Beşinci fəsil.
Qadınlardan bəhs edən bəzi səhih hədislərin...
223
2. Sonradan “doldurma”. Aybaşı başa çatıb qadın təmizləndik-
dən sonra çoxlu nafilə (sünnə) namazı qılır. Hədislərdən mə-
lum olur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
aybaşı olduğundan
ümrə ibadətini yerinə yetirə bilməmiş, Peyğəmbərə gileylənmiş-
dir. O demişdir:
“Həcc aylarında həccə niyyət edib yola çıxdıq. Sərəfdə
1
düşərgə saldığımızda Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı ol-
sun!)
səhabələrinə dedi: “Kimin qurbanlığı yoxdursa və həccini
ümrə ilə əvəzləmək istəyirsə, əvəzləsin. Kimin varıdırsa, etmə-
sin.” Peyğəmbərin səhabələri arasında qurbanlığı olanlar var-
dı. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanıma gəldi və
mən ağlayırdım. Soruşdu: “Səni ağladan nədir?” Dedim: “Sə-
habələrinə dediyini eşitmişəm. (Qurbanlığı olanlara) ümrəni
qadağan etmisən (başqa hədisdə: “Ey Allahın rəsulu, insan-
lar – iki, mən isə bir savablamı (evə) qayıdacağam?” (başqa
yerdə: “Ey Allahın rəsulu, insanlar iki ibadət etdikləri halda
mən birinimi edəcəyəm?!”) Dedi: “Nə olub sənə?” Dedim:
“(Aybaşı olduğumdan) namaz qıla bilmirəm.” Dedi: “Bunun
sənə zərəri yoxdur. Sən də başqaları kimi Adəmin qızların-
dan birisən. Allah onlara nəyi yazıbsa, sənə də onu yazıb.
Həccinə niyyətdə sabit ol. Bəlkə, (gələcəkdə) Allah sənə də
ümrə nəsib edər.” Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bu həccində Ərəfata qalxdıq. Sonra Minaya gəldik. Artıq (ay-
başıdan) təmizlənmişdim. Minadan çıxdım, (Məkkəyə qayıdıb)
Kə`bədə təvaf etdim. Minadan son qayıdışımda Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
idim. Mühəssəbdə qonaqladıq.
Peyğəmbər Əbdürrəhman (ibn Əbubəkri) çağırıb dedi: “Bacın-
1
Kənd adı.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
224
la birlikdə haram ərazidən çıxıb ümrə üçün niyyət edin... Sizi
burada gözləyirəm”
1
.
“Fəth əl-Bari” kitabında yazılıb:
“Sağlam olduğu vaxt etdiyi, amma xəstəliyi üzündən qaçırdığı
nafilə ibadətlərə görə savab qazanan xəstədə olduğu kimi qadın
da mükəlləf olduğu namazı (aybaşı zamanı) qıla bilmədiyindən
savab əldə edirmi? Yoxsa onlar bir-birindən fərqlənirlərmi? Ola
bilər ki, xəstə nafilə ibadətləri sonralar davam etdirmək niyyəti
ilə xəstələnmədən etsin. Amma aybaşı qadın fərqlidir.
(Hafiz ibn Həcər deyir:) “Fikrimcə, arada fərq olduğundan
qadın savab qazanmır”
2
.
Buna baxmayaraq, qadının savab qazanmaq ehtimalı vardır
(çünki İbn Həcər “fikrimcə” demişdir). Bəli, aybaşı qadının,
namaz qılmasa da, savab qazanması mümkündür. Lakin bir
neçə cəhətə görə qadının dinində çatışmazlıq qalır:
a) Aybaşı zamanı imanı zəif qadını namaz qılmadığından
sevinc bürüyə bilir. Belə qadının ağır vacib əməldən xilas oldu-
ğunu fikrindən keçirməsi mümkündür ki, bu da onu savabdan
məhrum buraxır.
b) Namaz qılmamaqdan irəli gələn çatışmazlıq təkcə sa-
vabdan məhrum olmaqla ölçülmür; həm də Allah qarşısın-
da əyilməkdən uzaq qaldığı üçün qəlbdə xatircəmlik və təq-
vanın azalması ilə əlaqəlidir. Xüsusən bu hal özünü yuxarıda
göstərdiyimizi “doldurma” (əvəzləmə) ibadətlər edilmədiyində
göstərir.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, I cild, səh. 422.
Beşinci fəsil.
Qadınlardan bəhs edən bəzi səhih hədislərin...
225
c) Namaz qılınmadıqda pis əməllərə meyl güclənir, onlara
qalib gəlməkdə çatışmazlıq yaranır. Çünki namaz insanı pis
əməllərdən, şər hərəkətlərdən qoruyur. “Əvəzləmə” ibadətlər
edilmədikdə bu çatışmazlıq böyüyür.
Xülasə, ağılda çatışmazlıq dedikdə iki şeydən biri nəzərdə
tutulur: a) intellektdəki, yəni intellektin təbiətindəki çatışmaz-
lıq; b) bioloji, sosial və psixoloji amillərə görə intellektin işində
(təfəkkür, idrak, mühakimə, təhlil...) özünü göstərən çatışmaz-
lıq.
Qeyd edək ki, bu amillər arasında psixoloji amil davam-
lı təsirə malikdir. Çünki qadınlar, ümumi olaraq, emosional-
ekspressiv xarakterə sahibdirlər. Hədisdə də intellektin işində
özünü göstərən çatışmazlıqdan söz açılır. Allah Təala bu cəhətə
işarə etmişdir:
“Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi onun
yadına salsın...” (əl-Bəqərə, 282).
İntellektin işinə intellekt bacarığında özünü göstərən ana-
dangəlmə çatışmazlığın da təsir göstərməsi mümkündür. Hə-
disdə bu haqda heç nə deyilmir. Dediyimiz kimi, bu problem
indiyədək ayrıca elmi tədqiqat obyekti kimi öyrənilməyib.
Din çatışmazlığına gəlincə, iki şeydən biri nəzərdə tutulur:
a) möminlikdə (dindarlıqda – itaətdə, təqva...) özünü göstərən
çatışmazlıq; b) Allahın insan oğluna vacib etdiyi ibadətlərin
yerinə yetirilməsində, yəni ibadət fəaliyyətində çatışmazlıq.
Yuxarıdakı hədisdə ibadətlərin yerinə yetirilməsindəki ça-
tışmazlıq nəzərdə tutulmuşdur. Bu çatışmazlıq isə müəyyən
günlərdə namaz qılıb oruc tuta bilməməkdən irəli gəlir. Va-
cib ibadətlərin yerinə yetirilməsindəki çatışmazlıq təqvaya təsir
Dostları ilə paylaş: |