Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
226
göstərir, amma bu hal bütün qadınlar üçün doğru deyildir;
elə qadınlar vardır ki, aybaşı zamanı namaz qılmasalar da, təq-
valarını qoruyub saxlayırlar.
Xalq arasında qadınların ağlı və dini haqqında yayılmış uy-
durma və “zəif ” hədislər səhv yanaşmanın nəticəsidir. Bu yan-
lışlığın kökündə müsəlmanların çoxdan xilas olmaları lazım
gələn Cahiliyyət tör-töküntüləri dayanır. Təəssüf ki, bu yanlışlıq
yuxarıdakı səhih hədisin səhv başa düşülməsi güclənmişdir. Bu
da öz növbəsində qadınlar haqqında əsassız təsəvvürlərin “tüğ-
yan” etməsinə səbəb olmuşdur.
Bəzi uydurma hədislərə nəzər salaq:
- Qadınlara yazmağı öyrətməyin, onları otaqlarda saxlama-
yın
1
.
- Qadının sözünə baxmaq peşmanlıq gətirər
2
.
- Qadınlar olmasaydı, (insanlar) Allaha layiqincə ibadət
edərdilər
3
.
- Qadınlarla məsləhətləşin, amma əksini edin
4
.
“Zəif ” hədislərə isə aşağıdakıları göstərə bilərik:
- Kişilər qadınlara itaət etdikləri təqdirdə cəhənnəmə düşər-
lər
5
.
- Ən qatı düşmənin – arvadındır
6
.
- Qadınlara qarşı çıxın, çünki bunda bərəkət vardır
7
.
1
Silsilə əl-əhadis əz-zəifə, hədis № 178.
2
Silsilə əl-əhadis əz-zəifə, hədis № 435.
3
Silsilə əl-əhadis əz-zəifə, hədis № 56.
4
Silsilə əl-əhadis əz-zəifə, hədis № 430.
5
Silsilə əl-əhadis əz-zəifə, hədis № 436
6
Zəif əl-came əs-səğir, hədis № 1033.
7
Silsilə əl-əhadis əz-zəifə, hədis № 430.
Beşinci fəsil.
Qadınlardan bəhs edən bəzi səhih hədislərin...
227
Üçüncü hədis
Əbu Hüreyrə rəvayət edir ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
demişdir:
“Qadınlarla yaxşı keçinməyi tövsiyə edin! Çünki qadın qabır-
ğadan yaradılıb. Qabırğanın ən əyri yeri yuxarısıdır; düzəltməyə
cəhd göstərsən, sındırarsan, yox, boşlasan, əyriliyində qalar. Elə
isə qadınlarla yaxşı keçinməyi tövsiyə edin!”
1
Hədisin digər versiyasında (Müslimin rəvayət etmişdir) de-
yilir:
“Qadın qabırğadan yaradılıb. Heç bir vəchlə düzəlməz. İs-
tifadə etsən, elə əyri-əyri istifadə et. Yox, düzəltməyə cəhd
göstərsən, qırarsan. Qırıldısa, boşa getsin”.
Hədis bir neçə məsələdən söz açılıb:
1) “Qadınlarla yaxşı keçinməyi tövsiyə edin!” sözü onlarla
xoş davranmaq barədə kişilərə tövsiyədir. Bəzi alimlər bildir-
mişlər ki, hədisdəki “istəvsu bin-nisə” sözü “bir-birinizə qadın-
larla yaxşı keçinməyi tövsiyə edin” deməkdir
2
. Buradakı “bi”
ədatı təsirlik hal ədatıdır. Felin “istif`al” forması isə əmr bil-
dirən “if`al” forması kimidir. “İsticabə” və “icabə” sözlərinin
eyni mənanı verməsində olduğu kimi.
2) Bu tövsiyə qadınların xarakteri ilə əlaqəlidir. Hədisdə
deyilir: “...qadın qabırğadan yaradılıb. Qabırğanın ən əyri yeri
yuxarısıdır...”. Qadınının xarakteri kişininkindən fərqlənir və bu
xarakterdə bir az əyrilik vardır. Amma Peyğəmbər
(Ona Allahın
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, VII cild, səh. 177.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
228
xeyir-duası və salamı olsun!)
bu əyriliyin nədə və nə qədər olduğunu
söyləməyib. O, bu əyriliyin qadında (kişiləri narahat edən) bəzi
davranışlara təsir etdiyinə işarə etmişdir.
Görəsən, bu əyriliyi tez təsirlənmə, həssaslıq və halət də-
yişkənliyi
1
kimi izah etmək mümkündürmü? Məlumdur ki,
əyriliyin əksi düzlükdür. Hissləri tənzimləyib nəzarətdə saxla-
maq düzlükdürsə, tez təsirlənib özündən çıxmaq isə əyrilikdir.
Deməli, düzlük – hiss və emosiyaları nəzarətdə saxlamaq, əy-
rilik isə onlara nəzarəti itirməkdir.
Qadınlar bəzən hisslərinə məğlub olur, qərar verərkən müd-
riklik göstərmirlər. Bu səbəbdən xoşagəlməyən sözlər danışır,
bəyənilməyən hərəkətlərə yol verirlər. Tez təsirlənmək xarakter
(halət) dəyişkənliyinə gətirib çıxara bilir. Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
bu mənada demişdir: “...Heç bir vəchlə
düzəlməz...”.
Belə xarakter dəyişkənliyi kişini çaş-baş salıb hövsələdən
çıxarır. Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
qadınlara
nəsihət olaraq dediyi sözlər də fikrimizi təsdiqləyir: “Hey lənət
yağdırır, ailənizə nankorluq edirsiniz...”.
Qadınlar hirsləndiklərində, yəni özünənəzarəti itirdiklərində
adətən bu cür davranırlar.
Hədisdəki “əyrilik” sözünü qadınların “əyri” xarakteri, yəni
hiyləbazlıq, saxtakarlıq və əyrilik kimi izah edənlərə
2
gəlincə,
biz onların bu izahını mətləbdən uzaq hesab edirik. Çünki
1
Bu gün bir cür, sabah başqa cür olmaq nəzərdə tutulur – tərcüməçinin
qeydi.
2
Məhəmməd Səkimə Cəbr. Qadınlığın xüsusiyyətləri, Küveyt: “Dar əl-
buhus əl-elmiyyə”, 1980, səh. 53.
Dostları ilə paylaş: |