İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı
282
Hafiz ibn Həcər demişdir:
“(İmam Malikin) “Müvətt a”sında deyilir ki, biri cavan, digər
yaşlı iki nəfər onunla evlənmək istəmişdi. O isə cavan olanına
meyl etmişdi”
1
.
Bir sözlə, evlənmək istəyən və imkanı çatan müsəlmanın
gözəl olub-olmadığını bilmək üçün bir qadına baxmağında, on-
dan əməlisaleh zövcə çıxıb-çıxmayacağını elə onun özü vasitəsi
ilə öyrənməyində bir qəbahət yoxdur; əgər qadının timsalında
axtardığını taparsa, ona evlənmək təklifi edə bilər. Amma bu
vəziyyət nişanlı kimsələrin vəziyyətindən fərqlidir. Nişanlı o
kəsdir ki, qabaqcadan əldə etdiyi məlumatlar əsasında, ya da
üçüncü tərəfin təklifi ilə bir qadınla evlənmək qərarına gəlib.
Nəzərdə tutduğumuz vəziyyət “axtaran”lar üçün səciyyəvidir.
“Axtaran” şəxs qəlbi rahat olsun deyə qızların həm əxlaqını,
ailəsini araşdırıb-öyrənə, həm də onların üzünə baxa bilər.
Amma o, bunu evlənmək niyyəti ilə etməli, müsəlmanların
toxunulmaz qaydalarını pozmamalıdır.
Kişilərlə qadınların görüşməsi bəzən evlənməyi təxirə salan-
ları hərəkətə keçirir, onların tezliklə ailə qurmalarını təmin edir.
Çünki göz ağıl və qəlbin razı qaldığı kimsəni görür, xoşlan-
ma hissi doğurur. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən,
görüşmə halları bəzən evlənmək istəyənlərə əngəl törədən yan-
lış adətləri aradan qaldırır. Məsələn, Xartum universitetində
gənc oğlan və qızlar arasında bu məqsədlə görüşmə halları
baş verdikdə gənc nikahların sayında xeyli artım baş vermişdi.
Həmçinin Misir universitetlərində oxuyan islam camaatlarına
üzv oğlan və qızların bir-biri ilə evlənmələri halları artmışdı.
1
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XI cild, səh. 398.
Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
283
Bu, bir tərəfdən, ailə qurmaq istəyindən, digər tərəfdən isə
universitetlərdə təşkil olunan islam fəaliyyəti çərçivəsində onlar
arasında baş tutan məhdud görüşmə hallarından irəli gəlirdi.
Şəriətin qoyduğu ədəb-ərkan çərçivəsində baş tutan görüşmə
halları çox vaxt səmərə verir, tərəfl ər evlənirlər. Amma bu qay-
dalar pozulduqda zina və digər hallar baş verir ki, biz də bun-
dan Allaha sığınırıq.
Ədəb-ərkan çərçivəsində istirahət
(əylənmək) və mərasimlərdə iştirak
Mömin qadınların kişilərdən ayrı istirahət etmələri (əylən-
mələri), islama görə, əxlaq normasıdır. Bu zaman qadınlar
özlərinə xas şəkildə geyinir, bəzənir, söhbət edirlər. Amma elə
istirahət formaları da vardır ki, kişilərlə qadınların bir yerdə
olmaqları mümkündür. Məsələn, bayramı qeyd etmək üçün
kişilərin, qadınların (hətt a qız və aybaşı olanların), uşaqların
birlikdə təkbir gətirərək namazgaha (bayram namazı qılınan
yerə) getmələri bura daxildir. Həmçinin qadınlar kişilərin öz
qəhrəmanlıqlarını nümayiş etdirdikləri oyunlara tamaşa edə
bilərlər. Bu cür oyunlarda müəyyən mahnıların səsləndirilməsi
də mümkündür. Həzrəti Aişənin həbəşlərin oyununa tamaşa
etməsi faktı buna dəlildir. Buna səbəb kişilərin vəziyyətinin
qadınlarınkından fərqli olmağıdır. İbn Qüdamə əl-Hənbəli
Həzrəti Aişənin həbəşlərə tamaşa etməsini dəlil göstərdikdən
sonra yazmışdı:
“Qadınlar kişilərin övrət sayılmayan yerlərinə baxa bilərlər”
1
.
1
İbn Qüdamə. əl-Müğni, VII cild, səh. 27.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı
284
İbn Rüşd demişdir:
“Kişilərin qadınlara baxmağı qadınların kişiləri baxmağından
daha pisdir”
1
.
Kişi və qadınlar üçün müştərək istirahət (əyləncə) formala-
rından biri də qız və oğlan uşaqlarının oynadıqları oyunlardır.
Nəticə
Sosial həyatda müsəlman qadının iştirakı və kişilərlə ünsiy-
yət moyivləri haqda danışdıq, Quran və hədislərdən dəlillər
göstərdik. Amma belə bir sual yaranır: “Görəsən, bu iştira-
kı Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
sünnəsi hesab
etmək mümkündürmü?” Cavabımız budur ki, həm bu fəsildə
dəlil göstərdiyimiz, həm də növbəti fəsillərdə göstərəcəyimiz
dini mətnlər bunun Peyğəmbərin sünnəsi olduğunu qəti şə-
kildə isbatlayır. Özü də bu, adi icazə deyildir, əksinə, davam
etdirilməsi vacib ənənədir.
Həm Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
, həm də
səhabələrinin zamanında qadınların sosial həyatda iştirakı, ki-
şilərlə ünsiyyət qurmaları bir qayda halını almışdı. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bütün ümumi və xüsusi sahələrdə
bu qaydanı əməli surətdə tətbiq etmişdir. Hətt a belə demək
mümkündür ki, bu hal onun zamanında müsəlman cəmiyyətinin
səciyyəvi cəhəti olmuşdur. Onu da deyək ki, qadınların sosi-
al həyatda iştirakı təkcə Həzrəti Məhəmmədin deyil, bütün
peyğəmbərlərin sünnəsi hesab olunur. Bu haqda üçüncü fəsildə
danışılacaqdır.
1
İbn Rüşd. əl-Bidayə vən-nihayə, I cild, səh. 166.