Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
237
Yanıma gəlib-gedir, Əbu Hüzeyfənin ürəyinə bundan xal dü-
şüb.” Peyğəmbər dedi: “Yanına gəldiyində onu əmizdir...”
1
.
Hafiz ibn Həcər demişdir:
“Bu əhvalatı Əbu Davud belə rəvayət etmişdir: “Aişə bacıla-
rının qızlarına özünün yanına girməyinə icazə verdiyi kimsəyə
– hətt a yaşı çox olsa da
2
– beş dəfə süd vermələrini əmr etmiş-
dir”. Hədisin istinadı səhihdir. “Təhzib əl-asar” əsərində Təbəri
bu məsələ ilə əlaqədar olaraq, mötəbər istinadla Həfsənin
də oxşar şeylər söylədiyini qeyd etmişdir. Həfsənin dedikləri
Ümmi-Sələmənin dediklərini xatıradır. Ümmi-Sələmə demişdir:
“Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
digər xanımları
belə əmizdirmə üçün kiminsə onların yanına gəlməsini qada-
ğan etmişdilər”. Hədisi Müslim və başqaları rəvayət etmişlər”
3
.
İbn Teymiyyə demişdir:
“Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Əbu Hüzeyfənin
qadınına dediyi sözə (“Onu (Salimi) əmizdir və ona məhrəm
ol!) Aişə əməl etmiş,
(Ona Allahın xeyir-duası və salamı olsun!)
digər xa-
nımları isə etməmişlər. “Əmizdirmək aclığa görədir” hədisini
Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
rəvayət edən də
Aişənin özüdür. O hesab etmişdir ki, əmizdirmək və (əmizdirib)
qidalandırmaq bir-birindən fərqlənir; uşaq süddən kəsilməzdən
qabaq onu südlə qidalandırmaq olar. Bununla da, hər kəsi (bu
şərt daxilində) əmizdirib qidalandırmaq mümkündür.
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Söhbət süddən kəsilmə yaşına çatmış uşaqlardan gedir. Belə uşaqlar həd-
di-buluğa çatmadıqlarından yanlarında qadınların hicabsız gəzmələrinə
icazə vardır.
3
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XI cild, səh. 52-53.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı
238
Əmizdirməyə gəlincə, ehtiyac yaransa, naməhrəm kəsi də
əmizdirmək olar. Axı ehtiyac anında “caiz” sayılan şeylər başqa
vaxtlarda “caiz” deyildir. Bu, məqbul görüşdür”
1
.
b) Rəvayət olunur ki, Cabir ibn Abdullah demişdir:
“Xalam boşanmışdı. (İddət vaxtı) xurma ağacından bar top-
lamaq istədi. Amma bir şəxs onu çölə çıxmağa qoymadı. Xalam
da Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanına gedib
(bunu ona danışdı). Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
ona dedi: “Əlbətt ə. Xurma ağacının barını topla. Ola bilsin ki,
(bu bardan) sədəqə çıxar, ya da (onunla) bir yaxşılıq edərsən”
2
.
Qətadəyə istinadla Təbərinin rəvayət etdiyi bu iki hədis də
dediklərimizi təsdiqləyir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
beyət zamanı
qadınlardan əhd aldı ki, (ölülərinə) ağı deyib ağlamayacaq,
kişilərlə söhbət etməyəcəklər. Əbdürrəhman ibn Övf dedi:
“Bizə qonaqlar gəlir və biz (çox vaxt) qadınlarımızın yanında
olmuruq. (Qadınlarımız da onlarla söhbət edirlər. Bu halda nə
edək?)” Peyğəmbər dedi: “Mən onu (sənin dediyini) nəzərdə
tutmuram
3
”
4
.
Əbdürrəhman ibn Övf qadınların kişilərlə söhbətinə qoyul-
muş qadağanın qonaqları qarşılama vaxtı çətinlik yaradacağını
bildiyi üçün Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
müraciət
etmiş, mövzunu təfərrüatı ilə öyrənmişdir. Çünki islamın asan-
1
İbn Teymiyyə. Məcmu əl-fətava, XXXIV cild, səh. 60.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
3
Yəni, tanımadıqları tüfeyli kişilərlə xoşagəlməz söhbəti nəzərdə tuturam,
etibarlı kişilərlə ciddi söhbəti deyil! – tərcüməçinin qeydi.
4
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, X cild, səh. 364.
Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
239
lıq dini olduğunu yaxşı bilirdi. Peyğəmbərin
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
ona verdiyi cavabda biz bu asanlığın şahidi oluruq.
Möhtərəm səhabələrə Peyğəmbərin təlimlərindəki yüngülləş-
dirmə yaxşı məlum idi. Hətt a səhabələrdən biri toy günü xanı-
mına icazə vermişdi ki, qonaqlara xidmət etsin. Peyğəmbər də
(Ona Allahın xeyir-duası və salamı olsun!)
həmin toyda iştirak etmiş, gəlinin
ona verdiyi içəcəyi içmişdir.
Rəvayət olunur ki, Səhl demişdir:
“Əbu Üseyd əs-Saidi toyuna Peyğəmbəri
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
və sahəbələrini də çağırmışdı. Onlara yeməyi zövcəsi
Ümmi-Üseyd hazırlayıb vermişdi”
1
.
Təmim əd-Dari rəvayət edir ki, Əmr ibn əl-As bir məsələ
üçün Əli ibn əbu Talibin evinə gedibmiş. Amma onu (evdə)
tapmır. Geri qayıdır, sonra yenidən Əlinin evinə gedir. Lakin
bu dəfə də onu (evdə) tapmır. Bu vəziyyət iki yaxud üç dəfə
təkrarlanır. (Nəhayət,) Əli gəlir və (məsələnin nə yerdə oldu-
ğunu öyrənib) Əmrə deyir: “Əgər istədiyin şeyin ona (Həzrəti
Fatiməyə) aidliyi var idisə (yəni, o, həll edə bilərdisə), içəriyə
daxil ola bilməzdinmi?” Əmr deyir: “Ərlərinin icazəsi olmadan
onların yanına girmək bizə qadağan edilib”
2
.
Görün Həzrəti Əli Əmr ibn Asın hərəkətindən nə qədər
təəccüblənir ki, ona: “Əgər istədiyin şeyin ona (Həzrəti Fa-
timəyə) aidliyi var idisə (yəni, o, həll edə bilərdisə), içəriyə
daxil ola bilməzdinmi?” – deyir. Bu fakt göstərir ki, səhabələrin
həyat tərzi ifrat məhdudlaşdırma və çətinləşdirmədən uzaq ol-
muşdur. Təbii ki, onlar şəriətin bütün qayda və qadağalarına
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Əlbani. Silsilə əl-əhadis əs-səhihə, № 652.
Dostları ilə paylaş: |