İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı
234
“Əbu Əmr ibn Həfs ibn əl-Müğirə... Yəmənə yola çıxmışdı...
Zövcəsi Fatimə bint Qeysə onu boşadığı xəbərini göndərir.
Haris ibn Hişam və Əyyaş ibn əbu Rəbiəyə də əmr edir ki,
Fatimənin dolanacaq xərcini (nəfəqə) versinlər. Onlar Fatiməyə
deyirlər: “Allaha and olsun ki, hamilə deyilsənsə, sənə dola-
nacaq xərci düşmür.” Fatimə Peyğəmbərin
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
yanına gəlib deyilənləri ona danışır. Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
deyir: “Sənə dolanacaq xərci düşmür.”
Bundan sonra Fatimə Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
başqa yerə köçmək üçün icazə istəyir. Peyğəmbər icazə
verdikdə Fatimə soruşur: “Haraya köçüm?” Peyğəmbər
(Ona Al-
lahın xeyir-duası və salamı olsun!)
buyurur: “İbn Ümmi-Məktumun evinə
get...”
1
Bəzən elə olurdu ki, kişilər həyat yoldaşlarına suallarını bir-
başa Peyğəmbərə vermələrini məsləhət görürdülər. Bəzi misal-
lar gətirək:
Rəvayət olunur ki, Abdullah ibn Məsudun
(Allah ondan razı qal-
sın!)
zövcəsi Zeynəb demişdir:
“(Bir dəfə) məsciddə idim. Gördüm ki, Peyğəmbər
(Ona Alla-
hın xeyir-duası və salamı olsun!)
qadınlara səsləndi: “Ey qadınlar, bəzək
əşyalarınızdan da sədəqə verin!” Mən Abdullaha və hücrəmdəki
yetimlərə xərcləyirdim. Abdullah ibn Məsudun yanına gedib
dedim: “Sən kasıb adamsan. Peyğəmbər bizə sədəqə verməyi
əmr edib. Onun yanına gedib soruş ki, sədəqəni sənə versəm
savablıdır, yoxsa onu başqalarına verim?” Abdullah dedi:
“Sənin getməyin məsləhətdir.” (Zeynəb sözünə davam edir:)
“Evdən çıxdım. Yolda mədinəli bir qadınla rastlaşdım. O da
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
235
eyni məsələ üçün yola çıxmışdı. (Peyğəmbərin evinə çatdıq).
Qabağımıza Bilal çıxdı. Ona dedim: “Peyğəmbərin yanına get
və de ki, qapının ağzında iki qadın soruşur: “Ərlərimizə və
himayəmizdəki yetimlərə sədəqə vermək bizə savab gətirərmi?”
Ancaq kim olduğumuzu söyləmə.”
Bilal Peyğəmbərin yanına girib deyilənləri ona çatdırdı. Pey-
ğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
soruşdu: “Onlar kimdir?”
Bilal dedi: “Mədinəli bir qadınla Zeynəbdir.” Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
təkrar sual etdi: “Hansı Zeynəb?” Bi-
lal dedi: “Abdullah ibn Məsudun xanımı Zeynəb.” Peyğəmbər
buyurdu: “Onlara həm qohumluq savabı, həm də sədəqə sava-
bı vardır”
1
.
Əta rəvayət edir ki, ənsardan bir şəxs oruc tutduğu halda
zövcəsini öpmüşdü. Zövcəsinə əmr etdi ki, (gedib Peyğəmbər-
dən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bu haqda soruşsun). Qadın
Peyğəmbərdən bu haqda soruşduqda Peyğəmbər
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
dedi: “(Ona de ki,) Peyğəmbər də bu hərəkəti
edir.” Arvadı ərinə bunu bildirdikdə əri dedi: “Peyğəmbərə bəzi
şeylərdə icazə vardır. Onun yanına get, dediklərimi ona çatdır.”
Qadın Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanına qa-
yıdıb dedi: “(Ərim) deyir ki, Peyğəmbərə bəzi şeylərdə icazə
vardır...” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyurdu:
“Mən Allahdan ən çox qorxanınızam və Allahın qaydalarını ən
yaxşı biləninizəm...”
2
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Əhməd rəvayət etmişdir. Bax: Silsilə əl-əhadis əs-səhihə,
hədis № 329.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı
236
Həzrəti Aişənin dediyi kimi, Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
hər bir məsələdə asanlaşdırma yolunu tutmuşdur.
Əgər qadın-kişi qaynayıb-qarışması (birgə fəaliyyət) həyat
tərzinin asanlaşdırılmasına xidmət etsəydi və buna nə isə əngəl
törətsəydi, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
şəriətə
müvafiq çıxış yolu göstərərdi. Bunu aşağıdakı iki misal da
təsdiqləyir:
a) Həzrəti Aişə rəvayət edir ki, qulamı Salim Əbu Hüzeyfə-
nin ailəsi ilə yaşayırdı. Səhlə bint Süheyl Peyğəmbərin
(Ona Alla-
hın xeyir-duası və salamı olsun!)
yanına gəlib dedi: “Salim artıq böyüyüb
və ağlı bir çox şeyi kəsir. Yanımıza girib çıxır. Elə bilirəm ki,
Əbu Hüzeyfə bundan narahatdır (ürəyində nə isə saxlayır).”
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Onu (Salimi)
əmizdir, ona məhrəm ol! Bundan sonra Əbu Hüzeyfənin na-
rahatlığı gedər.”
Hədisin başqa versiyasında deyilir:
“(Bunu eşidən Səhlə dedi:) “O ki yekə kişidir, onu necə
əmizdirim?” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
gülüm-
sədi: “Mən də bilirəm ki, o yekə kişidir.”
Səhlə evinə qayıtdı. Sonralar demişdi: “Mən onu əmizdirdim
və Əbu Hüzeyfənin narahatlığı getdi”
1
.
Rəvayət olunur ki, Zeynəb bint Ümmi-Sələmə demişdir:
“(Bir dəfə) Ümmi-Sələmə Aişəyə dedi: “Sənin yanına ya-
nıma girməsini xoşlamadığım bu uşaq gəlib gedir.” Aişə dedi:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
sənin üçün nümunə
deyilmi? (Yadıma gəlir, bir dəfə) Əbu Hüzeyfənin zövcəsi Pey-
ğəmbərə demişdi: “Ey Allahın rəsulu, Salim həddi-buluğa çatıb.
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dostları ilə paylaş: |