müvəqqəti xüsusi çatışmazlıq. Bu hal xü-
susi yaşayış tərzi ilə əlaqəlidir. Buraya hamiləlik, uşaq dün-
yaya gətirmək, əmizdirmək, uşaqlara baxmaq daxildir. Bütün
bunlarla yanaşı, evdən kənara çıxmamaq ətraf aləmlə əlaqənin
kəsilməsinə gətirib çıxarır ki, nəticədə, qadınların həyatın müx-
təlif sahələrinə dair bilikləri bəsit olur, onlar pul, mal-mülk
məsələlərindən, demək olar ki, baş çıxarmırlar.
Peyğəmbərin qadınlara əqli naqisliklə bağlı dediyi söz imkan
verir ki, versiyalardan “anadangəlmə və ya qazanılmış xüsusi
əqli çatışmazlıq” versiyası üzərində dayanaq. Qadınların bixə-
bər qaldıqları məsələlər onların zehni bacarıqlarını inkar etmir,
onları mühüm məsələlərdə məsuliyyət daşımaqdan azad etmir.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
210
Məsələn, götürək uşaqlara baxmağı. Allah bu işi səviyyəli, nor-
mal kimsəyə həvalə edib. Əgər belə olmasaydı, biz, kişilər öv-
ladlarımızı aciz, ağlı və dini naqis birisinə tapşırardıqmı?!
Həm kişinin, həm də qadının eyni dərəcədə məsuliyyət da-
şıdığı məsələlərə daxildir:
1. İnsani məsuliyyət. İnsan etdiklərinə görə məsuliyyət da-
şıyır və buna görə də axirətdə hesaba çəkiləcəkdir. Bu, Allahın
kitabında öz təsdiqini tapmış məsələdir.
2. Cinayət məsuliyyəti. Pis davranışlara görə insan oğluna
bu dünyada müxtəlif cəzalar verilir. Bu məsələ də Qurani-
Kərimdə təsdiqlənmişdir.
3. Mülki məsuliyyət, var-dövləti xərcləmə hüququ, mü-
qavilələr bağlama, ev təsərrüfatını idarəetmə (qəyyumluq)
– bütün bunlar fəqihlər tərəfindən ayə və hədislər əsasında
göstərilmişdir.
4. Var-dövləti idarə etmək məsuliyyəti. Əbu Hənifə bu
cür düşünür.
5. Quranı izah edən hədisləri rəvayət məsuliyyəti. Bu
məsələdə bütün müsəlman alimləri həmrəydir.
Əgər xüsusi çatışmazlıq əsas götürülərsə, axırıncı üç ehti-
mal meydana çıxır, amma bu ehtimallar bir-birinə zidd de-
yildir. Fərq, olsa-olsa, təsir baxımından mümkündür. Bir sıra
xüsusi zehni bacarıqlardakı (rəqəmləri əzbərləmə, mülkiyyət
problemlərini bilmə...) anadangəlmə naqislik (qeyd edək ki,
bu cür naqislikdən Quran da bəhs edir. “Əgər (qadınlardan)
biri unudarsa, o birisi onun yadına salsın” ayəsi buna mi-
saldır) həddi-buluğ mərhələsindən sonra ortaya çıxır. Bu hal
evlilik və analıq dövründə cinsiyyət orqanlarının inkişafı ilə
Dostları ilə paylaş: |