İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı
258
Ümmi-Şərikin evi qonaqların üzünə
açıq olmuşdur
Mühacirlər tez-tez ona qonaq düşürdülər. Evi, sanki, xeyriyyə
ocağı idi.
Fatimə bint Qeys demişdir:
“(Həyat yoldaşım məni boşadıqda) Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
mənə dedi: “Ümmi-Şərikin evinə get.”
Ümmi-Şərik ənsarın varlı qadınlarından idi. Allah yolunda çox
xərcləyirdi. Evinə çoxlu qonaqlar gəlirdi. (Peyğəmbərə) de-
dim: “Yaxşı, gedərəm.” (Daha sonra Peyğəmbər fikrini dəyişib
dedi:) “Yox, getmə. Çünki Ümmi-Şərik qonağı çox olan qa-
dındır (Başqa bir rəvayətdə “İlk mühacirlər onun evinə qonaq
düşürlər”)...”
1
.
Əsma bint Əbubəkr kasıb kişiyə
yaxşılıq etmişdir
Əsma bint Əbubəkr ondan kömək istəyən kasıb kişinin da-
dına çatmaq üçün əlindən gələni etmişdir. Rəvayət olunur ki,
Əsma deyib:
“Bir kişi yanıma gəlib dedi: “Ey Abdullahın anası, mən
kasıb kimsəyəm. İstəyirəm evinin kölgəsində alış-veriş edim.”
Ona dedim: “Mən sənə icazə versəm də, Zübeyr etiraz edəcək.
Sən gəl bunu Zübeyr evdə olanda istə.” Zübeyr evinə qayıt-
dıqda (kişi gələrək) dedi: “Ey Abdullahın anası, mən kasıb
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
259
kimsəyəm. İstəyirəm evinin kölgəsində alış-veriş edim.” Ona
dedim: “Mədinədə mənim evimdən başqa ev yoxdurmu?” Zü-
beyr sözə qarışdı: “Nə üçün satmaq istəyən kasıb kimsəyə ən-
gəl olursan?” (Bundan sonra) həmin kişi alıb-satmağa başladı,
qazancı oldu...”
1
.
Qurani-Kərimdə də xeyirxahlığa dair gözəl nümunələr var-
dır. Məsələn, Allah Təala buyurur:
“(Musa) Mədyən kənarındakı bir quyuya çatanda onun ba-
şında (heyvanlarını sulayan) bir dəstə adam və onlardan başqa
(qoyunlarını özgə heyvanlara qarışmasın deyə) geri çəkən iki
qadın (qız) görüb dedi: “Sizə nə olub (dərdiniz nədir)?” On-
lar: “Çobanlar (heyvanlarını) sulayıb getməmiş biz (qoyunla-
rımıza) su vermirik. Atamız da ixtiyar bir qocadır (buna görə
qoyunları sulamağa biz gətiririk)”, - deyə cavab verdilər.
(Musa) onlar üçün (yaxınlıqdakı başqa bir quyudan su çə-
kib qoyunlarını) suladı, sonra da kölgəyə çəkilib dedi: “Ey
Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!”
(Musa yeddi gün idi ki, çöldəki otlardan başqa yeməyə bir şey
tapmırdı. Buna görə də Allahdan yemək üçün bir ruzi dilədi)”
(əl-Qəsəs, 23-24).
Mənəvi yaxşılıq formaları da vardır. Fəzilətli şəxsləri qiymət-
ləndirmək, gözəl günlərdə təbrik etmək, xəstələri ziyarət etmək,
çətinə düşənlərə təskinlik vermək – bütün bunlar mənəvi yax-
şılıq formalarıdır. Cəmiyyətin fərdləri, deməli, qadın və kişilər
ünsiyyətdə olmalıdırlar ki, mənəvi xeyirxahlıq abı-havası for-
malaşsın.
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı
260
“Fitnə çıxmasın!” bəhanəsi ilə bu cür xeyirxah davranışları
kənara atmağın faydası vardırmı?! Əgər insanlara Allah qarşı-
sında vəzifələrini xatırladıb fitnə barədə onları xəbərdar edirik-
sə, belə bir vəziyyətdə mənəvi xeyirxahlıq duyğularının nümayiş
etdirilməsi qəbahətdirmi?!
Sünnədə əksini tapmış bəzi mənəvi yaxşılıq (xeyirxahlıq)
faktlarına nəzər salaq:
a) Təskinlik və başsağlığı. Rəvayət olunur ki, Ümmi-Sələmə
(Allah ondan razı qalsın!)
deyib:
“Əbu Sələmə vəfat etdiyində Peyğəmbərin
(Ona Allahın xeyir-du-
ası və salamı olsun!)
yanına gedib dedim: “Ey Allahın rəsulu, Əbu
Sələmə vəfat etdi!” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyurdu: “Belə de: “Allahım, məni və onu bağışla, ondan son-
ra mənə gözəl aqibət bəxş et!” Mən də onun dediyini dedim.
Allah mənə ondan daha yaxşısını (xeyirlisini) – Məhəmmədi
əta etdi”
1
.
b) Qonaqların gözəl şəkildə qarşılanması. Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) Xədicənin bacısı Halə bint Xüveylid Peyğəmbə-
rin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanına gəlmək üçün icazə
istədi və bu, Peyğəmbərə (vaxtı ilə) Xədicənin icazə istəməsini
xatırlatdı. Bu səbəbdən Peyğəmbər bərk həyəcanlanıb dedi:
“Allahım, bu ki Halədir!”
2
.
c) Ehtiram və tərif. Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
demişdir:
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
261
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
toydan qayıdan
qadın və uşaqları gördükdə dikəlib dedi: “Allah şahid olsun
ki, siz ən çox sevdiyim kimsələrsiniz.” Və dediklərini üç dəfə
təkrarladı”
1
.
ç) Sevgi və fəxarət. Rəvayət olunur ki, Həzrəti Aişə deyib:
“Hind bint Ütbə (Peyğəmbərin yanına) gələrək dedi: “Ey
Allahın rəsulu, (bundan əvvəl) yer üzündə sənin nəslin qədər
Allahın zəlil etməsini istədiyim başqa nəsil yox idi. İndi isə yer
üzündə sənin nəslin qədər Allahın güclü etməsini istədiyim
digər nəsil yoxdur.” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Canımı əlində tutan Allaha and olsun ki, bir də de...”
2
.
d) Xəstəni ziyarət. Rəvayət olunur ki, Cabir ibn Abdullah
deyib:
“(Bir dəfə) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Ümmi-
Saibin (Ümmi-Müsəyyəb) yanına getmişdi. (Əsdiyini görüb)
soruşdu: “Sənə nə olub, Ümmi-Saib, tir-tir əsirsən?” Ümmi-
Saib dedi: “Qızdırmadır, Allah bəlasını versin!” Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
buyurdu: “Qızdırmaya söymə. (Bil
ki,) körük dəmirdəki hisi-pası necə təmizləyirsə, qızdırma da
adəm oğullarının günahlarını elə təmizləyir”
3
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dostları ilə paylaş: |