Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
249
“Ağlım kəsdiyi gündən valideynlərimin bu dinə sitayiş etdik-
lərini görmüşəm. Elə gün yox idi ju, Allahın rəsulu
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
səhər və axşamçağı bizə baş çəkməsin...”
1
.
Ailəsini dolandırmaq üçün evdən kənarda işləmişdir. Rəva-
yət olunur ki, Əsma bint Əbubəkr
(Allah ondan razı qalsın!)
deyib:
“Zübeyrin üçdə bir fərsəx
2
uzaqlığındakı tarlasına başım-
da toxum daşıyırdım... Bir gün başımda toxum daşıyarkən
Peyğəmbəri
(Ona Allahın xeyir-duası və salamı olsun!)
gördüm. Yanında
ənsardan bəzi şəxslər var idi. Məni çağırdı və (dəvəsini saxla-
maq üçün): “İx! İx!” – dedi. Məni dəvəsinə mindirmək istəyirdi.
Kişilərlə getməkdən utandım...”
3
.
Bir problemə şəriətin münasibətini öyrənmək üçün Peyğəm-
bərlə görüşmüşdür. Rəvayət olunur ki, Əsma bint Əbubəkr
(Allah ondan razı qalsın!)
deyib:
“(Bir dəfə) Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
so-
ruşdum: “Ey Allahın rəsulu, Zübeyrin mənə verdiyindən başqa
heç nəyim yoxdur. (Amma sədəqə çıxmaq istəyirəm.) Sədəqə
verə bilərəmmi?” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Ver, əsla xəsislik etmə, yoxsa sənə də xəsislik olunar!”
4
Əsma bint Əbubəkr
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) anam bizə gəlmişdi. Peyğəmbərin
(Ona Allahın xe-
yir-duası və salamı olsun!)
sağlığında ikən müşrik idi. Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
soruşdum: “Anam yanıma gəlib,
istəyir ki, ona yaxşılıq edim, köməklik göstərim. Ona iltifat
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
Bir fərsəx təxminən üç milə bərabərdir.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
4
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər. Yəni, bir şeyi
qaba yığma, yoxsa Allah da səndən lütfünü əsirgəyər.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı
250
göstərimmi?” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi:
“Bəli, ona iltifat göstər!”
1
“Küsuf ” namazını camaatla qılmış, kişilərə sual vermişdir.
Rəvayət olunur ki, Əsma bint Əbubəkr
(Allah ondan razı qalsın!)
de-
yib:
“(“Küsuf ” namazından sonra) Peyğəmbər
(Ona Allahın xeyir-du-
ası və salamı olsun!)
xütbə söyləyərək adamların qəbirdə imtahan
olunacaqları fitnə haqqında danışdı. Bu vaxt insanlardan bir
hay-küy qopdu... Bu hay-küy Peyğəmbərin
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
axırda nə dediyini eşitməyimə mane oldu. Hay-küy
kəsildikdən sonra mənə yaxın dayanmış bir kişidən soruşdum:
“Ey, Allah səni mübarək qılsın! Peyğəmbərin
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
son sözü nə oldu?” Kişi dedi: “Mənə vəhy edildi
ki, siz çox keçmədən qəbirlərinizdə Məsih Dəccalın fitnəsi ilə
imtahan olunacaqsınız...”
2
.
Bu cür görüşlər Əsma bint Əbubəkrə fikri-ictimai təcrübə
qazandırmışdı. O, bu təcrübə sayəsində bəzi mövzularda Ab-
dullah ibn Ömərlə müzakirə aparmışdır. Bu səbəbdən Abdullah
ibn Ömər insanlara məsləhət görmüşdü ki, səhabələrin ixtilafa
düşdükləri hədislər barədə Əsmaya müraciət etsinlər.
Rəvayət olunur ki, Əsma bint Əbubəkrin qulamı Abdullah
demişdir:
“Əsma məni Abdullah ibn Ömərin yanına göndərib dedi:
“(Ona belə de:) “Mənə çatıb ki, sən üç şeyi: paltara ipəkdən
bəzək vurmağı, qırmızı ağac rəngi ilə boyanmış yastığı və rəcəb
ayını bütünlükdə oruc tutmağı haram sayırsan.” (Bunları gedib
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
251
Abdullaha bildirdikdə) dedi: “Dediyi rəcəb orucuna gəlincə,
ömrü boyu oruc tutanlara nə deyək? Paltara ipəkdən bəzək
vurmaqla bağlı dediyimə gəlincə, Ömər ibn əl-Xətt ab deyir-
di: “Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
belə dediyini
eşitmişəm: “İpək (paltarı) əxlaqı olmayanlar geyinər.” Qorx-
dum ki, ipək bəzək də ipək paltardan sayılsın. O ki qaldı qır-
mızı ağac rəngi ilə boyanmış yastığın haram sayılması, bu da
Abdullahın qırmızı ağacın rəngi ilə boyanmış yastığı!” (Qulam
deyir:) “Əsmanın yanına qayıdıb Abdullahın söylədiklərini ona
danışdım. Əsma: “Bu da Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
əbası!” – deyib mənə fars əbası göstərdi. Üstünə ipəkdən
bir parça tikilmişdi, (qol) yarıqlarının kənarları da ipəklə bas-
dırılmışdı. Sonra dedi: “Bu (əba) Aişədə idi. Vəfat etdiyində
mən götürdüm. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
onu
geyinərdi. Biz də onu xəstələr üçün yuyardıq, onlar da onunla
(Allahdan) şəfa istəyərdilər...”
1
.
Elm öyrənmək
Allah Təala hər bir müsəlmana elm öyrənməyi vacib edib
ki, dünyaları düzəlsin, axirətləri məsud olsun. Bu əmr. həm də
qadınlara aiddir. Dünya axirətin tarlasıdır, qadınlar və kişilər
kamil ömür sürsələr, qiyamət günü mükafatlarını alacaqlar. İndi
isə baxaq görək Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
elm
öyrənməyə necə təşviq etmiş, bu barədə qadın və kişilərə nə
demişdir?
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dostları ilə paylaş: |