Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
285
Keçmiş əsrlərdə bəzi alimlərimiz qadınların sosial fəaliy-
yətinin caiz olduğunu təsdiqləməklə yanaşı, onların kişilərdən
təcrid edilməsi fikrinə üstünlük vermişlər. Bununla da onlar
Peyğəmbərin yoluna əks getmişlər. Peyğəmbərin
(Ona Allahın xe-
yir-duası və salamı olsun!)
etdiyi başqalarının etdiyindən daha xoş-
dur. Xüsusi vəziyyətlər istisna olmaqla Peyğəmbəri nümunə
götürmək tərifəlayiq hərəkətdir. “Ən yaxşı yol Məhəmmədin
yoludur!” – deyən də Həzrəti Peyğəmbərin özüdür. Amma
fiqh üsulu alimləri Peyğəmbərin əməllərinə münasibətdə fərqli
mövqelərdən çıxış etmişlər.
İmam Şövkani demişdir:
“Əgər bunda (Peyğəmbərin əməllərində Allaha) yaxınlaşmaq
məqsədi məlum deyilsə, (üləma bu məsələdə) fikir ayrılığına
düşmüşdür. Bizə görə, (həmin fərqli görüşlər) bunlardır:
Birinci görüş... “Peyğəmbəri nümunə götürmək vacibdir.
“Nümunə götürmək o deməkdir ki, başqasının etdiyini for-
ma və necəlik baxımından eynilə edirik. Hətt a Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bir şeyi könüllü etmişsə və biz
də həmin şeyi vacib bilib ediriksə, – bu, hələ Peyğəmbəri
nümunə götürməyimiz demək deyildir. Peyğəmbərin etdiyi şey
bizim üçün o halda vacib sayılır ki, onun vacibliyinə dair əlavə
dəlillər mövcuddur. Vaciblik dəlili olmadan biz Peyğəmbərin
etdiklərini təkrarlayarıqsa, bu, onu nümunə götürmək qaydası
ilə ziddiyyət təşkil edir”.
İkinci görüş. Peyğəmbəri nümunə götürmək məndubdur
1
.
“Deyirəm: “Bu doğru görüşdür. Çünki iş görən şəxs Peyğəm-
1
Məndub – edilməsini Allahın və ya peyğəmbərinin qəti şəkildə tələb
etmədiyi şeydir. Edənə savab yazılar, etməyənə də cəza düşməz – tər-
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı
286
bərdir
(Ona Allahın xeyir-duası və salamı olsun!)
. Peyğəmbərin etdiyi şey-
lərdə Allaha yaxınlaşmaq məqsədi tam aydınlığı ilə bilinməsə
də, etdiklərinin “məndub” olmağı üçün Allaha yaxınlaşmaq
məqsədi şərtdir. Allaha yaxınlaşmaq üçün edilən əməllərin ən
az dərəcəsi “məndubluq”dur. Bu əməllərin daha çox dərəcədə
“məndub” olduğuna dair dəlil yoxdursa, ən azından, onların
“məndub” olduğunu təsdiqləmək vacibdir. Habelə bu halda
onların “mübah”
1
olduğunu demək “caiz”
2
deyildir. Çünki bir
şeyin mübahlığı o deməkdir ki, şəriət hökmündən qabaq onu
həm etmək, həm də etməmək seçimi mövcud olmuşdur. Çünki
mübahlıq üzərində təkid etmək – Peyğəmbərin
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
etdiklərinə etinasız yanaşmaqdır. Belə yanaşma
“təfrit” (etinasızlıq, laqeydlik) deməkdir. Eləcə də onun bütün
etdiklərinin vacib saymaq ifratdır. Həqiqət isə ifratla “təfrit”in
arasıdır”.
Üçüncü görüş. Peyğəmbəri nümunə götürmək “mübah”dır.
Bu görüşü əd-Dəbusi özünün “ət-Təqvim” kitabında Əbubəkr
ər-Razidən nəql edərək demişdir: “Bu görüş səhihdir”. Cüveyni
“əl-Bürhan” kitabında bu görüşü seçmişdir. Hənbəlilər də bu
görüşə üstünlük vermişlər. Bu fikri yuxarıda qeyd etdiklərimizlə
inkar etmək mümkündür.
Dördüncü görüş. Dəlil tapılmadıqca “ayaq saxlamaq” la-
zımdır. “Bu, ona görədir ki, (Peyğəmbərin Allaha yaxınlaş-
maq məqsədilə edib-etmədiyi məlum olmayan əməllərində)
cüməçinin qeydi.
1
Mübah – edilib-edilməməyi öhdəçi şəxsin ixtiyarına buraxılan şeydir.
Haramlılığı barədə heç bir dəlilin olmadığı şeylər də mübahdır – tərcü-
məçinin qeydi.
2
Din baxımından icazəli.
Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
287
vaciblik, məndubluq və mübahlıq, hətt a müstəsnalıq ehtimalı
olduğundan “ayaq saxlamaq”, heç bir hökm bildirməmək la-
zımdır. (Amma) biz bu cür əməllərdə mübahlığın olmadığı-
nı yuxarıda dediklərimizlə bildirdik. Müstəsna (ancaq özünə
xas şəkildə) davranmağı da qəbul etmirik, çünki onun bütün
əməllərində şəriətqoyma vardır. Amma buna dəlalət edən ayrı-
ca dəlillər varsa, bu – başqa məsələ. Deməli, bu vəziyyətlərdə
“ayaq saxlamağ”a ehtiyac yoxdur”
1
.
İmam Şövkani Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Allaha yaxınlaşmaq məqsədilə edib-etmədiyi məlum olmayan
əməllərinə riayətin “məndub” sayılmağını aşağıdakı ayə ilə əsas-
landırmışdır:
“Sizin üçün Allahın rəsulunda gözəl nümunə vardır”.
Şövkani yazırdı:
“Əgər Allaha yaxınlaşmaq məqsədilə edib-etmədiyi məlum
olmayan əməllərdə Peyğəmbəri
(Ona Allahın xeyir-duası və salamı olsun!)
nümunə götürmək vacib olsaydı, (Allah Təala ayədə) “ləkum”
əvəzinə “aleykum” buyurardı. “Ləkum” deməsi vacibliyə dəlalət
etmir. (Ayədəki) “nümunə vardır” sözü “bir işi etməyi onu
etməməkdən üstün tutmaq” deməkdir. Elə isə söhbət mübah-
lıqdan getmir”
2
.
Deməli, qadınların sosial həyatda iştirakı və kişilərlə ünsiyyəti
Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
sünnəsidir. Amma
sual yaranır: “Görəsən, bu sünnə qətilik, yoxsa zənn ifadə edir?”
Fikrimizcə, bu məsələ haqda bizə çatmış dini mətnlər (hədislər
1
əş-Şövkani. İrşad əl-fəhul, səh. 37-38.
2
Yenə orada.
Dostları ilə paylaş: |