Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
220
ali kollec tələbələri və məzunlar, təhsil almış və təhsil görməmiş
böyüklər, müxtəlif peşə sahibləri idilər. Gənc mühacirlər və ho-
moseksuallar, idmançılar da təcrübəyə cəlb edilmişdilər. Bütün
bunların o təsiri oldu ki, meyar Amerika cəmiyyətində kişilərlə
qadınların suallara verdikləri cavablarda aşkar fərqləri ortaya çı-
xardı. Eyni zamanda məlum oldu ki, kişilik və qadınlıq əmsalı
evdə yaxud işdə əldə olunmuş təlim-tərbiyə təcrübəsi amili ilə
əhəmiyyətli dərəcədə əlaqəlidir. O da isbatını tapdı ki, bu amil
fiziki (fizioloji) amillərdən daha güclüdür. Aydın oldu ki, ali
təhsili və geniş dünyagörüşü olan qadınlar digər qadınlardan
fərqli olaraq, bu testlərdə daha yüksək nəticə əldə edir, kişilərə
“yaxınlaşırlar”. Bu o deməkdir ki, tərbiyə, təhsil və təcrübə
onlardakı (respondentlərdəki) nöqteyi-nəzərləri yaxınlaşdırır,
cinslərarası xarakter fərqini azaldır. Deməli, ətraf mühit və so-
sial amillər aşkar təsirə malikdir və bu təsir fizioloji amillərin
təsirindən böyükdür.
Məlumdur ki, qadın və kişilər fiziki olaraq bir-birindən
fərqlənir. Bədən quruluşu, skelet, əzələ sistemi və s. bura-
ya daxildir. Orqanların funksiyaları, bəzi hormonların kimyəvi
tərkibi də qadın və kişilərdə fərqlidir. Bəzi psixoloji fərqlər elə
fiziki müxtəlifl iyin özü ilə əlaqəlidir.
Digər fərqlər isə fizioloji dözümlülüklə əlaqəlidir. Ümumiy-
yətlə, kişilər qadınlarla müqayisədə daxili üzvi mühitin tarazlıq
pozulmalarından az təsirlənirlər. Yəni, onlar daha dözümlüdür-
lər. Məsələn, kişilərdə temperatur sabit qalır, hüceyrələrin
məhvi və bərpası bir-birini tez tarazlayır, qanda turşu və qələvi
miqdarı əksər vəziyyətlərdə bir-birinə uyğun olur, şəkərin miq-
darı sürətlə tənzimlənir və s.
Beşinci fəsil.
Qadınlardan bəhs edən bəzi səhih hədislərin...
221
Qadın orqanizmindəki bəzi bioloji funksiyalarda özünü gös-
tərən dəyişkənlik müəyyən fərqlərə səbəb olur, emosionallıq və
əsəbiliyə təsir göstərir.
Cinslərarası fərqlərin çoxu bioloji, mədəni və sosial amillərlə
əlaqəlidir. Ətraf mühit şərtləri eyni olsa da, bioloji amillər fərqli
psixoloji xüsusiyyətlər yaradır. Bir ehtimal da diqqətimizdən
qaçmamalıdır ki, bəzən ətraf mühit və bioloji amillər bir-
birinə təsir edir. Bu da onu göstərir ki, ətraf mühit və sosial
amillər güclü olmadıqda cinslərarası aşkar fiziki fərqlər psixo-
loji halətlərə təsir edir”
1
.
Üçüncü nöqteyi-nəzər. Bu nöqteyi-nəzər Peyğəmbərin
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
“ağıl və dində çatışmazlığı olanlar”
sözünün xüsusi məzmunu ilə əlaqəlidir. Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
dində çatışmazlığın nə olmağı haqqında
soruşanlara konkret cavab vermişdi: “Aybaşı və nifas zamanı
qadınlar namaz qılıb oruc tuta bilmirlər”, – budur din ça-
tışmazlığı! Əslində bu da nisbi məsələdir. Çünki bəzi ibadət
növləri ilə məhdudlaşır. Halbuki aybaşı və nifaslı qadınlar təvaf
istisna olmaqla həccin bütün digər ayinlərini yerinə yetirirlər.
Aybaşı və nifas Allahı zikr etməyə mane deyildir. İslam iman,
təqva, ibadət, əxlaq və sosial münasibətlərdən ibarətdir.
Həmçinin bu çatışmazlıq müvəqqəti olub daimi deyildir.
Bununla yanaşı, aybaşı hamiləlik zamanı kəsilir ki, bunun da
müddəti doqquz aydır. Klimakteri dövründən etibarən qadınlar
ümumiyyətlə aybaşı olmurlar.
1
C.B. Gliford. Psixoloji monitorinqlər / tərcümə və ön sözün müəllifi :
Yusif Murad. Qahirə: “Fraklin” nəşriyyatı, 1977, səh. 602-610.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
222
Qadın aybaşı və nifas zamanı savab qazanmaq baxımından
heç nə itirmir. Çünki mömin qadın bu günlərdə namaz qılıb
oruc tuta bilməsə də, Allahın təqdirinə səbir göstərir. Allah
Təala bu səbrə görə ona savab yazır.
Mömin qadınlar qıla bilmədikləri namazların yerini iki növ
ibadətlə doldura bilərlər:
1. Vaxtında “doldurma”. Namazlarını qıla bilməsə də, Quran
oxuyur
1
, dua və zikr edir, Allahdan bağışlanma diləyir, Onun
şəninə tərifl ər deyir (“sübhənallah”, “əlhəmdulilləh”, “Allahu
Əkbər” söyləyir). Bu vəziyyət bizə Həzrəti Aişənin
(Allah ondan
razı qalsın!)
etdiyini xatırladır. Peyğəmbərin xanımlarına hicab va-
cib edildikdən sonra cihada çıxa bilməmişdilər. Bilirik ki, cihad
ən üstün əməldir. Həzrəti Aişə bundan sonra cihadda iştirak
edə bilmədiyindən əsas diqqətini həcc ibadətinə yönəltmişdi.
Rəvayət olunur ki, Həzrəti Aişə demişdir: “Peyğəmbərdən
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
soruşdum: “Ey Allahın rəsulu, sizinlə
yürüşə çıxıb cihad etməyəcəyikmi? (başqa hədisdə: Axı cihad
ən üstün əməldir!)” Peyğəmbər dedi: “(Sizin üçün) ən yaxşı və
ən gözəl cihad həcdir, Allah tərəfindən qəbul olunmuş həcc!”
(Həzrəti Aişə deyir:) “Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı ol-
sun!)
bunu dedikdən sonra (hər il) həccə getdim”
2
.
1
İmam İbn Teymiyyə deyib: “Maliki məzhəbinə görə, qadın aybaşı ikən
Quran oxuya bilər. Əhməd və Şafeinin rəvayət etdikləri hədisdə isə Pey-
ğəmbər qadınlara aybaşı ikən Quran oxumağı qadağan etmişdir. “Aybaşı
və cünub olanlar Qurandan heç nə oxumasınlar” hədisi səhih deyildir.
Çünki hədis alimləri həmrəydirlər ki, hədisdə “illət” (qüsur) vardır. Bax:
İbn əl-Qəyyim. E`lam əl-müvəqqəin, III cild, səh. 23.
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
Dostları ilə paylaş: |