Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
291
ərləri ilə “aşağı” ensinlər, xüsusi istirahət məkanlara üz tutsun-
lar.
7. Əvvəllər makro-ailə ənənəsi (oğulların evləndikdən sonra
valideynləri ilə yaşadıqları ailələr) vardı. Bu üzdən qohumlar
uzaqda yaşamırdılar. Odur ki ziyarət üçün uzağa getməyə ehti-
yac qalmırdı. İndi isə vəziyyət dəyişib: həmin ənənə yox olub,
mikro-ailələr yaranıb, şəhərlər böyüyüb, məhəllələr çoxalaraq
bir-birindən uzaqlaşıb. Bütün bunlar qohumlara baş çəkmək
üçün evdən çıxmağı, ümumi nəqliyyatdan istifadə etməyi zəruri
edib.
8. Cəmiyyətin böyüyüb mürəkkəb struktur halına gəlməsi,
böyük binalarda balaca mənzillərin layihələndirilməsi, nəqliyyat
çətinliyi – bütün bunlar aşağıdakılara səbəb olub:
a) ailələr kiçilib;
b) qonşular yadlaşıb;
c) qohum-əqrəba bir-birindən uzaqlaşıb;
ç) ailələrarası dostluq ənənəsi getdikcə yox olur;
d) çoxillik ayrılıqlar baş verir, qohumlar, dostlar arasında
əlaqə kəsilir;
e) Ziyalılıq artır, cəmiyyətin kişili-qadınlı bütün fərdləri ara-
sında fərqli siyasi, fikri görüşlər meydana çıxır.
Bütün bu hallar ənənəvi evliliyi məhdudlaşdırır. Məsələn,
ənənəvi elçilik qohumlar, qonşular və dostların iştirakı ilə baş
tuturdusa, indi isə elçilik və nikaha zəmin hazırlayan tanışlıq
üçün digər vasitələrin seçilməsi zəruri hala çevrilib. Keçmişdə
tanışlıq ailələrin tanışlığı əsasında baş verirdi. Seçimdə də
ailələrin (valideynlərin) bir-biri ilə qohum olmaq istəyi başlıca
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı
292
rol oynayırdı. Namizədlik qız və ya oğlan üçün əsas “göstərici”
– onların bu və ya digər ailəyə mənsubluğu idi.
Bugün isə vəziyyət təbii olaraq dəyişib: münasib adaxlı tap-
mada oğlanın ailəsinin işini asanlaşdıran ailə əlaqələri zəifl ə-
yib; odur ki ənənəyə əsaslanan və oğlana həyat yoldaşını özü
seçməyə kömək edən yeni vasitələrin mövcudluğu təbii qəbul
edilməlidir.
Tanışlıq imkanlarının artması baxımından təhsil, iş, sosial-
siyasi fəaliyyət sahələri qadınlarla kişilərin ciddi ünsiyyətinə
şərait yaradır. Biz burada öz-özünə baş verən tanışlığı nəzərdə
tuturuq ki, buna da eyni məkanda mütəmadi mövcud olmaq
rəvac verir. Bu da öz növbəsində təşviq edir ki, oğlan rəfiqələri,
yaxınları vasitəsilə qız barədə məlumat toplasın, ona elçi düş-
sün.
İkinci fəsil
MÜSƏLMAN QADININ SOSİAL
HƏYATDA İŞTİRAKI VƏ KİŞİLƏRLƏ
ÜNSİYYƏT ƏDƏB-ƏRKANI
Giriş
Qadınların sosial həyatda iştirakı və bunun zəruri etdiyi qa-
dın-kişi ünsiyyəti üçün Allahın müəyyənləşdirdiyi ədəb-ərkan
son dərəcə bitkindir. Bu ədəb-ərkan əxlaq və iff əti mühafizə
edir, faydalı, ciddi həyat tərzinə xələl gətirmir, xeyirxahlıq və
yaxşılıq dairəsini genişləndirir, pis işlərdən uzaqlaşdırır, şərin
tovlamalarından qoruyur, həm qadınlara, həm də kişilərə mənəvi
sağlamlıq bəxş edir. Belə ədəb-ərkanın gözlənildiyi mühitlərdə,
bir tərəfdən, şitlik, abırsızlıq, cinsi qıcıqlanma olmur, digər
tərəfdən isə yersiz utanma, ifrat həssaslıq özünü göstərmir.
Doğrudan da, bu nəzakət qaydaları kamil qaydalardır. Düz-
dür, bu ədəb-ərkan çərçivəsində qadınlara geyimdə, danışıqda,
rəft arda kişilərlə müqayisədə daha çox məhdudiyyət qoyulub,
amma qadın kişilərlə ünsiyyəti zəruri edən həyati maraqları
və qanuni ehtiyaclarını təmin etmədə onlara dözməlidir. Qeyd
edək ki, bu maraqlar və ehtiyaclar artdıqca ünsiyyət ehtimalı
da artır və əksinə.
Allah Təalanın müəyyən etdiyi bu ədəb-ərkan haqda danış-
madan əvvəl ona zəmin yaradan bəzi başlıca amillərə toxun-
maq istərdik.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
294
Müsəlman qadının sosial həyatda iştirakı
və kişilərlə ünsiyyət ədəb-ərkanına zəmin
yaradan başlıca amillər
Birinci amil. Təlim-tərbiyəyə maraq
Təlim-tərbiyəyə maraq əqidəni möhkəmləndirməklə, ibadəti
yaxşılaşdırmaq və əxlaqı gözəlləşdirməklə oyanır. Əgər bu ma-
raq olarsa, bir tərəfdən, iff ətli və namuslu, digər tərəfdən isə
fərdi həyatda məsuliyyətli gənc nəsil (qızlı-oğlanlı) yetişir.
Allah Təala buyurur:
“(Ya rəsulum!) Kitabda (Quranda) İsmayılı də yada sal! O öz
vədinə sadiq və (Bizim tərəfimizdən öz ümmətinə göndərilmiş)
bir elçi, bir peyğəmbər idi.
O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edir-
di. O, Rəbbinin rizasını qazanmışdı. (İsmayılın əməli Allah
dərgahında bəyənilmişdi)” (Məryəm, 54-55);
“Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan
qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş
bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olma-
yan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə
rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)”
(ət-Təhrim, 6);
“Ey iman gətirənlər! Sahib olduqlarınız (kölə və kənizlər),
həddi-buluğa çatmayanlar (yanınıza daxil olmaq istədikdə) bu
üç vaxtda sizdən icazə alsınlar: sübh namazından əvvəl, günor-
ta (yatıb dincəlmək, istirahət etmək üçün) paltarınızı çıxart-
Dostları ilə paylaş: |