İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı
288
– sayı təxminən 300-dür) “mütəvatirlik”
1
ifadə edir. Bu hədislər
istinad baxımından səhihdir, əksəriyyətinin məzmunu konkret-
dir.
Xülasə, Allah Təala bizdən düzgün yaşamağı istəyir. Əgər
müştərək fəaliyyət qaydalarına riayət olunarsa, həyat şərəfl i kişi
və qadınların olacaqdır. Bu müştərək fəaliyyətin səmərəsini
görməyə can atsaq, xeyirxahlığa xidmət edəcəyik. Allahın
şəriəti şərəf və əxlaqı təmin etməyi məqsəd güdür. Allah Təala
bizdən şərəfimizi qoruyub, ciddiyyət göstərmək şərti ilə həyat
tərzimizi asanlaşdırmağı istəyir.
Yeni sosial təzahürlər və qadının
ictimai fəaliyyətinə təsiri
Qadının sosial həyatda iştirakının təbii hal olmağından danış-
dıq. İndi isə dövrümüzdəki yeni sosial vəziyyət və təzahürlərdən
söz açaq. Onu da deyək ki, bu yeni vəziyyət mömin kişi və
qadınların qeyri-ənənəvi maraqlarını təmin etməkdən daha
çox qadın-kişi müştərəkliyini tələb edir. Çünki Uca Allah real
vəziyyətə tətbiq edib bu reallığı tənzimləsinlər deyə insanlara
peyğəmbərlər və kitablar göndərmişdir. Amma Allahın əmrinə
uyğun hərəkət etmək üçün, bir tərəfdən, göndərilən təlimləri
doğru-düzgün başa düşmək, digər tərəfdən isə real vəziyyəti
düzgün qiymətləndirmək lazımdır. Bəlkə də, barəsində danışdı-
ğımız hədislər ilahi təlimləri düzgün başa düşməyimizə kömək
1
Mütəvatir: yalan və saxtakarlıqda ortaqlıq etməkləri mümkün olmayan
bir qrup insanın eyni xarakterli digər insanlardan nəql etdikləri hədis
növü – tərcüməçinin qeydi.
Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
289
olacaqdır. Qalır reallığı düzgün təsvir etmək! Bunun üçün mo-
nitorinq araşdırmalarına, statistik məlumatlara əsaslanmaq la-
zımdır, şəxsi təsəvvür və illüziyalara deyil!
Sonradan alimlər qadın məsələlərində Peyğəmbər təcrübəsinə
əks getsələr də, öz dövrlərinin ictimai vəziyyətini qiymətlən-
dirmədə bizdən dərrakəli hərəkət etmişlər. Onlar hökm verərkən
şəhər qadınlarını kənd qadınlarından fərqləndirmişdilər. Məsə-
lən, onlar şəhər qadınlarının üzlərini örtmələrini, evlərində
oturmalarını zəruri hesab edirdilər. Çünki evdən çölə çıxmağa
o qədər ehtiyac yox idi; cariyə və kölələr onların bir çox işlərini
yerinə yetirirdilər. Kənd qadınlarına gəlincə, həmin alimlər on-
ların üzlərini örtüb evdə oturmaqlarını vacib saymamışdılar.
Kəndli qadın hər gün sahəyə gedir, ərinə kömək edir, hey-
vanları otarır, ev işlərini görmək, bazara getmək üçün evindən
çıxırdı. Bu minvalla kişilərlə ünsiyyətdə olurdu. Bir sözlə, kənd
mühiti həyat tərzinin asanlaşdırılmasını zəruri etmişdi.
İndiki dövrdə şəhər qadınlarının vəziyyətini hərtərəfl i başa
düşməliyik. Onu da nəzərə almalıyıq ki, bugünün şəhəri ilə
dünənin kəndi arasında, ələlxüsus zəhmətkeş qadınlar, işləyən
və yorğun düşən ərin əvəzinə işlərinin çoxunu evdən kənarda
görən evdar xanımlar baxımından oxşarlıq artmışdır. Deməli,
real vəziyyət ciddi və elmi surətdə öyrənilməlidir.
İndi isə bir sıra yeni ictimai təzahürlərə toxunaq. Qeyd edək
ki, bu təzahürlərin cəmiyyətə təsiri böyükdür.
1. İndiki dövrdə cəmiyyətin, eləcə də qadınların tələbləri
sövq etmişdir ki, onlar müştərək peşə fəaliyyəti ilə məşğul ol-
sunlar. Bu da öz növbəsində qadınların evdən çölə çıxmağına,
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı
290
kişilərlə ünsiyyət qurmağına səbəb olmuşdur (Bax: “Qadınların
peşə fəaliyyəti ilə əlaqəli yeni sosial təzahürlər”).
2. Müasir dövrdə qadınların sosial-siyasi fəaliyyəti və buna
olan tələbat onların kişilərlə ünsiyyətini zəruri etmişdir (Bax:
“Qadınların sosial-siyasi fəaliyyətdə iştirakı ilə əlaqəli yeni so-
sial təzahürlər”).
3. Cəmiyyətin mürəkkəbləşməsi və müəssisələrin çoxalma-
sı. Buraya təlim, təhsil, səhiyyə, inzibati-idarə qurumları, o
cümlədən kişili-qadınlı hər kəslə birbaşa ünsiyyət qurumları
(Mülki reyestr idarəsi, şəxsiyyət vəsiqələri və pasportlar idarəsi,
təqaüd idarələri, daşınmaz əmlak idarəsi, Polis və nəqliyyat
(yol) idarələri) daxildir. Həm qurumların çoxluğu, həm də
insanların bu qurumlara olan tələbatı zəruri edir ki, qadınlar
cəmiyyətə inteqrasiya edib kişilərlə ünsiyyət yaratsınlar. Qeyd
edək ki, əvvəlki əsrlərdə bu cür qurumlar yox idi.
4. Son dövrlərdə xidmətçi saxlamaq ənənəsinin zəifl əməsi
evdən kənarda qadınların məsuliyyətini artırıb. Bu vəziyyət ev
daxilində də qadınlara əlavə məsuliyyət yükləyib (qonaqlara
xidmət göstərmək, dərman gətirən, təmirə gələn kişiləri qarşı-
lamaq və s.).
5. Cəmiyyətin mürəkkəbləşməsi, şəhər məhəllələri arasında
məsafənin artması kişilərin işini çətinləşdirib. Bu üzdən onlar
qohumlarının qayğısına qalmaq, evə lazım olanı etmək, uşaqla-
rı məktəbə, həkimə aparıb-gətirmək, bazarlıq etmək üçün lazı-
mınca vaxt tapa bilmirlər. Elə isə xanımların yükü artır; onlar
evdən çıxmağa, kişilərlə ünsiyyət qurmağa məcbur olurlar.
6. Şəhərlərdə yeni tipli binaların artması, hava və işığın
mənzillərə lazımınca daxil olmamağı məcbur edir ki, qadınlar
Dostları ilə paylaş: |