İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı
266
bunları etdi. Allaha and olsun ki, o, ya çox sehrbaz kimsədir,
ya da həqiqətən, Allahın elçisidir!” Qadın bunu deyərkən orta
və şəhadət barmaqları ilə səmaya və torpağa işarə etdi.
Bundan sonra müsəlmanlar onun (həmin qadının – mü-
tərcim) ətrafındakı müşrikləri müsəlmanlaşdırmağa başladılar.
Amma qadının qövmünə (qəbiləsinə) toxunmurdular. Bir gün
qadın qəbiləsinə dedi: “Görürəm ki, onlar (müsəlmanlar) sizi
islama qəsdən (mənə görə) çağırmırlar. Müsəlman olmayacaqsı-
nızmı?” Qəbiləsi də onun sözünə qulaq asıb müsəlman oldu”
1
.
Hədisin başqa versiyasında deyilir:
“Qadın dedi: “Ən sehrbaz insanı (başqa bir rəvayətdə: in-
sanların: “Peyğəmbərdir”, – dedikləri şəxsi) gördüm.” Beləliklə,
Allah bu qadın vasitəsilə həmin qəbiləni doğru yola yönəltdi:
qəbilə və qadın müsəlman oldu”.
Göründüyü kimi, müsəlmanlara rast gəlmək qadının isla-
mı qəbul etməsinə səbəb olmuşdu. Peyğəmbər
(Ona Allahın xe-
yir-duası və salamı olsun!)
ona islamdan heç nə danışmamışdı; ona
müsəlmanlarda gördüyü əxlaq (onların yanına zorla aparılma-
ması, müsəlmanların arasındakı qardaşlıq və həmrəylik, şirindilli
olmaqları, Peyğəmbərə itaət göstərmələri, ona yeyəcək toplayıb
vermələri) təsir etmişdi. Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
aşkar möcüzəsi də onu bərk mütəəssir etmişdi. Qadın
qəbiləsinin yanına qayıdıb, gördüklərini onlara danışmışdı. Bu-
nunla da, Allah Təala həmin qadına həmqəbilələrini islama
gördükləri sabiilərə oxşatdıqlarından onları bu adla çağırırdılar. Həmin
vaxtlar Suriya sabiiləri monoteist idilər və özlərini Yəhya peyğəmbərin
davamçıları hesab edirdilər – tərcüməçinin qeydi.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
267
çağıran yaxşı dəvətçi olmaq şərəfi vermişdi. Hədisin ravisi də
bunu təsdiqləmişdir: “Beləliklə, Allah bu qadın vasitəsilə həmin
qəbiləni doğru yola yönəltdi”.
Rəvayət olunur ki, Əbu Hüreyrə
(Allah ondan razı qalsın!)
demiş-
dir:
“(Əsir düşdükdən sonra) Xübeyb onların (qüreyşlilərin –
mütərcim) yanında qaldı. Ölümünə fərman verdikləri gün
(Xübeyb) Harisin qızlarının birindən təmizlənmək üçün ülgüc
istədi. Qız ona ülgüc verdi. (İndi isə bundan sonra baş verənləri
qızın öz dilindən eşidək:) “Balaca oğlum diqqətimdən yayınıb
iməkləyə-iməkləyə onun (Xübeybin) yanına getmişdi. O da
onu götürüb dizinin üstünə qoymuşdu. Bunu gördüyümdə elə
qorxdum ki, o da bunu hiss etdi. Dedi: “Qorxursan ki, onu
öldürərəm, eləmi? Bunu, inşallah ki, etmərəm!” (Sonralar həmin
qadın) deyirdi: “Xübeybdən daha yaxşı əsir görməmişəm. (Bir
dəfə) onu, qandallara vurulsa da, təzə üzüm yeyən görmüş-
düm. Həmin vaxt Məkkədə heç xurma yox idi. Bu, Allahın ona
verdiyi ruzi idi”
1
.
Göründüyü kimi, qız Xübeyblə ünsiyyət qurduqdan sonra
onun əxlaqından, gözəl rəft arından təsirlənmişdi. Halbuki o,
Xübeybi əsir tutan və öldürmək istəyən qəbilənin başçılarından
birinin qızı idi. Həm gözəl əxlaq, həm də Allahın kəraməti
(Xübeybin üzüm yeməsi) qadına təsir göstərmiş, o da bunu
insanlara danışmışdı.
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı
268
Allah yolunda cihad
Mömin qadınlar Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı ol-
sun!)
dəfələrlə cihada çıxmış, hətt a onun son yürüşündə iştirak
etmişdilər. Sizcə, onlar bu yürüşlərdə mücahid ərlərlə təmasda
deyildilərmi, onlara kömək etmirdilərmi?! Aşağıdakı misallar
bizə çox şey deyir:
a) Tuluq yamama. Rəvayət olunur ki, Ömər ibn əl-Xətt ab
(Allah ondan razı qalsın!)
demişdir:
“...Ümmi-Səlit yaxşı bir əbaya (libasa, geyimə) layiqdir. Çün-
ki Uhud günü bizim üçün tuluqları yamayırdı...”
1
.
b) Susayanlara su vermə. Ənəs ibn Malik
(Allah ondan razı qal-
sın!)
demişdir:
“Uhud günü insanlar Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
yanından dağılışmışdılar. Gördüm ki, Əbubəkrin qızı Aişə
və Ümmi-Süleym səylə işləyirlər. Paltarlarını topuqlarınadək
çırmalamışdılar, bellərində su tuluğu daşıyır, yaralılara su verir,
su qurtardıqda yenidən qayıdıb (tuluqlara) su doldurur, yaralı-
ların ağzına tökürdülər”
2
.
c) Yemək hazırlama. Ümmi-Ətiyyə
(Allah ondan razı qalsın!)
de-
mişdir:
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.