Beşinci fəsil.
Qadınlardan bəhs edən bəzi səhih hədislərin...
205
məkdən necə çəkinə bilərlər? Hər şeydən əvvəl, könüllərinə
Allah qorxusu və Ona itaət şüuru aşılayan tərbiyə ilə! Daha
sonra, onlara şeytan vəsvəsə verdiyində Peyğəmbərin
(Ona Alla-
hın xeyir-duası və salamı olsun!)
bu sözünü xatırlamaqla! Şeytan onları
tovladığında və onlar günaha batıb, asilik göstərdiklərində Al-
lahdan bağışlanma diləməli, sədəqə verməlidirlər. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
onlara məhz bunu öyrətmişdir.
Rəvayət olunur ki, Əbu Səid əl-Xudri demişdir: “Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Qurban, yaxud Ramazan bay-
ramında (insanlara namaz qıldırmaq üçün) məscidə yollandı.
Yolda qadınların yanından keçərkən onlara dedi: “Ey qadınlar,
sədəqə verin!” (Hədisin Müslim versiyasında deyilir: “Allahdan
çox bağışlanma diləyin!”) Çünki cəhənnəm əhlinin əksəriyyəti
kimi sizi gördüm!” Qadınlar soruşdular: “Nəyə görə, ey Allahın
rəsulu?” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Çünki
siz çox lənət oxuyur, yaxınlarınıza nankorluq edərsiniz”
1
.
Hafiz ibn Həcər demişdir:
“Ayıb xüsusiyyətləri tərbiyə etmək baxımından hədisdəki
nəsihətin üslubu sərtdir... Hədisdə göstərilir ki, sədəqə cəhən-
nəm əzabını (insandan) dəf edir, bəzən də bəndələrin günah-
larını yuyur”
2
.
Qadınları dedik, bəs kişilər özlərini cəhənnəmdən necə qoru-
malıdırlar? Haram əməllərdən çəkinib, vacib buyruqları yerinə
yetirməklə! Vacibdir ki, analarımızın, bacılarımızın, həyat yol-
daşlarımız və qızlarımızın qayğısına qalaq, onlarla mehriban
davranaq. Qadınlara gözəl öyüd-nəsihət etməli, camaat şək-
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, I cild, səh. 422.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
206
lində ibadət (camaat və cümə namazları, Ramazanı ibadətlə
keçirmək) etməkləri üçün onlara imkan yaratmalıyıq. Bununla
da, könülləri iman və təqva ilə dolacaqdır. Elə etmək lazımdır
ki, qadınlar xeyirxahlıqla məşğul olsunlar, sədəqə versinlər, yax-
şılığa çağırıb, xeyri təbliğ etsinlər. Bütün bunlar Allahın kişilərə
vacib buyurduğu gözəl qəyyumluğu (hamilik, böyüklük) ifadə
edir. Allah Təala buyurur:
“Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hami-
sidirlər)...” (ən-Nisa, 34);
“Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir od-
dan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan
düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə
asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç
kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir
(zəbanilərdir)” (ət-Təhrim, 6).
Qayğıkeşlik haqqında Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
demişdir:
“Kişi ailəsinin çobanıdır, ona baxmaqdan, qayğısına qalmaq-
dan məsuldur”
1
.
İkinci hədis
Rəvayət olunur ki, Əbu Səid əl-Xudri demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Qurban, yaxud Ra-
mazan bayramında (insanlara namaz qıldırmaq üçün) məscidə
yollandı. Yolda qadınların yanından keçərkən onlara dedi: “Ey
qadınlar, ...dərrakəli kişilərin ağlını (başından) çıxarsanız da,
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Beşinci fəsil.
Qadınlardan bəhs edən bəzi səhih hədislərin...
207
ağılda və dində sizdən daha qüsurlusunu görməmişəm.” Qa-
dınlar soruşdular: “Ey Allahın rəsulu, ağıl və dinimizin qü-
suru nədədir ki?” Buyurdu: “Məgər qadının şahidliyi kişinin
şahidliyinin yarısı qədər deyil?!” Qadınlar: “Bəli!” – dedilər.
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Bu, qadının
ağlındakı qüsura görədir.” Sonra əlavə etdi: “Məgər qadın heyz
olarkən oruc tutub, namaz qılır?!” Qadınlar dedilər: “Yox, bun-
ları etmir.” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Bu
da qadının dinindəki qüsurdur”
1
.
Biz bu hədisi üç nöqteyi-nəzərdən təhlil edəcəyik.
Birinci nöqteyi-nəzər. “Ey qadınlar, ...dərrakəli kişilərin ağ-
lını (başından) çıxarsanız da, ağılda və dində sizdən daha
qüsurlusunu görməmişəm” hədisi ümumi məzmundadır, yəni
istisnasız bütün qadınlara aiddir.
Öyrənmək lazımdır ki, hədis nə münasibətlə deyilib, kimlərə
ünvanlanıb? Hədisin deyilmə üslubunu da diqqətlə araşdır-
maq lazım gələcəkdir. Bu, imkan verəcəkdir ki, hədisə aydınlıq
gətirilsin.
Hədis nə münasibətlə deyilib?
Allahın rəsulu hədis bayram günü qadınlara öyüd-nəsihət
olaraq demişdir. Yüksək əxlaq sahibi olan Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
belə bir gözəl gündə qadınları alçaltmazdı,
şəxsiyyətlərini ucuz tutub, şərəf-şanlarını ayaq altına atmazdı!
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dostları ilə paylaş: |