Beşinci fəsil.
Qadınlardan bəhs edən bəzi səhih hədislərin...
217
7) nə vaxt özünü göstərir?
Bu suallara cavab tapsaq, Peyğəmbərin
(Ona Allahın xeyir-duası və sa-
lamı olsun!)
sünnəsinə böyük xidmət göstərmiş olarıq. Sələfl ərimiz
səhih hədisləri “zəif ” olanlardan fərqləndirmək üçün hədis ter-
minlərini elmini yaratmaqla Sünnəyə xidmət etmişlər. Biz də
dövrümüzə müvafiq şəkildə Sünnəyə xidmət göstərməliyik.
Bunun üçün monitorinq tipli elə elmi tədqiqatlar aparmalı-
yıq ki, bəzi hədislərin məzmununu bütün aydınlığı ilə başa
düşməyimizə kömək etsin. Bu zaman biz hədisin məzmunu
barədə çoxlu ehtimallar irəli sürməklə, subyektiv təsəvvürlərə,
gümana əsaslanan nəzəri seçim etməklə kifayətlənməyəcəyik;
əksinə, monitorinq tipli elmi araşdırmalar zamanı gəlinmiş
nəticələr üzərində dayanacağıq. Mümkündür ki, həmin nəticə-
lər nəzəri araşdırmalar zamanı ortaya çıxmasın.
Müsəlmanlar qadın və kişilərin zehni və psixoloji xüsusiy-
yətlərini öyrənmək üçün ciddi elmi tədqiqatlar aparmalıdır-
lar. Bu mövzuda müəyyən təsəvvür yaratmaq məqsədilə son
dövrlərdə aparılmış bir psixoloji tədqiqatın bəzi müddəalarını
oxucuya təqdim edirik
1
:
Cinslərarası fərqlər həmin araşdırmanın aparıldığı cəmiyyətə
xasdır. Bu cəmiyyətin öz xüsusiyyətləri vardır. Deməli, həmin
fərqlər ümumilikdə bütün cəmiyyətlərə şamil edilmir. Amma
tədqiqatın nəticələrindən az da olsa faydalanmaq mümkündür.
Məlumdur ki, cinslərarası müqayisə intellekt testlərinin bütöv
nəticələrinə əsasən aparılır. Bəzən bu eksperimentlərin nəticəsi
konkret olmur. Məlumdur ki, qadınlar bir sahədə kişilərdən
1
C.B. Gloford. Psixoloji monitorinlər / ərəb dilinə tərcümə edən və ön
sözün müəllifi : Yusif Murad. Qahirə, 1997, səh. 602-610.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
218
üstün olsalar da, başqa sahədə bu üstünlüyü əldən verə bilirlər.
Buna baxmayaraq, istənilən intellekt testi eyni növdən olma-
yan suallardan təşkil olunur. Biz bir sahədə üstünlüyün digər
sahədə zəifl iklə əvəzləndiyini görür, konkret nəticəyə gələ bil-
mirik...
İntellekt testləri və bu testlər zamanı fərdlərin qazandığı
“ball”ar cinslərarası fərqlər barədə son sözü deməyimizə kifayət
etmir. Bu da göstərir ki, ümumi intellekt baxımından qadın və
kişilər arasındakı fərq aydın deyil. Fərq ancaq və ancaq xüsusi
bacarıqlarda mövcuddur.
Xüsusi bacarıqlardakı fərqləri araşdırmağımız daha faydalıdır.
Çox saylı intellekt testlərindən ibarət müxtəlif eksperimentlərin
nəticələrini təhlil etsək, qarşımıza mühüm məlumatlar çıxacaq-
dır.
Qadın və kişilərin xüsusi bacarıqlarının müqayisə edildiyi
müxtəlif elmi tədqiqatlar bir çox həqiqəti üzə çıxarmışdır. Bu
tədqiqatlar zamanı nitq, hesab (sayma)... bacarıqlarını müəyyən
edən meyarlardan istifadə olunmuşdur. Qadınlar bu bacarıqlar-
da kişilərdən o qədər də fərqlənmirlər.
Kişilər deduktiv yanaşma tələb edən say testlərində qadınları
qabaqlayırlar. Bu fərq ancaq və ancaq ilk təhsil mərhələsindən
sonra daha aydın görünür. “Stenford” testi göstərmişdir ki,
deduktiv hesablama məsələlərində oğlanlar qızlardan aşkar
üstündürlər.
Şəxsiyyətin subyektiv qiymətləndirilməsi meyarlarının istifa-
də edildiyi və böyük oğlanlarla qızlar üzərində aparılmış bir
çox eksperiment göstərmişdir ki, həyəcan (emosiya) ilə əlaqəli
məsələlərdə də cinslərarası fərq özünü qabarıq şəkildə göstərir.
Beşinci fəsil.
Qadınlardan bəhs edən bəzi səhih hədislərin...
219
Məsələn, bir araşdırmanın nəticəsində məlum olmuşdur ki,
kişilər qadınlardan daha təmkinlidirlər, daha az əsəbiləşirlər.
O da nəzəri cəlb edir ki, azyaşlılar üzərində aparılmış əsəb
testləri on dörd yaşdan aşağı qız və oğlanlar arasında heç bir
fərqin olmadığını göstərir...
Deməli, qızlar və oğlanlar arasındakı bəzi fərqlər yetkinlik
yaşından sonra meydana çıxır. Dediyimiz kimi, bu fərqlər de-
duktiv hesablama bacarığında və bir sıra xüsusiyyətlərdə (emo-
sionallıq, həyəcan) özünü büruzə verir.
Tədqiqatımızdan məlum olmuşdur ki, qadınlar ictimai, es-
tetik və dini sahələrə daha meyllidirlər. Kişilər isə əsasən iq-
tisadi, nəzəri və siyasi mövzulara maraq göstərirlər. Təbii ki,
bu nəticələri qadın və kişilərin mühit şəraitinə, adətlərinin
fərqlənməsinə və cəmiyyətin onlardan gözlədiyi şeylərə görə
qiymətləndirmək mümkündür...
Fərdi xüsusiyyətlərinə görə cinslərarası fərq problemindən
bəhs edən tədqiqatlardan biri də Terman və Maylz tərəfindən
aparılmışdır. Onlar hobbi və meylləri təhlil etmək üçün xüsusi
metoddan istifadə etmişdilər. Bu metod müəyyən suallardan
ibarət idi. Suallar qadın və kişilərin cavablarında ümumi isti-
qamətləri (meylləri) maksimum dərəcədə fərqləndirmək üçün
tərtib olunmuşdu. Bununla da, qadınlıq və kişiliyin “dərəcə”si
müəyyənləşdiriləcəkdi. Bu metod son dərəcə müfəssəl və da-
vamlı araşdırmalara əsaslanırdı. Sualları isə diqqətlə seçmişdilər.
Məlum metod ABŞ cəmiyyətində yaşayan qadın və kişilər
arasında fərqlərin olduğunu bütün aşkarlığı ilə isbatlayan sual-
lara əsaslanırdı. Bu suallar yüzlərlə insanın mövqeyi ortaya qoy-
muşdu. Həmin insanlar ibtidai və orta məktəblərin şagirdləri,
Dostları ilə paylaş: |