İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı
276
buyruq verən, itaət göstərilən başbilən və əsilzadələr yoxdur-
mu?” Qadın dedi: “Bəli, var.” Əbubəkr dedi: “Məhz onlar in-
sanlar rəhbərlik edənlərdir (imamlardır)”
1
.
Qadınlar azğın valilərə etiraz etmişlər
Əbu Nofəl demişdir:
“Abdullah ibn Zübeyri şəhərin girişində çarmıxa çəkilmiş
gördüm. Qüreyş və xalq onun yanından keçib gedirdi. (Bir
dəfə) Abdullah ibn Ömər onun yanında keçərkən dedi: “Sa-
lam, ey Əbu Xübeyb! Salam, ey Əbu Xübeyb! Salam, ey
Əbu Xübeyb! Axı mən səni bu işdən çəkindirmişdim
2
. Axı
mən səni bu işdən çəkindirmişdim. Axı mən səni bu işdən
çəkindirmişdim. Vallah, bildiyimə görə, sən, doğrudan da, çox
oruc tutan, çox namaz qılan, qohum-əqrəbaya çox kömək edən
birisi idin! Allaha and olsun ki, ən yamanı sənin kimi birisi
olan ümmət ən yaxşı ümmətdir!” Sonra Abdullah oradan uzaq-
laşdı. Abdullahın orada dayanmağı və dedikləri Həccaca çatan-
da adam göndərib İbn Zübeyri çarmıxa çəkildiyi xurma ağa-
cından aşağı endirtdi və yəhudilərin məzarlığına atdırtdı. Sonra
Əsma bint Əbubəkrin yanına adam göndərdi. Əsma onun ya-
nına getməyi rədd etdi. Həccac onun yanına yenidən başqasını
göndərdi: “Ya gələcəksən, ya da mən səni saçından sürüyərək
gətirəcək adam göndərəcəyəm!” Əsma rədd edib dedi: “Saçım-
dan sürüyəcək birini göndərsən də, Allaha and olsun, sənin
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
Yəni, səni Həccac kimi zalıma baş qoşmamaq barədə xəbərdar etmişdim
– tərcüməçinin qeydi.
Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
277
yanına gəlməyəcəyəm!” (Bunu eşidən) Həccac (xidmətçilərinə)
dedi: “Ayaqqabılarmı gətirin!” Ayaqqabılarını geyindi, tələm-
tələsik Əsmanın yanına getdi. (Evinə çatıb) içəriyə daxil oldu
və dedi: “Allahın düşməninə (Əsmanın oğlu Abdullah ibn Zü-
beyri nəzərdə tuturdu – mütərcim) nə etdiyimi gördünmü?”
Əsma dedi: “Gördüm ki, sən onun dünyasını bərbad etdin, o
da sənin axirətini zay etdi. Eşitmişəm ki, ona: “Ey iki qurşağı
olanın oğlu!” – demisən. Mən, Allaha and olsun ki, iki qur-
şağı olanam! Bir qurşaqla dəvələrin belindən Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
və Əbubəkrin yeməyini götürürdüm.
Digəri isə qadına lazım olan qurşaqdır. Bir də onu bil ki,
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bizə demişdi: “Səqif ”
(qəbiləsində) bir yalançı və bir qantökən (və ya: çox canalan)
vardır. Yalançının
1
kim olduğunu gördük. Qantökənə gəlincə,
onun ancaq sən olduğunu güman edirəm.” Bunu eşidən Həccac
ondan ayrıldı və bir daha onun yanına getmədi”
2
.
Ailə qurmaq
Kişilərlə ünsiyyət ailə qurmaq imkanlarını artırır. Bəzi mi-
sallara baxaq:
1
Söhbət Muxtar ibn əbu Übeydullah əs-Səqəfi dən gedir. Son dərəcə
yalançı imiş. Hətt a Cəbrayılla görüşdüyünü iddia edirmiş.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı
278
Musa peyğəmbər iki qızla qarşılaşmış,
Allah da ona onlardan biri ilə evlənməyi
müyəssər qılmışdır
Quranda deyilir:
“(Musa) Mədyən kənarındakı bir quyuya çatanda onun ba-
şında (heyvanlarını sulayan) bir dəstə adam və onlardan başqa
(qoyunlarını özgə heyvanlara qarışmasın deyə) geri çəkən iki
qadın (qız) görüb dedi: “Sizə nə olub (dərdiniz nədir)?” Onlar:
“Çobanlar (heyvanlarını) sulayıb getməmiş biz (qoyunlarımıza)
su vermirik. Atamız da ixtiyar bir qocadır (buna görə qoyunla-
rı sulamağa biz gətiririk)”, - deyə cavab verdilər. (Musa) onlar
üçün (yaxınlıqdakı başqa bir quyudan su çəkib qoyunlarını)
suladı, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Mən Sənin
mənə nazil edəcəyin xeyirə möhtacam!” (Musa yeddi gün idi
ki, çöldəki otlardan başqa yeməyə bir şey tapmırdı. Buna görə
də Allahdan yemək üçün bir ruzi dilədi). Sonra (o iki qadın-
dan, qızdan) biri utana-utana (Musanın) yanına gəlib dedi:
“Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni
çağırır!” (Musa gördüyü işin müqabilində heç bir muzd, müka-
fat almamaq üçün ürəyində and içdi). (Musa qocanın) yanına
gəldikdə başına gələnləri (Fironla olan əhvalatı) ona söylədi. O
kişi (Şüeyb peyğəmbər) dedi: “Qorxma, artıq zalım tayfanın
əlindən qurtarmısan!” (O iki qızın) biri dedi: “Atacan! Onu
muzdla (çoban) tut, çünki bu güclü, etibarlı adam (indiyə
qədər) muzdla tutduqlarının ən yaxşısıdır!” (Şüeyb) dedi:
“Səkkiz il mənə xidmət etmək (qoyunlarımı otarmaq) şərti ilə