Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
243
təlim keçəcək qədər yüksək səviyyəyə
çatmağa cəhd göstər-
məlidirlər.
Mühakimə qabiliyyəti və ictimai fəallığı yüksək olmuş bəzi
qadınlar haqqında danışmaq istəyirik. Onlar ictimai həyatda
iştirak edib, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
və möh-
tərəm səhabələrlə sıx təmas qurduqları üçün bütün bunlara
yiyələnmişdilər.
1. Ümmi-Süleym
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
ona tez-tez baş
çəkirmiş. Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Ümmi-Süleymin
evinin yaxınlığından keçəndə ona baş çəkib salam verirdi”
1
.
Ümmi-Süleym Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
hədiyyələr göndərmişdir. Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
evlənmiş, ailəsi-
nin yanına getmişdi. Anam Ümmi-Süleym (bu münasibətlə)
xurma qarışdırması hazırlayaraq bir qaba qoydu və (mənə:)
“Ənəs, bunu Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
aparıb
de: “Bunu anam mənimlə sənə göndərdi. Sənə salam söyləyib
deyir: “Bu, bizdən sənə kiçik hədiyyədir, ey Allahın rəsulu!”
2
Ümmi-Süleym Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
və
səhabələrinə yemək vermişdir. Ənəs ibn Malik
(Allah ondan razı
qalsın!)
demişdir:
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı
244
“(Bir dəfə) Əbu Təlhə Ümmi-Süleymə dedi: “Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
səsi zəif çıxır. Bilirəm ki, ac-
dır. (Yeməyə) nəyinsə varmı?” Ümmi-Süleym: “Bəli!” – deyib,
arpa kökələri və örtüyünü çıxardı. (Ənəs deyir:) “Kökələri
örtüyündən bir parça ilə sarıyıb mənə verdi və qalan parça
ilə əlimə bənd etdi. Sonra məni Peyğəmbərin
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
yanına göndərdi. Çörəkləri Peyğəmbərə
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
apardım. Peyğəmbəri məsciddə tap-
dım, yanında adamlar vardı. Yaxınlaşdığımda soruşdu: “Səni
Əbu Təlhəmi göndərib?” “Bəli!” – dedim. (Təkrar) soruşdu:
“Yeməkləmi göndərib?” Dedim: “Bəli!” Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
yanındakılara dedi: “Durun!” Yola düş-
dü, mən də onların qabağında gedirdim. Əbu Təlhəgilə çatıb
(Peyğəmbərin gəldiyini) ona xəbər verdim. Əbu Təlhə (xa-
nımına) dedi: “Ey Ümmi-Süleym! Peyğəmbər insanlarla bizə
gəlib, bizim isə onları yedirəcək heç nəyimiz yoxdur.” Ümmi-
Süleym dedi: “Allah və rəsulu daha yaxşı bilir!” Əbu Təlhə
evdən çıxdı və Peyğəmbərlə rastlaşdı. Sonra Peyğəmbər və
Əbu Təlhə gəldilır. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Ey Ümmi-Süleym, nəyin varsa gətir!” Ümmi-Süleym
çörəkləri gətirdi. Peyğəmbər əmr etdi ki, çörəkləri doğrasınlar.
Ümmi-Süleym isə doğranmış çörəkləri yağ saxladığı qaba tö-
küb qarışdırdı. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi:
“Bunun ki içində, maşallah, az yemək yoxdur!” Sonra buyurdu:
“On nəfər gəlsin!” On nəfər gəlib (qabdan) yedilər və doyaraq
çıxdılar. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bir də bu-
yurdu: “On nəfər gəlsin!” On nəfər gəlib (qabdan) yedilər və
doyaraq çıxdılar. Yenə dedi: “On nəfər də gəlsin!” On nəfər
Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
245
gəlib (qabdan) yedilər və doyaraq çıxdılar. Bir daha dedi: “On
nəfər də gəlsin!” On nəfər gəldi. Beləliklə oradakıların hamısı
yeyib doydular. (Ənəs deyir:) “Onlar yetmiş, ya da səksən
nəfər olardılar”
1
.
Ümmi-Süleym rəfiqələri ilə Allah yolunda cihada çıxmışdır.
Rəvayət olunur ki, Malik ibn Ənəs
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yürüşə çıxır, Üm-
mi-Süleymi və digər ənsar qadınlarını özü ilə aparırdı. Onlar
da su daşıyır, yaralıları müalicə edirdilər”
2
.
2) Əsma bint Ümeys
Kişilərlə Həbəşistana və Mədinəyə hicrət etmişdir. Rəvayət
olunur ki, Əbu Musa əl-Əş`əri
(Allah ondan razı qalsın!)
demişdir:
“O (Əsma bint Ümeys), hicrət edənlərlə birlikdə Nəcaşinin
yanına getmişdi...”
3
;
“...Bizimlə (Mədinəyə) gəlmiş Əsma bint Ümeys Peyğəmbə-
rin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
zövcəsi Həfsəyə baş çəkdi. O,
Nəcaşinin yanına hicrət edənlərdən idi...”
4
.
Mədinəyə gəldikdən sonra Peyğəmbər və səhabələrilə görüş-
müşdür. Əbu Bürdə rəvayət edir ki, Əbu Musa
(Allah ondan razı
qalsın!)
demişdir:
“...Bizimlə (Mədinəyə) gəlmiş Əsma bint Ümeys Peyğəmbə-
rin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
zövcəsi Həfsəyə baş çəkdi.
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
4
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.