Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
279
qızlarımın birini sənə ərə verərəm. Əgər sən (həmin müddəti)
tamamlayıb on ilə çatdırsan, bu, artıq sənin tərəfindən (olan
bir lütfdür). Mən (on il müddətinə şərt kəsməklə) sənə əziyyət
vermək istəmirəm. İnşallah, mənim saleh (əhdə vəfa edən)
kəslərdən olduğumu görəcəksən!” (əl-Qəsəs, 23-27).
Peyğəmbər Cüveyriyyə ilə görüşmüş,
xoşu gəldiyindən ona evlənmək
təklif etmişdir
Nafe rəvayət etmişdir ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
gözlənilmədən... Bəni-Müstəliq qəbiləsinə hücum
etdi, döyüşçülərini öldürdü, uşaqlarını əsir aldı. Elə həmin gün
Cüveyriyyə ilə evləndi
1
.
Həzrəti Aişəyə
(Allah ondan razı qalsın!)
istinadən Əbu Davud
rəvayət edir ki, Cüveyriyyə (əsir düşdükdən sonra) Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanına gəlmiş, (işləyib özünü
azad etmək barədə) onunla anlaşmaq istəmişdi... Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
soruşmuşdu: “Sənin üçün bun-
dan daha yaxşısını edimmi?” Cüveyriyyə soruşmuşdu: “Nədir
o, ey Allahın rəsulu?” Peyğəmbər demişdi: “Sənin əvəzinə an-
laşmanı mən yerinə yetirəcəyəm (pulunu mən verəcəyəm),
səninlə evlənəcəyəm.” Cüveyriyyə razılaşmışdı”.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı
280
Kişilər Sə iyyəni görüb Peyğəmbərə
təri ləmişdilər; o da onunla evlənmişdi
Rəvayət olunur ki, Ənəs ibn Malik deyib:
“(Bir dəfə) bir şəxs gələrək Peyğəmbərə
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
dedi: “Ey Allahın peyğəmbəri, Qüreyzə və Nəzir
qəbilələrinin xanımı Səfiyyə bint Hüyeyi Dihyəyə vermisən. Hal-
buki o, sənə uyğundur!” (Buxarinin versiyasında: “Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
onun gözəlliyindən danışdı”.
Müslimin versiyasında: “Onu Peyğəmbərin
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
yanında tərifl əyib dedilər: “Əsirlər arasında ondan
gözəlini görməmişik”). Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı ol-
sun!)
dedi: “Onu və Dihyəni buraya çağırın.” Dihyə və Səfiyyə
gəldilər. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
ona baxıb
dedi: “Əsirlər arasından başqa cariyəni götür.” Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
onu köləlikdən azad edib, onunla
evləndi”
1
.
Peyğəmbər özünü ona hədiyyə etmək
istəyən qadın haqda düşünmüş, amma
evlənməkdən vaz keçmiş, onu başqası ilə
evləndirmişdir
Rəvayət olunur ki, Səhl ibn Sə`d demişdir:
“Bir qadın Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanı-
na gəlib dedi: “Ey Allahın rəsulu, özümü
sənə hədiyyə etmək
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
281
üçün gəlmişəm.” Peyğəmbər onu başdan-ayağadək süzdü və heç
nə demədi. Qadın Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
susduğunu görüb oturdu... (Bu zaman) səhabələrdən bir nəfər
dilləndi: “Ey Allahın rəsulu, əgər sənin ona ehtiyacın yoxdursa,
məni onunla evləndir.” Peyğəmbər soruşdu: “(Ona verməyə)
nəyin var?” Səhabə dedi: “And olsun ki, heç nəyim yoxdur, ey
Allahın rəsulu!” ...Peyğəmbər buyurdu: “Yaxşı. Amma Quran-
dan bildiklərini öyrətmək şərti ilə götür onu”
1
.
İki şəxs bəzənib-düzənmiş Sübey`ə ilə
görüşərək ona evlənmək təklif etmişdilər;
o isə onlardan gənc olanını seçmişdir
Rəvayət olunur ki, Sübey`ə bint əl-Haris əl-Əsləmiyyə deyib:
“Sə`d ibn Xövlənin zövcəsi idim. ...Vida həcci zamanı vəfat
etmişdi. Həmin vaxt ondan hamilə idim. Çox keçmədi ki, uşaq
dünyaya gətirdim. Nifasdan təmizləndikdən sonra nişan üçün
geyinib-bəzəndim. (Bu zaman) Bəni-Əbdüddar qəbiləsindən
Əbu Sənabil ibn Bə`kək yanıma gələrək dedi: “Görürəm ki, ni-
şanlanmaq üçün bəzənib-düzənmişsən. Evlənməkmi istəyirsən?
...” (Buxariyə görə, Əbu Sənabil ibn Bə`kək evlənmək istəsə
də, Sübey`ə rədd etmişdi”). Ondan bunu eşitdiyimdə... Pey-
ğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanına gedib, ondan bu
haqda soruşdum. Bildirdi ki, uşaq doğduqdan sonra (evlənmək
üçün kişilərə) halalam. Onu da buyurdu ki, istəsəm, evlənə
bilərəm”
2
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.