İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...
295
dığınız zaman və gecə namazından sonra. (Bu vaxtlar insan
paltarını çıxarda bilər, zövcəsi ilə bir yerdə uzanıb ixtilaf edə
bilər və i. a.) bu üç vaxt sizin üçün xəlvət vaxtdır (paltarsız ola
bilərsiniz). Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) girib-
çıxmaqda sizə də, onlara da heç bir günah yoxdur. Allah ayələri
sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Sizdən olan uşaqlar da həddi-buluğa çatanda (yanınıza da-
xil olmaq istədikləri zaman) özlərindən əvvəlkilər kimi izin
istəsinlər. Allah Öz ayələrini sizə belə izah edir. Allah (hər
şeyi) biləndir, hikmət sahibidir!” (ən-Nur, 58-59);
“Çünki göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi
yoxdur ki, (qiyamət günü) Rəhmanın hüzuruna bir qul kimi
gəlməsin.
And olsun ki, (Allah) onları (bütün yaratdıqlarını) hesabla-
mış və təkrar-təkrar saymışdır.
Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək”
(Məryəm, 93-95).
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Kim bu qızlara (qayğı göstərib, tərbiyə verməklə) sahib çı-
xarsa, onlara yaxşılıq edərsə, onlar onunla cəhənnəm arasında
əngəl olarlar”
1
.
Şübhə yoxdur ki, qız uşaqlarını tərbiyə etmək onlara yaxşılıq
etməyin ən bariz formasıdır.
Əbu Bürdə atasına istinadən rəvayət edir ki, Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
deyib:
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
296
“Bir insanın cariyədən qızı olarsa və o, ona təhsil, özü də
yaxşı təhsil, tərbiyə, özü də gözəl tərbiyə verərsə və onu azad
edib evləndirərsə, iki savab qazanar”
1
.
Əgər bir müsəlmandan cariyəsinin qızına yaxşı təhsil və
gözəl tərbiyə vermək tələb olunursa, onda onun azad qadından
olan qızları buna daha layiqdirlər.
Rəvayət olunur ki, Rübəyye bint Müəvviz
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Aşura səhəri ət-
rafdakı Ənsar kəndlərinə xəbər göndərdi ki: “Kim oruc tutma-
yıbsa, günü tamamlasın. Oruc tutan isə orucuna davam etsin.”
Bundan sonra biz və uşaqlarımız bu orucu tuturduq. Biz onlara
yundan oyuncaq düzəldirdik. Onlardan biri yemək istəyib ağ-
ladıqda bu oyuncağı ift ara qədər ona verir, (başını qatırdıq)”
2
.
İkinci amil. Bakirliyi qorumaq
üçün erkən evləndirmə
Abdullah ibn Məsud
(Allah ondan razı qalsın!)
rəvayət edir ki, Pey-
ğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
demişdir:
“Ey gənclər! Kimin evlənməyə (maddi cəhətdən) imkanı çatır-
sa, evlənsin. Çünki evlilik gözü (harama baxmaqdan) çəkindirir,
bakirliyi (isməti) qoruyur. (Evlənməyə) gücü yetməyən isə
oruc tutsun. Şübhəsiz, oruc onun şəhvətini yatırar”
3
.
Əbdülmütt əlib ibn Rəbiə ibn əl-Haris demişdir:
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...
297
“(Bir dəfə) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Məh-
miyəyə
1
dedi: Bu oğlanı (Fəzl ibn Abbası) qızınla evləndir...”
(Məhmiyə) onu evləndirdi. (Sonra Peyğəmbər) Nofəl ibn
əl-Harisə dedi: “Bu oğlanı evləndir.” O da onu evləndirdi.
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Məhmiyəyə dedi:
“Onların başlıq pullarını xümsdən filan qədər ödə”
2
.
Rəvayət olunur ki, Fatimə bint Qeys
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
mənə dedi: “Üsa-
mə ilə evlən.” Mən də onunla evləndim. Allah onunla mənə
xeyir bəxş etdi və mən məsud oldum”
3
.
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Üsaməni Fatimə
bint Qeyslə evləndirdiyi vaxt onun on altı yaşı vardı.
Yuxarıdakı hədislərdə oğlanların erkən evləndirilməsindən
danışılır. Qızların da erkən evləndirilməsi barədə hədislər var-
dır. Məsələn, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
demiş-
dir:
“Üsamə cariyə olsaydı, onu bəzəyər və evləndirərdim”
4
.
Hafiz ibn Həcər demişdir:
“Bakirlik iff ətlilik deməkdir, evlilik deməkdir, islam deməkdir,
azadlıq deməkdir. Çünki bütün bunlar mükəlləf
5
şəxsi əxlaqsız
hərəkətlərdən qoruyur”
6
.
1
Qənimətlərin beşdə birini – xümsü toplayan şəxs idi.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
4
İbn Sə`d rəvayət etmişdir. Bax: Səhih ə-came əs-səğir, hədis № 1350.
5
Yaş, dərrakə... baxımından dini öhdəlikləri icra şərtlərinə cavab verən
şəxs – tərcüməçinin qeydi.
6
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XV cild, səh. 127.
Dostları ilə paylaş: |