İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...
311
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yatdığında tərini top-
layıb bir qaba yığır, sonra ətrinə qatırdı”
1
.
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
de-
mişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Quba torpaqları-
na gedərkən Ümmi-Həram bint Məlhanın qonağı olur, Ümmi-
Həram da ona yemək verirdi. (Həmin vaxtlar) Ümmi-Həram
Übadə ibn əs-Samitin zövcəsi idi. Bir dəfə Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
onun yanına getdi, o da Peyğəmbərə
(adəti üzrə) yemək verib, başını təmizləməyə başladı”
2
.
Əbu Musa əl-Əş`əri
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
məni Yəmənə
göndərmişdi. Peyğəmbər Bəthada
3
ikən yanına qayıtdım. Soruş-
du: “Təlbiyə”ni necə oxudun?” Dedim: “Peyğəmbər necə oxu-
muşdusa, mən də elə oxudum.” Sual etdi: “Yanında qurbanlıq
heyvan varmı?” Dedim: “Xeyr, yoxdur.” Peyğəmbər
(Ona Allahın xe-
yir-duası və salamı olsun!)
əmr etdi ki, Evin (Kə`bənin) ətrafına dövrə
vurum, Səfa və Mərvanı qaçım. Onu da əmr etdi ki, “təlbiyə”ni
oxuyum, mən də oxudum. Axırda, həmqəbiləm sayılan bir qa-
dının yanına getdim. Başımı darayıb, saçlarımı yudu”
4
.
Hafiz ibn Həcər demişdir:
“...həmqəbiləm sayılan bir qadının yanına getdim” sözündən
mənə məlum olur ki, həmin qadın onun qardaşlarından (həm-
qəbiləsi olanlardan) birinin arvadı imiş”
5
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Məkkədə yer adı
4
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
5
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, IV cild, səh. 161.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
312
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
de-
mişdir:
“Mədinəli cariyələrdən biri istəsəydi, Peyğəmbərin
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
əlindən tutur, onu istədiyi yerə
1
aparırdı”
2
.
Hafiz ibn Həcər demişdir:
“Əhmədin rəvayət etdiyi hədisdə Ənəs ibn Malikə istinadla
Əli ibn Zeyd demişdir: “Mədinəli cariyələrdən biri istədiyində
Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanına gəlir, əlindən
tuturdu. Peyğəmbər də
(Ona Allahın xeyir-duası və salamı olsun!)
cariyə
onu istədiyi yerə aparıb çatdırıncaya qədər əlini onun əlindən
çəkmirdi”. İbn Macə də hədisi bu versiyada rəvayət edib”
3
.
Rübəyye bint Müəvviz demişdir:
“Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
savaşa çıxır-
dıq. İnsanlara su verir, xidmət göstərir (hədisin digər versiya-
sında: yaralıları müalicə edirdik), ölü və yaralıları Mədinəyə
daşıyırdıq”
4
.
Əbu Rafenin zövcəsi Səlma demişdir:
“Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
xidmət edirdim.
Sızanağı və çibanı olduqda əmr edirdi ki, həmin yerə xına
qoyum”
5
.
Abdullah ibn Məhəmməd ibn Abdullah ibn Zeyd rəvayət
edir ki, onlardan (yəqin ki, qohumlarından – mütərcim) bir
1
Yəni, çətinliyə düşmüş, problemi çıxmış bu cariyənin harada yaşamağından
asılı olmayaraq, Peyğəmbər kömək etmək üçün onun evinə gedirdi – tər-
cüməçinin qeydi.
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
3
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XIII cild, səh. 102.
4
Hədisi İmam Buxari rəvayət etmişdir.
5
Hədisi İmam Əhməd rəvayət etmişdir.
İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...
313
qadın demişdir: “Sol əlimlə yemək yeyirdim. Bu ərəfədə Pey-
ğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
içəri daxil oldu. Kasıb
qadın idim. Peyğəmbər əlimə vurdu, loğma yerə düşdü. Dedi:
“Solla yemə, Allah sənə sağ əl verib.” Sağ əlimlə yeməyə başla-
dım, bir daha solla yemədim”
1
.
Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
həm bey`ət za-
manı qadınlarla əl verib görüşməməsini, həm də müəyyən qa-
dınlara bəzən əllə təmas etməsini belə izah etmək olar: birinci
halda o, əllə görüşməkdən çəkinmişdir. Belə görüşmə müəyyən
təmas forması olub, xüsusi məna kəsb edir. Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
kişi və qadınlarla tez-tez görüşdüyündə bu
hal təkrarlanır, salamlaşma məqsədilə, onun mübarək dərisinə
toxunmaqla dua və bərəkət istəndiyində, bey`ət zamanı əllə
görüşmə baş verirdi. Əgər Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
bu vəziyyətdə qadınlarla əllə görüşməkdən çəkinmişsə,
bu hərəkət digər hallarda onun birbaşa təmasdan çəkinməsi
mənasına gəlmir. Çünki həmin vəziyyətlərdə o, bir tərəfdən,
onların bəzi ehtiyaclarını aradan qaldırır, digər tərəfdən isə
o qadınlarla görüşürdü ki, onlardan fitnə-fəsad gəlməyəcəyinə
əmin idi. Yəni, birinci vəziyyətdə Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
qadınlardan fitnə-fəsad gəlməyəcəyinə əmin deyil-
di. Habelə o, bu vəziyyətdə onlarla əl verib görüşmək üçün
əsaslı səbəb görmürdü. İkinci vəziyyətdə isə əllə görüşmək
üçün tutarlı səbəb vardı. O, Ümmi-Həram və bacısı Ümmi-
Süleymlə (birincisi xidmətçisi Ənəsin xalası, ikincisi isə anası
idi) tez-tez ünsiyyətdə olurdu. Odur ki onlardan və digər bəzi
qadınlardan fitnə-fəsadın gəlməyəcəyinə əmin idi.
1
Hədisi İmam Əhməd rəvayət etmişdir.
Dostları ilə paylaş: |