Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
201
Fatimə soruşdu: “Haraya köçüm?” Peyğəmbər
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
buyurdu: “İbn Ümmi-Məktumun evinə get.”
İbn Ümmi-Məktum kor idi, odur ki Fatimə onun yanında hi-
cabını çıxarır, o da onu görmürdü. Fatimənin gözləmə müddəti
başa çatdıqda Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
onu
Üsamə ibn Zeydə nikahladı. (Sonralar) Mərvan (bir hədisi
öyrənmək üçün) Qəbisə ibn Züeybi onun yanına göndərir.
Fatimə hədisi ona danışır. Mərvan deyir: “Biz bu hədisi an-
caq bir qadından eşitmişdik. Amma insanların adət etdiyini
əsas götürəcəyik.
1
” Mərvanın dediklərini eşidən Fatimə deyir:
“Sizinlə aramda Quran hakim olsun. Qüdrətli və Böyük Allah
buyurur: “(Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman on-
ları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra)
boşayın. Gözləmə müddətini sayın. Rəbbiniz olan Allahdan
qorxun. Onları – açıq-aşkar bir pis iş (zina) etməyənə qədər
– (gözləmə müddəti qurtarmamış) yaşadıqları evlərdən çıxart-
mayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir
(hökmləridir). Allah müəyyən etdiyi hədləri aşan kimsə özünə
zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra
bir iş icad etsin (ərin ürəyinə yenidən zövcəsinin məhəbbətini
salsın və onlar barışsınlar)”
2
. Amma bu, ric`i talaqla boşan-
mışa aiddir. Bəs üç talaqdan sonra nə baş verir?! Necə deyə
bilərsiniz ki, hamilə olmadığı təqdirdə belə kimsəyə dolanacaq
xərci düşmür?! Onu nə əsasa evində tutub saxlayırsınız?!”
3
1
Söhbət üç talaqla boşanmış qadının evindən başqa yerə köçməsinin
qadağan edilməsindən gedir.
2
“ət-Talaq” surəsi, 1-ci ayə.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
202
Hafiz ibn Həcər demişdir:
“Fatiməyə görə, Allah Təalanın “ola bilsin ki, Allah bundan
sonra bir iş icad etsin” sözü “ərin yenidən öz arvadını geri
qaytarması” deməkdir. Qətadə, Həsən əl-Bəsri, Süddi, Zəhhak
və başqaları bu fikirdədirlər. Əhməd, İshaq, Əbu Sövr, Davud
və davamçıları da Fatimənin dediyini təsdiqləmişlər”
1
.
Qonaqlarına ehtiram göstərməsi
Rəvayət olunur ki, Şə`bi demişdir:
“(Bir dəfə) Fatimə bint Qeysin yanına getmişdik. Bizi “ibni-
tab” xurmasına qonaq elədi, sült (buğdaya bənzər dənələri olan
bitki) şirəsi içirdi. Ondan üç talaqla boşanmış qadının gözləmə
müddəti üçün harada qalacağı barədə soruşdum.” Dedi: “(Ərim)
məni üç talaqla boşadığı zaman Peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
mənə ailəmin yanında qalmağa icazə verdi”
2
.
1
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XI cild, səh. 406.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
Beşinci fəsil
QADINLARDAN BƏHS EDƏN
BƏZİ SƏHİH HƏDİSLƏRİN SƏHV
BAŞA DÜŞÜLMƏSİ HAQQINDA
Birinci hədis
Abdullah ibn Abbas rəvayət edir ki, (bir dəfə) ...Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
(səhabələrinə) dedi: “Mən cən-
nəti gördüm və (oradakı meyvələrdən) bir salxım dərmək istə-
dim. Dərə bilsəydim, dünya durduqca siz ondan yeyəcəkdiniz.
Mənə cəhənnəm (də) göstərildi. Mən heç vaxt bu gün (gördü-
yüm) mənzərədən daha dəhşətlisini görməmişdim. Cəhənnəm
əhlinin əksəriyyətinin qadınlar olduğunu gördüm.” (Camaat)
soruşdu: “Nəyə görə, ey Allahın rəsulu?” Dedi: “Nankorluqla-
rına görə.” (Yenə) soruşdular: “Allaha qarşı nankordurlarmı?”
Dedi: “Onlar əzizlərinə (ərlərinə...) qarşı nankordurlar, (edilən)
yaxşılığı heç görməzlər. Onlardan birinə ömrün boyu yaxşılıq
etsən və o, (bir gün) səndən (xoşuna gəlməyən) bir şey görsə,
deyər: “Sənin mənə heç xeyrin dəyməyib!”
1
Biz bu hədisi iki nöqteyi-nəzərdən tədqiq edəcəyik.
Birinci nöqteyi-nəzər. Hədisin mənası nədən ibarətdir?
Görəsən, qadınlar anadangəlmə pis olduqları üçünmü cəhənnəm
əhlinin əksəriyyətini təşkil edirlər?
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
204
Əgər qadınlar anadangəlmə şər olsaydılar, onda pis əməl-
lərinə görə Allah qarşısında məsuliyyət daşımamalı idilər. La-
kin hədisdə göstərilir ki, qadınlar məhz yaxınlarına nankor
münasibət bəsləyib, onlara edilən yaxşılığı heç saydıqlarından
sorğu-sual olunur, cəzalandırılırlar. İbn Həcər bu yanaşmanı
təsdiqləyərək demişdir:
“Cabir ibn Abdullahın rəvayət etdiyi hədis göstərir ki, cə-
hənnəmdə (Peyğəmbərin) gördüyü qadınlar məhz bəyənilmə-
yən davranışları olan qadınlardır. Həmin hədisdə deyilir: “Ora-
da gördüyüm qadınlar o kimsələrdir ki, əmanət deyilmiş sözü
hər kəsə danışar, xəsislik edər, istədiklərində inadkarlıqla istəyər,
verilən şeyə təşəkkür etməzlər”
1
.
Bu hədisi başqa hədis də təsdiqləyir: “Mənə cənnəti göstər-
dilər. Gördüm ki, cənnət əhlinin əksəriyyəti kasıblardır”
2
.
Nə üçün varlılar deyil, kasıblar? Söhbət o varlılardan gedir
ki, haram var-dövlət qazanmışlar, mallarını harama xərcləmişlər,
xəsislik göstərib, xeyirxahlıq etməmişlər.
İkinci nöqteyi-nəzər. Müsəlmanlar qadınlı-kişili olaraq bu
hədisdən necə faydalana bilərlər? Hədis bu sual baxımından
çox əhəmiyyətlidir.
Fikrimizcə, ən böyük fayda budur ki, hədis bizə cəhənnəm-
dən qorxmağı öyrədir. Hədisdə cəhənnəm və cəhənnəm əhli
haqda deyilənlər ona görədir ki, ondan özümüzü qoruyaq,
oraya düşməmək üçün çalışaq.
Bəs qadınlar cəhənnəmdən necə qorunmalıdırlar? Yaxın-
larına nankorluq etməməklə! Yaxşı, yaxınlarına nankorluq et-
1
Bax: Fəth əl-Bari, III cild, səh. 196.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dostları ilə paylaş: |