İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...
301
KİŞİ VƏ QADINLAR ÜÇÜN
MÜŞTƏRƏK ƏXLAQ QAYDALARI
Görüş yerinin ciddiliyi
Allah Təala buyurur:
“(Ey qadınlar! Danışdığınız zaman) yaxşı danışın!” (əl-
Əhzab, 32).
Ayədə bildirilir ki, kişilərlə qadınların söhbəti bəyənilməyən
üslubdan, nalayiq məzmundan uzaq olmalıdır. Bu səbəbdən biz
yuxarıda “görüşün ciddiliyi” sözündən istifadə etmişik. Kişi və
qadınlar arasında ciddiyyət yaxşı hərəkətdir. Əylənmə tərzində
danışıq isə yaman davranışdır. Amma müfəssəlliyin, xatircəm
söhbətləşmənin olduğu mükalimə ciddiyyətə zidd deyildir.
Buna aşağıdakı hədis dəlildir:
Əbu Bürdə rəvayət edir ki, Əbu Musa əl-Əş`əri
(Allah ondan
razı qalsın!)
deyib:
“...Əsma bint Ümeys Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
zövcəsi Həfsəyə baş çəkdi. O, Nəcaşinin yanına hicrət
edənlərdən idi. Əsma Həfsənin yanında olarkən Ömər gəldi.
Əsmanı görüb soruşdu: “Bu kimdir?” Həfsə dedi: “Əsma bint
Ümeysdir.” Ömər təkrar soruşdu: “Həbəşidirmi? Dənizlə gə-
lən qadındırmı?” Əsma dedi: “Bəli!” Ömər Əsmaya dedi:
“Hicrət etməklə sizi geridə qoyduq! Biz Peyğəmbərə
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
sizdən daha layiqik!”
1
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
302
Həmçinin mehribanlıq və səmimiyyət ciddi söhbətə xələl
gətirmir.
Rəvayət edilir ki, Məsruq demişdir:
“(Bir dəfə) Aişənin
(Allah ondan razı qalsın!)
yanına getmişdik. Ya-
nında Həssan ibn Sabit var idi. Həssan qadınlardan bəhs edən
şerdən Aişəyə bir beyt söylədi:
İff ətlidir, ağıllıdır və şübhədə itt iham olunmaz,
Qafil qadınların ətlərini yeməyərək
1
sabaha çıxar.
Bu zaman Aişə ona dedi: “Amma sən bu cür deyilsən
2
.
(Məsruq deyir:) “(Bu vaxt) ona dedim: “Nə üçün Həssanın
sənin yanına gəlməyinə icazə verirsən? Halbuki Allah Təala
buyurub: “Onlardan günahın böyüyünü öz üstünə götürəni
isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir!”
3
Aişə mənə dedi: “Hansı əzab korluqdan daha şiddətlidir? O
(Həssan – öz şerləri ilə), Peyğəmbəri
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
müdafiə edirdi”
4
.
1
Yəni, barəsində olmazın şayiələri yaymış qadınların qeybətini etməz –
tərcüməçinin qeydi.
2
Yəni, sən qeybət etdin, mənə böhtan atanlara ortaq oldun.
3
“ən-Nur” surəsi, 11-ci ayə.
4
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...
303
Baxışları çevirmə
Allah Təala buyurur:
“(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edil-
miş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlə-
rini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar
üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz
ki, Allah onların nə etdiklərindən xəbərdardır!
Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylər-
dən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zina-
dan) qorusunlar...” (ən-Nur, 30-31).
Gözləri çevirmək fitnə-fəsad çıxmasın deyə nəzərləri aşağı
dikmək, yan qaçırmaq deməkdir.
Qazi İyaz demişdir:
“Övrət (ayıb yeri, naməhrəm üzvlər) və oxşar məsələlərdə
baxışları hər bir halda yan qaçırmaq lazımdır”
1
.
“İbn Əbdülbərr demişdir:
“Üz və əllərə pis niyyət olmadan baxmaq caizdir. Şəhvətlə
baxmağa gəlincə, qadına paltarı üstündən şəhvətlə baxmaq ha-
ramdır, o ki qaldı açıq üz olsun!”
2
İbn əd-Dəqiq əl-İd demişdir:
“Ayədəki “min” ön qoşması “təb`iz” (bəzi) ifadə edir. Şübhə
yox ki, fitnə-fəsad yaranmaq ehtimalı varsa, bir qadına baxmaq
haramdır. Deməli, bu vəziyyətdə – fitnə-fəsad zamanı baxışları
çevirmək lazımdır. Ayəni bu vəziyyətlə əlaqələndirmək olar.
1
ət-Tac vəl-iklil li-müxtəsər Xəlil, I cild, səh. 499.
2
ət-Təmhid, VI cild, səh. 364-365.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
304
Elə isə ayə hər bir vəziyyətdə baxışları çevirmənin zəruriliyinə
dəlalət etmir”
1
.
“Fəth əl-Bari” kitabında “Xəs`əmli cariyə” hədisinin izahında
deyilir:
“Fəzl ona baxmağa başladı, gözəlliyi xoşuna gəlmişdi... Pey-
ğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
arxaya çevrilib əli ilə
Fəzlin çənəsindən tutdu, üzünü yana çevirdi, qadına baxmağına
mane oldu”
2
.
İbn Bətt al yazır:
“Hədisdə fitnə-fəsad ehtimalı üzündən nəzərləri çevirmək
əmr edilir. Bu da zəruri edir ki, fitnə-fəsadın yaranmayacağına
əmin olunduğunda baxmaq qadağan deyildir. Allahın “Mömin
kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər
(naməhrəmə baxmasınlar)” kəlamı buna dəlildir. Çünki burada
söhbət üzdən qeyri yerlərə baxmamağın vacibliyindən danışılır.
Allah Təala buyurur: “(Allah) gözlərin xəyanəti və qəlblərin
gizlətdiyini bilir” (Ğafir, 19)
3
.
Hafiz ibn Həcər demişdir:
“Əbu Hatim “gözlərin xəyanətini bilir” ayəsinin izahında İbn
Abbasa istinadla yazmışdır: “Bu, yanından keçən gözəl qadına
baxan, həmin gözəl qadının olduğu evə girən, qadın da bundan
xəbər tutduqda gözlərini ondan (qadından) çevirən şəxsdir.
Mücahid və Qətadə də buna oxşarını demişlər. Onlara görə, bu
hal göz xəyanətinin növlərindən biridir”
4
.
1
Ehkam əl-əhkam fi şərh ümdə əl-əhkam, II cild, səh. 209.
2
Fəth əl-Bari, XIII cild, səh. 245.
3
ət-Təmhid, VI cild, səh. 364-365.
4
Fəth əl-Bari, XIII cild, səh. 244.
Dostları ilə paylaş: |