İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı
240
lazımınca əməl edirdilər. Allah Təala onlara yüngülləşdirici din
göndərmişdi.
Kişilər bir məsələdən ötrü qadınların yanına getmək istə-
səydilər, din onlara məhdudiyyət qoymur, onlarla pərdə ar-
xasından, əri yaxud başqa məhrəm şəxs vasitəsilə danışmaq
məcburiyyəti gətirmirdi. İslam əxlaq və məhrəmliyi qorumaq
şərti ilə kişilərə icazə verib ki, qadınlarla görüşə, bu və ya digər
məsələni müzakirə edə bilərlər. Təbii ki, bunun öz ədəb-ərkanı
vardır.
Qadın şəxsiyyətinin inkişaf etdirilməsi
Sosial həyatda iştirak imkan verir ki, qadınlar faydalı sahələrə
təmas edib, təcrübə qazansınlar. Onların sosial fəallığının digər
səbəblərindən (təhsil, xeyriyyə işi, cihad...) danışdıqda bu
mövzu bizə bütün tərəfl əri ilə aydın olacaqdır. Qapalı həyat
tərzi, sosial fəaliyyətdən özünütəcrid qadınları bu sahələr və
təcrübədən məhrum qoyur. Ən yaxşı halda, qadınlar zəruri
peşələrdən uzaq düşür, ikinci, üçüncü dərəcəli məşğuliyyət
sahələri ilə kifayətlənirlər. Bununla da, həyatı “baş müəllim”dən
deyil, “tələbə”lərin birindən öyrənirlər.
Kişilərlə ünsiyyətdə olmaq qadın şəxsiyyətini inkişaf etdirən
vasitələrdən biridir. Əməlisaleh kişilərlə ünsiyyət onun əmə-
lisalehliyini artırır, alimlərlə görüşmək bilik dairəsini genişlədir,
ictimai-siyasi fəallarla görüşmək isə ictimai-siyasi şüurunu inki-
şaf etdirir. Əməlisaleh, alim və fəal qadınlarla ünsiyyət kişilərin
də təcrübəsini, iman və fəallığını artırır.
Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
241
Lakin əməlisalehliyin, elm və ictimai-siyasi fəallığın əsas
təmsilçilərinin, demək olar ki, kişilərdən ibarət olduğu cəmiy-
yətimizdə qadınlar nə etsinlər, kimə üz tutsunlar?! Biz əməlisa-
leh, ziyalı və fəal ailə mühitlərində böyüyüb boya-başa çatmış
tək-tük qadınların olduğunu istisna etmirik. Çıxış yolu budur
ki, belə cəmiyyətlərdə qadınlar sosial aktivlik göstərib, lazımi
məşğuliyyət sahələrində iştirak etməlidirlər. Belə mühitlərdə
səmərəli və ciddi görüşlər, söhbətlər təmin edilməlidir. Həm
də bu görüş və söhbətlər ibadət, əxlaq, təhsil, düşüncə, sosial-
siyasi fəaliyyət sahələrində təşkil olunmalıdır. Peyğəmbərin
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
zamanında bu cür görüş və söhbətlər
olmuşdur. Peyğəmbər məscidi həm kişilər, həm də qadınlar
üçün ibadət ocağı, elm yurdu, mədəniyyət mərkəzi idi; bura-
da onlara ictimai şüur aşılanırdı. Müsəlman qadın Quran və
moizəyə qulaq asmaq, elm məclisində iştirak etmək, başqa
qadınlarla tanış olmaq istəsəydi, məscidə gedirdi. Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
xanımları fəal, mömin və bilikli
idilər. Allah onları vəhy çatdıran və elm öyrədən şəxslə – Pey-
ğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
həmsöhbət etmişdi.
Nəticədə, bilik səviyyələri artmışdı. Onlar böyük səhabələrin,
tabein nəslinin hədis, təfsir və fiqh öyrəndikləri müəllimələr
idilər.
Dövrümüzün alimləri qadınlara münasibətdə Peyğəmbərin
yolu ilə getməlidirlər. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
qadınlara dərs demiş, moizə oxumuş, bunu heç bir səhabəsinə
həvalə etməmişdir. İmam Buxari demişdir:
“Bir dəfə məşhur tabein Ətadan soruşurlar: “Səncə, (bay-
ram) xütbəsini bitirdikdən sonra qadınlara öyüd-nəsihət ver-
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı
242
mək imamların haqqıdırmı?” Əta deyir: “Bu, onların borcudur.
Amma onlara nə olub ki, bunu etmirlər?!”
1
İndiki dövrdə qadınlar səhabə xanımların yolu ilə getmə-
lidirlər. Səhabə xanımlar Peyğəmbərin
(Ona Allahın xeyir-duası və sala-
mı olsun!)
yanına gedir, ondan maraqlandıqları məsələlər barədə
soruşurdular. Onlar təkcə ataları və ərlərinə, hətt a Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
zövcələrinə sual vermir həm də
Peyğəmbərə üz tuturdular. Məsələn, Sübey`ə adlı qadın ana
olduqdan sonra Əbu əs-Sənabildən evlənmək haqqında soruş-
muşdu. Amma onun cavabı ilə kifayətlənməmiş, gedib eyni
şeyi Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
soruşmuşdu.
İbn Həcər demişdir:
“Hədisdən məlum olur ki, Sübey`ə fərasətli və dərrakəli
qadın idi. O, Əbu əs-Sənabilin cavabında tərəddüd etmiş,
Şəriət sahibindən (Peyğəmbərdən) bu məsələni izah etməsini
istəmişdir”
2
.
Qadınlarımız Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
zövcələrini özlərinə nümunə götürməli, elm və bilikdə kişilərə
1
Hədisi İmam Buxari rəvayət etmişdir. Qeyd edək ki, Əta bunu Peyğəmbə-
rin sünnəsinə istinadən demişdir. Buxari və Müslim rəvayət etmilər
ki, Ətaya istinadən İbn Cüreyh demişdir: “Cabir ibn Abdullah deyib:
“Ramazan bayramı Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bayram namazı qıl-
dı. Sonra dua edib, xütbə söylədi. Sözünü bitirib minbərdən endi və
qadınların yanına getdi. Bilalın əlinə söykənərək onlara öyüd-nəsihət ver-
di. Bilal paltarını yerə sərdi ki, qadınlar sədəqələrini onun üzərinə yığsın-
lar (Hədisin İbn Abbas versiyasında isə deyilir: “Peyğəmbər elə güman
etdi ki, qadınlar xütbəni eşidə bilməyiblər. Odur ki onlara öyüd-nəsihət
verdi, sədəqə çıxarmalarını əmr etdi)” – tərcüməçinin qeydi.
2
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XI cild, səh. 134.
Dostları ilə paylaş: |